Məhkəmə qərarları › İş №3(012)-436/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-436/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-436/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində protokol tərtib olunmuş şəxs Şəxs iştirakları ilə xx.xx.2002-ci il tarixdə Cəbrayıl rayonu, Çullu kəndində şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, Cəbrayıl rayonu, Çullu kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 massivi, Qaçaq Nəbi küçəsi, fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 massivində yerləşən fərdi yaşayış evində yaşayan vətəndaş Zərərçəkmiş şəxs məxsus 2000 manat dəyərində taxta materialları yandırmaqla “Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə” növündə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib olunan şəxs Şəxs izahatında bildirmişdir ki, yaşadıqları ünvanın yaxınlığında yerləşən boş torpaq sahəsində atası Şahid məxsus yük avtomobilinin dəmir materialdan olan yük yeri vasitəsilə hazırlanmış qaraj mövcuddur. Həmin qarajın orada qurulma vaxtını xatırlamır. Zərərçəkmiş şəxs 2022-ci ildə qaraj yerinin sağ tərəfində yerləşən fərdi yaşayış evini satın almışdır. 2024-cü ilin əvvəllərində həmin ərazidə avtomobillərin park etməsinin qarşısını almaq məqsədilə o, əmisi Emin, qonşuluqda yaşayan Vüqar, Qulu, Tural və Yusif birlikdə həmin ərazinin əsas giriş yerlərinə dəmir millər basdırmışlar. Bir neçə saat sonra Zaur bu barədə polisə müraciət etmiş, polis əməkdaşları gəldikdən sonra onlar dəmir milləri çıxarmışlar.2024-cü ilin “Novruz bayramı” ərəfəsində həmin ərazidə yaşayan yaşıdları ilə birlikdə ərazidə olan tullantıları toplayaraq yandırmışlar, lakin Zaur bu barədə müraciət edərək guya onun orada olan 2000 manat dəyərində taxta materialının yandırıldığını demişdir. Onlar sadəcə həmin ərazini təmizləmişlər və orada olan tullantıları yandırmışlar. Hal-hazırda aralarında razılaşma olmuşdur,göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra o, hazırda zərərçəkmiş şəxslə barışdığını və ondan heç bir şikayət və tələb olmadığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, ona məxsus evin ön tərəfində 70 kv/metr bələdiyyə mülkiyyətində olan boş torpaq sahəsi var.Həmin torpaq sahəsi rəsmi olaraq ona məxsus olmasa da o, həmin torpaq sahəsinin vergisini ödəyir və oradan istifadə edir. O, həmin əraziyə özünə məxsus taxları yığmış, lakin 2024-cü ilin əvvəllərində qonşusu Şəxs həmi taxtaları yandıraraq ona 2000 manat dəyərində maddi ziyan vurmuşdur. Daha sonra o, hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Şəxs qarşı heç bir şikayət və maddi tələb yoxdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surətinin aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardaddan görünür ki,Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Şəxs ilə barışmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən törədilmiş inzibati xəta nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərər aradan qaldırılmış,onlar barışmışdır, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 53-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar