Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-43/2021 01.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon Polis İdarəsinin İTŞ-nin rəisi X1 iştirakı ilə, xx.xx.1988-ci ildə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan MR, Babək rayonu, Didivar Ərazi dairəsi, Didivar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon Polis İdarəsinin İTŞ-nin rəisi X2 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Qeyd edilən inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrində Şəxs Abşeron rayonu, Qurtuluş-93-də istehsalı və satışı qadağan olunmuş pirotexniki vasitələrin satışı ilə məşğul olduğundan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 16:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksində Mercedes markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində bir neçə qutu protexnik partlayıcı maddələrin olması aşkar edilmişdir. Həmin avtomobilin sürücüsünün qadağan olunmuş protexnik partlayıcı maddələrin nə üçün satış etdiyini soruşduqda o, cavabında bir nəfər şəxs onu almaq üçün həmin əraziyə çağirdığını bildirdi. Həmin şəxsi maşını və protexnik partlayıcı maddələrlə birlikdə Abşeron RPİ-nə gətirmişlər. Araşdırma zamanı həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan izahatdan görünür ki, kirayədə yaşayır, Sədərək ticarət mərkəzində işləyir və orada çilçıraq satışı ilə məşğuldur. Bir nəfər şəxs ona protexnik mallar istədiyini bildirmiş, o da telefonla danışaraq razılaşmış və Xırdalan şəhərinə gəlmişdir. O, həmin ünvana çatdıqda polis əməkdaşları tərəfindən saxlanılmışdır . İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20.00 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan aktdan görünür ki, 25 ədəd Blossom, 36 ədəd big color, 36 ədəd saturn, 49 ədəd fireworks, 2 ədəd raman,17 ədəd fişəng,7 ədəd Mackar shots,magic shots 12 ədəd,3 ədəd mini shots,34 ədəd crazy robots,color salute 25 ədəd, color -15 qumbara formasında partladan pirotexniki mallar götürülmüşdür. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İş üzrə Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın predmeti olan əşyalar müsadirə olunmaqla cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 25 ədəd Blossom, 36 ədəd big color, 36 ədəd saturn, 49 ədəd fireworks, 2 ədəd raman, 17 ədəd fişəng, 7 ədəd Mackar shots,magic shots 12 ədəd,3 ədəd mini shots,34 ədəd crazy robots,color salute 25 ədəd, color-15 qumbara formasında partladan pirotexniki mallar müsadirə olunmaqla 400 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Naxçıvan MR, Babək rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-43/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-43/2021
01.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver