Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-434/2025 11.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Mehdiabad qəsəbə ərazi dairəsi, Mehdiabad qəsəbəsi, Fariz İsmayılov küçəsi, ev 4 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisi, polis kapitanı X5 protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində Bol marketin yaxınlığında işərisində 7 manat pul, 2 ədəd bank kartı və 3 ədəd bonus kartları olan pul qabısı oğurlanmışdır. Nəticədə Şəxs tərəfindən AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt təhqiqat materialı ilə təsdiq edilmişdir. Tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad edilən əməllə bağlı özünü təqsirli bilməmiş və qeyd etmişdir ki, qəbirstanlıqda işləyir, pul qabı tapmışdı, içində də 7 manat pul var idi, sahibini tapa bilmədiyinə görə daşın altına qoymuşdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış etmış müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 təqsirləndirilən şəxsin barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında işdə inzibati xəta tərkibi müəyyən olunmamışdır. Bundan əlavə iş materiallarında olan Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Şəxs izahatı müəyyən olunmamışdır. Qeyd edilənlərə əsasən, hazırki iş üzrə inzibati xəta tərkibi olmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(012)-434/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-434/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver