Məhkəmə qərarları › İş №3(012)-439/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-439/2021

06.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-439/2021 06.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-ın sahə rəisləri X3, X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsiştirakları ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Saray qəsəbəsi, Bağlar massivində yaşayan Zərərçəkmiş şəxs1 qızının evinin çöl hissəsinə quraşdırılmış 250 manat dəyərində su sayğacını talamışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Masazır kəndində yaşayan Zərərçəkmiş şəxs14 çalışdığı “Araz” marketdən 90 manat dəyərində su mühərriki və su nasosunu talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abbasov küçəsində yaşayan Zərərçəkmiş şəxs13 evindən 70 manat dəyərində JVC markalı DVD aparatını talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Zərərçəkmiş şəxs12 20 manat pulunu ələ keçirərək 10 manat gediş haqqını vermımişdir. Bundan başqa o, xx.xx.2020-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yaşayan vətəndaş Zərərçəkmiş şəxs11 idarə etdiyi VAZ markalı, 99VY816 d.q.n avtomobildən 100 manat dəyərində maqnitafon talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs10 içərisində 11 manat pul olan pul kisəsini talamışdır., ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 320 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Novxanı kəndində yerləşən evindən 30 manat dəyərində elektrik naqillərini talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndi, Duz gölünün yaxınlığında yaşayan Zərərçəkmiş şəxs4 işlədiyi Abşeron rayonu, Novxanı kəndində yerləşən “Tek Oil” yanacaq doldurma məntəqəsində “Chevrolet” markalı avtomobilə 47 manat dəyərində yanacaq dodurduqdan sonra yanacaq pulunu vermədən getmişdir. Bundan başqa o, xx.xx.2020-ci il Abşeron rayonu, Novxanı kəndində yaşayan Zərərçəkmiş şəxs5 evinin həyətinin çöl hissəsindən 100 manat dəyərində Bosch markalı loqondanı talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndi, Ə.Abuzərov küçəsində yaşayan Zərərçəkmiş şəxs6 evinin həyətindən 90 manat dəyərində Su qızdırıcısınıtalamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Qurd dərəsində yaşayan X6 idarə etdiyi Vaz 2104 markalı, 90XE974 d.q.n avtomobilin açıq vəziyyətdə olan yük hissəsindən 45 manat dəyərində Nomi markalı mobil telefonu oğurlamışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məh, ev 16a, m 2-də yaşayan Zərərçəkmiş şəxs8 içərisində 50 manat pul və içərisində pul olmayan bank kartları olan pul kisəsini talamışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, ev 265, mənzil 207-də yaşayan Zərərçəkmiş şəxs9 Opel Astra markalı 90BT487 d.q.n avtomobilin 80 manat dəyərində 4 ədəd təkər qalpaqlarını talamışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, Atatürk küçəsində yaşayan Zərərçəkmiş şəxs15evinin küçəsində yerləşən 50 manat dəyərində su nasosusunu talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, F.Həsənov küçəsi, ev 9-da yaşayan X1 “Tapşaz” saytında mobil telefon almaq adı ilə Masazır qəsəbəsi, “Zeynəb” marketdən Günay adlı qadının hesabına 70 man pul köçürüldüyünü və o, vədinə əməl etməmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, xətai rayonu, Gəncə pr, ev 224 saylı uşaq bağçasında yaşayan X4 işlədiyi Abşeron rayonu, asazır qəsəbəsində yerləşən Mitsubishi servisdə şalvarının cibindən 98 manat pulunu talamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəs, Oktyabr küç, ev 16-da yaşayan Zərərçəkmiş şəxs18 230 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs19 aldadaraq onun100 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, xx.xx.2021-ci ildə Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yaşayan Zərərçəkmiş şəxs20 adminstrator işlədiyi Oba” marketdən 50-100 manat dəyərində kərə yağını oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs21 təqaüd kartından 200 manat pulunu talamışdır. Bundan başqa o, ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs22 məxsus 20 manat pulunu səhifə satmaq adı ilə aldadaraq X8 tərəfindən gizli olaraq talamışdır. İnzibati xəta haqqında protokolları tərtib etmiş Abşeron RPİ-nin İTŞ-ın sahə rəisləri X3, X5 izahatlarında göstərdilər ki, Şəxs yuxarıda göstərilən oğurluq əməllərini etmişdir.Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək etdiyi əməldən peşman olduğunu, bir də belə halların baş verməsinə yol verməyəcəyini bildirdi. İş materillarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 14-30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs etdiyi əməlləri səmimi etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi məhkəmə tərəfindən qəbul olunur. Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətininəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələblərinəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-cimaddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən, saat 14:30-dan hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Abşeron Rayon Məhkəməsi vasitəsilə SumqayıtApellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar