Məhkəmə qərarları › İş №3(012)-429/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-429/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-429/2022 11.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş EP №0031249 saylı, 12.10.2021-ci il tarixli protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs MMC 500000 ABŞ dolları məbləğində vəsaiti 03.10.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 500000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 04.10.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Abşeron rayon Məhkəməsinin qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Qərardan verilmiş şikayət əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 07.01.2022-ci il tarixli 3(105)-9/2022-ci il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahat verərək bildirdi ki, Şəxs MMC ilə “Bİ-AY Qranium” şirkəti arasında 16.01.2019-cu il tarixində müqavilə imzalanmış, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsilə müxtəlif tarixlərdə 500000 (beş yüz min) ABŞ dolları köçürüldüyü üçün sifariş etdikləri ərzaq məhsullarını almışlar. Bunu təsdiq edən idxal bəyannamələri də mövcuddur. Ona görə də Şəxs MMC-nin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Mərkəzi Bankın ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankıın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir. Araşdırma zamanı məlum oldu ki, cəmiyyət tərəfindən valyuta tənzimi qaydalarının pozulması hallarına yol verilməmiş, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq mal, yəni unluq taxıl ölkəyə idxal edilmişdir. Belə ki, 02.10.2019-cu il tarixli, **********4974 nömrəli Gömrük bəyannaməsi ilə 85785,00 ABŞ dolları, 04.10.2019-cu il tarixli, **********7907 nömrəli Gömrük bəyannaməsi ilə 12898,20 ABŞ dolları, 04.10.2019-cu il tarixli, **********7788 nömrəli Gömrük bəyənnaməsi ilə 101949,80 ABŞ dolları, 04.10.2019-cu il tarixli, **********7772 nömrəli Gömrük bəyənnaməsi ilə 63577,10 aBş dolları, 05.10.2019-cu il tarixli, **********8267 nömrəli Gömrük bəyənnaməsi ilə 116063,45 AbŞ dolları və 07.10.2019cu il tarixli, **********8673 nömrəli Gömrük bəyənnaməsi ilə 208556,25 ABŞ dolları məbləğində taxıl idxal edilmişdir. Bunun cəmi 588829,80 ABŞ dollar edir ki, sonuncu, yeni 07.10.2019-cu il tarixli, **********8673 nömrəli Gömrük bəyənnaməsi ilə daxil olan 208556,25 ABŞ dolları məbləğindəki taxılın 88829,8 ABŞ dollarlıq hissəsi növbəti ödənişin payına düşür. 2019-cu il ərzində "ABŞERON UN” Məhdud Məsuliyyətli Cəmiyyət mütamadi olaraq unluq taxıl idxal etmiş və xaricə köçürülən valyuta məbləğində taxıl alınmışdır. Göründüyü kimi Cəmiyyət tərəfindən xaricə köçürülən 500 000, ABŞ dolları müqabilində unluq taxıl ölkəyə idxal edilmiş və qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa iş AFB bankdan Abşeron rayon məhkəməsinə ünvanlanmış müraciətdən görünür ki, 03.10.2019-cu il tarixdə AFB Bank ASC-nin Nəsimi filialı ilə 191003114US00880 №- li referans ilə 326/19 № 03.10.2019-cu il tarixli ödəniş tapşırığına əsaəsn Şəxs MMC tətəfindən 500 000 .00 (Beş yüz min) ABŞ dolları məbləğində vəsait köçürülüb.Köçürülən vəsait müqabilində ölkəyə **********8673 "№-İi Gömrük bəyannaməsi ilə 07.10.2019-cu il tarixdə 81742.13 ABŞ dolları,**********7062 №-İi Gömrük bəyannaməsi ilə 12.10.2019-cu il tarixdə 172821.25 ABŞ dolları **********00 №-li Gömrük bəyannaməsi ilə 14.10.2019-cu il tarixdə 184108.75 ABŞ dolları, **********4341 №-İi Gömrük bəyannaməsi ilə 18.10.2019-cu il tarixdə 12110.00 ABŞ dolları, **********4684 №-li Gömrük bəyannaməsi ilə 18.10.2019-cu il tarixdə 37134.12 ABŞ dolları, **********6944 №-li Gömrük bəyannaməsi ilə 21.10.2019-cu il tarixdə 12083.75 ABŞ dolları, məbləğində mal idxal edilmişdir.Gömrük bəyannamələri ilə üzləşmə aparılmış, yük gömrük bəyannamələri e-customs.gov.az səhifəsinə daxil edilmiş və 03.10.2019-cu il tarixli 500 000 ABŞ dollan üzrə qabaqcadan ödəniş Bank tərəfindən aşağıda qeyd olunan tarixlərdə bağlanmışdır. Qeyd olunanlar aşağıdakı gömrük bəyannamələrində öz əksini tapır. 1.**********8673 qeydiyyat aparma tarixi 10.12.2019, 81742.13 ABŞ dollan, **********7062 qeydiyyat aparma tarixi 10.12.2019, 172821.25 ABŞ dollan, **********7600 qeydiyyat aparma tarixi 10.12.2019 ,184108.75 ABŞ dollan, 4.**********4341 qeydiyyat aparma tarixi 10.12.2019, 12110.00 ABŞ dollar **********4684 qeydiyyat aparma tarixi 10.12.2019, 37134.12 ABŞ dolları, **********6944 qeydiyyat aparma tarixi 10.12.2019,12083.75 ABŞ dollan İşə əlavə edilən sənədlərə hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə başlanmış inzibati icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi göstərilmişdir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: " ABŞERON UN” MMC barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 430.4cü ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar