Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-442/2025 12.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Zəngilan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsindən daxil olmuş 12 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs üzərindən 01 ədəd bükümdə 0,19 qram narkotik vasitə - marixuana aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zəngilan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X10 izahat verərək bildirdi ki, 03 dekabr 2024-cü il tarixdə saat 06:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 6-cı binanın blokunda Şəxs və digər şəxslər saxlanılmışdır. Şəxslər polis bölməsinə gətirildikdən sonra üzərlərinə baxış keçirilmiş və Şəxs qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə ekspertiza rəyi ilə müəyyən edilmiş 0,19 qram narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Zəngilan RPŞ-nin İstintaq qrupunun baş müstəntiqi X1 07 fevral 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərarı ilə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Zəngilan RPŞ-nə göndərilmişdir. Şəxs ilə bu gün əlaqə saxlanılmış və bununla da Əliyev Ülvinin narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunmuş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dindirilən zaman özünü inzibati xətanın törədilməsində təqsirli bilərək bildirmişdir ki, üzərində olan narkotik vasitə özünə məxsus olmuşdur. Əməlindən peşman olduğunu və vətən müharibəsi iştirakçısı olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X8 müdafiə etdiyi şəxsin əməlindən səmimi peşman olduğunu, vətən müharibəsi iştirakçısı olduğunu və onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini, prosessual əsaslar baxımından isə qəbul edilmiş qərara əsasən şəxsin inzibati məsuliyyətə gec cəlb edilməsini əsas gətirərək ümumiyyətlə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zəngilan RPŞ-nin İstintaq qrupunun baş müstəntiqi X1 07 fevral 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərarı ilə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Zəngilan RPŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2024-cü il tarixli, 7/1958 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “X7..., Şəxs” yazılar və imzalar olan zərfdə 02 ədəd gümüşü rəngli kağız bükülülərdə (bir ədəd nisbətən böyük, bir ədəd nisbətən kiçik ölçülü) ayrı-ayrılıqda təmiz çəkisi 6,39 qram; 0,19 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. X2 götürülmüş 01 ədəd nisbətən böyük ölçülü gümüş rəngli kağız bükülüdə və Şəxs İsmaıl oğlundan götürülmüş 01 ədəd nisbətən kiçik ölçülü gümüşü rəngli kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidir.” “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin “gəlir məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs “Vətən Müharibəsi” iştirakçısı olduğu üçün 80 manat məbləğində pensiya alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını cəzasının yüngülləşdirən halı kimi nəzərə alır. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəflərin izahatları və iş materiallarında olan sənədlərin tədqiq edərək hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını, vətən müharibəsi iştirakçısı olmasını və Şəxs cəmiyyətdən təcrid etmədən islah etməyin mümkün olduğunu nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400 (dörd yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut kimi Abşeron Rayon Polis idarəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,17 qram qurudulmuş marixuana məhv edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-442/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-442/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver