Məhkəmə qərarları › İş №3(012)-43/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-43/2023

06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-43/2023 06.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair BDYPİ-in xx.xx.2022ci il tarixli, İXM ******* saylı protokoldan X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X2 BDYPİ-in xx.xx.2022-ci il tarixli, İXM ******* saylı inzibati xəta haqqında protokoldan Abşeron Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, protokolun əsassız hesab olunması və ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti araşdırıraq hesab edir ki, X1 şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının Yol Hərəkəti haqqında qanunun 85-1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İş materiallarından göründüyü kimi X2 barəsində protokol tərtib edilsə də, bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilməmişdir. Digər tərəfdən mövcud inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokoldan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Göründüyü kimi, X2 tərəfindən isə protokol mübahisələndirilmiş, lakin protokol əsasında qəbul edilmiş qərar barədə hər hansı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmadığı halda, inzibati xəta haqqında protokoldan şikayət ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq hesab edirəm ki, X1 BDYPİ-in xx.xx.2022-ci il tarixli, İXM ******* saylı inzibati xəta haqqında protokolundan verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 BDYPİ-in xx.xx.2022-ci il tarixli, İXM ******* saylı inzibati xəta haqqında protokolundan şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar