Məhkəmə qərarları › İş №3(012)-433/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-433/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-433/2022 28.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, tələbkar X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Nübar massivində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında icra işi ilə birlikdə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Abşeron rayon Məhkəməsinin 2(012)-3632/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs hal-hazırda X4 5820 manat məbləğində borcu yaranmışdır. Ona görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş olundu. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, Abşeron rayon Məhkəməsinin 2(012)-3632/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 5820 manat məbləğində borcu yaranmışdır. Maddi vəziyyəti səbəbindən indiyədək borcundan ödəniş edə bilməmişdir. Ona görə də ona möhlət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iş üzrə tələbkar X6 borclunun borcunu ödəməsini, əks halda ciddi inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili X9 məhkəmədən borclu barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-3632/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, 1 ədəd 585 əyarlı qızıldan 4,5 qr üstündə 5 ədəd briliyant qaşları yanında isə xırda briliyant qaşları olan nişan üzüyü - 450 manat, komplekt - 2 ədəd sırğa briliyant qaşlarla, qolbaq briliyant qaşlarla,qızıldan boyunbağı üstündə briliyant qaşlarla, klon və qızıl üzük üstündə briliyant qaşlarla - 1.550 manat, komplekt - 2 ədəd sırğa qaşsız və 1 ədəd qızıldan üzük 750 əyarlı 13 qr çəkisi - 1.300 manat, uşağa hədiyyə verilmiş 1,5 qr çəkisi olan qızıldan1 ədəd qolbağ üstündə günəş yazısı və qaşsız 585 əyarlı - 110 manat, valideynlərinin hədiyyə verdiyi 583 əyarlı çəkisi 15 qr olan 1 ədəd qızıldan qolbaq - 1.600 manat, 1 ədəd qolbaq 585 əyarlı 5 qr çəkisi olan qızıl qolbaq - 500 manat, 1 ədəd 585 əyarlı çəkisi 2 qr olan qızıldan boyunbağı ortasında klonu - 210 manat, Türkiyə istehsalı avanqard qonaq otağı dəsti - ümumi qiyməti 3.000 manat, içində - stol və 8 stulu ilə birlikdə, 1 ədəd televizor altı, 1 ədəd iki qapılı şüşəli servant, 1 ədəd bir qapılı şüşəli servant, 1 ədəd güzgülü kamot, Türkiyə istehsalı avanqard üsulu yataq otağı dəsti - ümumi qiyməti 3.000 manat, içində 1 ədəd kravat - 2 nəfərlik, yanında 2 ədəd tumbuçkası, güzgülü kamot - 1 ədəd stulu ilə birgə, 1 ədəd güzgülü iri qardirob, Türkiyə istehsalı 1 ədəd uşaq beşiyi - 500 manat, Türkiyə istehsalı 1 ədəd çılçıraq - 260 manat, X10 istehsalı 1 ədəd çılçıraq - qiyməti 120 manat, 6 ədəd pərdə - 600 manat, 4 ədəd pərdə qolluqları bağlayan - 60 manat, İran istehsalı 2x3 ölçüdə 1 ədəd xalça - 800 manat, Türkiyə istehsalı 4x5 ölçüdə 1 ədəd xalça - 400 manat, Türkiyə istehsalı 2x3 ölçüdə 1 ədəd xalça - 250 manat, Türkiyə istehsalı 1x1,50 ölçüdə 2 ədəd xalça - 150 manat, Türkiyə istehsalı farfır abedni servis - 600 manat, 1 ədəd 2 nəfərlik yun döşək - 500 manat, 1 ədəd 2 nəfərlik yun döşək - 500 manat, Türkiyə istehsalı 2 nəfərlik sintifon yorğan dəsti - 250 manat, 2 nəfərlik yay yorğanı - 15 manat, 2 ədəd 80x80 ölçüdə qaz tük yastığı - 84 manat, 2 ədəd 50x70 ölüçdə qaz tükü yastığı - 50 manat, 1 ədəd uşağ üçün yun döşək, 1 ədəd yun yorğan, 1 ədəd sintifon yastıq - 73 manat, uşaq üçün beşik, beşik tülü - 20 manat, 1 ədəd naçnik - 25 manat, 1 ədəd suviner - 15 manat, 1 ədəd şəkil qabı - 8 manat, 1 ədəd uşaq adyalı - 50 manat, Türkiyə istehsalı 1 ədəd 2 nəfərlik adyal - 180 manat, Türkiyə istehsalı 1 ədəd 2 nəfərlik adyal - 100 manat, Türkiyə istehsalı 1 ədəd 2 nəfərlik paqrival, gəlincik - 220 manat, uşaq gəlincik paqrivalı - 50 manat, Türkiyə istehsalı hamam dəsti - 50 manat, Türkiyə istehsalı 6 ədəd çıxol prastian dəsti 2 nəfərlik - 500 manat, Türkiyə istehsalı 40 ədəd mətbəx dəsmalı - 200 manat, Türkiyə istehsalı 40 ədəd əl üz dəsmalı - 400 manat, Türkiyə istehsalı 40 ədəd qətfə - 500 manat, Türkiyə istehsalı 3 stol süfrəsi - 200 manat, Türkiyə istehsalı 1 ədəd uşaq çıxol prastina - 40 manat, şkafın içində uşaq və qadın üçün geyimlər, 6 nəfərlik kofe dəsti - 25 manat, 2 xrustal lotka - 70 manat, 2 ədəd xrustal konfet qapı - 50 manat, 12 ədəd lav-çaxır stəkan - 20 manat, 6 ədəd xrustal araq stəkanı - 40 manat, 12 ədəd glass kare araq stəkanı - 12 manat, 6 ədəd apadara sok stəkanı - 10 manat, 6 ədəd belik sok stəkanı - 5 manat, 6 ədəd çaxır stəkanı - 12 manat, gake maild kek qabı - 10 manat, 12 ədəd sok stəkanı - 30 manat, lav 3 dənəli ədviyyat qabı - 5 manat, taxta qaşıqlar - 5 manat, qırmızı rəngli qaşıqlar - 8 manat, göy rəngli balaca qab - 5 manat, 2 ədəd göy rəngli kasa - 5 manat, 2 ədəd göy lotka - 6 manat, buz qabı - 3 manat, 1 ədəd duz qabı - 6 manat, 2 ədəd aş qaşığı - 6 manat, peçenya doğrayan - 5 manat, keramika bıçaq dəsti - 50 manat, laklı qruşka - 5 manat, oxlay, peşqar, ələk - 20 manat, soyuducu klonkası - 5 manat, balaca armud qabı - 5 manat, vakumlu qab - 20 manat, limon sıxan - 5 manat, 2 ədəd mürəbbə qabı - 15 manat, lav qrafinka - 10 manat, tərəvəz doğrayan qab - 20 manat, qoz çəkən maşın - 25 manat, süzgənc - 25 manat, 1 ədəd mürəbbə ləyəni 25 manat, 1 ədəd lakı ləyən - 20 manat, 3 ədədli padnos dəsti - 50 manat, süpürgə - 8 manat, laklı xəngəl padnosları - 30 manat, 3 ədəd laklı qazan dəsti - 50 manat, qab - 40 manat, gündəlik işlətmə qab dəsti - 300 manat, 12 ədəd stəkan nəlbəki ilə birlikdə - 40 manat, 12 ədəd qarabağ stəkanı nəlbəki ilə birlikdə 40 manat, 6 ədəd qaşıq dəsti - 20 manat, 2 ədəd neman firmasına məxsus xrustal konfet qabı - 50 manat, 2 ədəd nemon firmasına məxsus xrustal mürəbbə qabı - 80 manat, 5 ədəd qədimi xrustal stəkan - 60 manat, 2 ədəd qədimi xrustal stəkan - 60 manat, 2 ədəd konfet qabı - 30 manat, 2 ədəd mürəbbə qabı - 30 manat, 6 ədəd çay srius stəkan - 30 manat, mikser - 25 manat, tort qabı - 15 manat, nemon firmasına məxsus kamotun üstünə qoyulan qab - 200 manat, 12 nəfərlik çamadan qaşıq dəsti - 250 manat, uşaq üçün hamam dəsti - 50 manat, 2 ədəd çaşka - 5 manat, “Beko” markalı tozsoran - 300 manat, plastik ləyən - 3 manat, 3 dənəli laklı cəm - 20 manat, kartof əzən - 2 manat, 1 ədəd laklı vedrə - 20 manat, 2 ədəd paşa bağça dırım üçün qab - 85 manat, şüşə salat qabı - 10 manat, 2 ədəd İran istehsalı meyvə qabı - 18 manat, 1 ədəd İran istehsalı çaynik - 5 manat, farfır dəm çayniki - 40 manat, Türkiyə istehsalı 1 ədəd çaydan - 40 manat, banka açan - 2 manat, pol vedrəsi dəsti - 25 manat, “Samsung” markalı televizor - 1.250 manat, “Beko” markalı soyuducu - 1.300 manat, ütü stolu - 40 manat, 2 ədəd ləbləbi qabı - 5 manat, 1 ədəd baqema meyvə qabı - 40 manat, 2 ədəd baqema kanfet qabı - 60 manat, neman firmasına məxsus xrustal su stəkanı - 70 manat, 6 ədəd xrustal şampan stəkanı - 70 manat, nemon firmasına məxsus 6 nəfərlik qrafinka - 200 manat, ütü - 50 manat, elektrik blinçik qabı - 40 manat, 3 dənəli peçenya qabı - 50 manat, Türkiyə istehsalı hürrəm firmasına məxsus 3 dənəli qazan - 150 manat, qazan tava - ümumi qiymət 300 manat, “Tefal” markalı elektrikli çaydan - 20 manat, toster qabı - 30 manat, baqema qrafinka dəsti 1 ədəd 6 stəkanı ilə birlikdə - 180 manat, 1 ədəd qədim xrustal səbət - 50 manat, 1 ədəd ləbləbi qabı -25 manat, 1 ədəd tort üçün hündür qab - 20 manat, 2 ədəd lav firmasının şüşəli qabları - 6 manat, 1 ədəd lav firmasının tort qabı - 4 manat, 1 ədəd tort qaşıqları - 5 manat, 3 mərtəbəli çərəz qabı - 40 manat, müxtəlif qablar, olmadığı təqdirdə isə onların dəyəri cavabdeh Baıram İusubovdan alınaraq iddiaçı X4 verilməsi, cavabdeh Şəxs 15 manat rüsuma görə ödənilmiş pul alınaraq iddiaçı X4 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan Abşeron rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli Şəxs ünvanlanmış xəbərdarlıq məktubuna əsasən icra sənədinin könüllü icra olunması üçün müəyyən olunmuş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada barənizdə icra tədbirləri tətdiq edilməmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, icraya yönəldilmişdir və hazırda da qüvvədədir. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər də dəfələrlə icra şöbəsində iltizam yazmaqla möhlət istəməsini, borcun məbləğini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X7 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin İnzibati həbs etmənin əvvəli 28 fevral 2022-ci il saat 17:30 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis idarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X7 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on)gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar