Məhkəmə qərarları › İş №3(012)-437/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-437/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-437/2025 24.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi ilə Babayeva Validə Ramin qızının katibliyi ilə, Protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis leytenantı nümayəndəsi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Laçın, Ağoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi polis mayoru X2 tərəfindən MN № ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, N.Gəncəvi küçəsində Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yumruq vuraraq 210 manat maddi ziyan dəymişdir. Nəticədə Şəxs tərəfindən AR İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu Şəxsnın izahatı ilə təsdiq edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdki ki, protokolda qeyd edilənləri qəbul edir. İkinci Qarabağ müharibəsində döyüşmüşdür, əlilliyi var. Bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixində Abşeron rayon Müşfiqabad qəsəbəsindən 3 nəfər qadını avtomobilə sərnişin kimi əyləşərək 2 ünvana sifariış verdilər. Sovetski deyilən yerə apardıqdan 5-10 dəqiqə sonra deyilən digər ünvana apardı. Sonra qadınlardan biri onunla mübahisə edərək onu təhqir edib söyməyə başladı. Həmin vaxt onları qarşılayan oğlan onun üstünə hücum edərək onu söyüb və maşına hücuma keçdi. O isə həmin vaxt maşının içində oturmuşdu. Maşından düşəndə onun belinə vurdu və söyüş söyərək onu təhqir etdi. Onun barəsində cinayət işinin başlanmasını və həbs olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Abşeron Rayon Polis İdarəsinin nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat vermiş, qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnın inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan arayışdan görünür ki, “Chevrolet Cobalt” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərclərinə 210 manat vəsait tələb olunur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, iş materiallarında olan yanğın və texnoloji partlayışların tədqiqi və ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi ekspertizalarının rəylərindən göründüyü kimi Zərərçəkmiş şəxs avtomobilinə ümumilikdə 210 manat məbləğində zərər dəymişdir. Məhkəmə hesab edir ki, borclunun dəymiş zərərin 1 misli miqdarında, yəni 210 manat məbləğində inzibati qaydada cərimə edilməsi daha məqsədəuyğundur. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona dəymiş zərərin 1 misli qədər, yəni 210 (iki yüz on) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar