Məhkəmə qərarları › İş №3(012)-447/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-447/2022

01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-447/2022 01.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X16, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, 01.01.1992-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, Laçın rayonu, Qarıkaha qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərçiyi bina 10 blok 2 mənzil 60-da yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən 01.03.2022-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 01.03.2022-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-532/2021 saylı, 08.07.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 08.07.2021-ci il tarixdən başlayaraq hesablanmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şəxs bildirdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-532/2021 saylı, 08.07.2021-ci il tarixli icra sənədinə əsasən Abşeron rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilməklə, cavabdeh Şəxs 3 (üç) uşağın yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X5ma verilməsi qərara alınmışdır. Qeyd edilən icra sənədi 03.08.2021-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Bundan başqa qeyd olunur ki, Abşeron rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli qətnaməsinə əsasən 18.01.2014-cü il təvəllüdlü, 01.01.2016-cı il təvəllüdlü və 01.08.2017-ci il təvəllüdlü uşaqların anası X1 yanında qalması müəyyən olunmuşdur. Bu hissədə qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İcra sənədlərinin icrasının vacibliyi borclu şəxsə ayrı-ayrı vaxtlarda diqqətinə çatdırılmış, eyni zamanda icra sənədlərinin icra olunmaması ilə bağlı məsuliyyət elan olunmuşdur. Borclu şəxs olduğu yer barədə məlumat vermədiyi və icra məmurunun çağırışlarına məhəl qoymadığı üçün onun barəsində 26.08.2021-ci il tarixdə axtarış qərarı qəbul olunmuşdur. 01.03.2022-ci il tarixdə borclu şəxs Laçın rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən icra şöbəsinə təhvil verilmişdir. Tərəfindən borclu Şəxs icra sənədi üzrə yaranmış borc məbləğinin ödənilməsi və özündə saxladığı iki uşağın icra şöbəsinə gətirməklə anaları Günay Qəhrəmanzadəyə təhvil verilməsi tələb olunmuşdur. Lakin borclu şəxs müxtəlif bəhanələr gətiməklə barəsində olan icra sənədlərini icra etməkdən, yəni alimenti ödəməkdən, 2 (iki) uşağı anaya verməkdən, həmçinin icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti və gəlirləri yoxlanılmış adına hərhansı əmlak və gəlir aşkar edilməmişdir. Hazırkı, vəziyyətdə borclu Şəxs inzibati məsuliyyətə cəlb olunması gələcəkdə onun cinayət məsuliyyətinə cəlb olunması üçün əsas şərtlərdən biridir. Bunun üçün Sizdən borclu barəsində tərtib olunmuş inzibati protokolu təmin edərək onu inzibati məsuliyyətə cəlb etməyi xahiş etdi. Borclu Şəxs icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, onun X3 ilə rəsmi nikahından 3 (üç) uşaqları var. Hal-hazırda 2 (iki) uşaq onun yanında, 1 (bir) uşaq isə G.Qəhrəmanzadənin yanında qalır. 2 uşağın onun yanında qaldığı üçün yaranmış aliment borcunu ödəyə bilmədiyini əsas gətirərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında Şəxs aliment verməmək üçün iki uşağını ona verməyərək balalarına həsrət qoymuş, qapısına gedəndə isə ailə üzvüləri ilə onu nalayiq sözərlə təhqir edib qovmuşlar. Uşaqları təhsildən yayınmış, tərbiyəsiz mühitdə böyüyürlər. Ondan özündə saxladığı iki uşağını icra şöbəsinə gətirb ana kimi ona təhvil verilməsi tələb olunsada, borclu şəxs müxtəlif bəhanələr gətirməklə barəsində olan icra sənədlərini icra etməkdən, yəni alimenti ödəməkdən, 2 (iki) uşağı isə ona verməkdən, həmçinin icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırır. Atəş Qəhrəmanovun yanında olan 2 (iki) uşağın ona verilməsini və yaranmış aliment borcun sonuncu tərəfindən tam şəkildə ödənilməsini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X13 hüquqlarını müdafiə etdiyi şəxsin maddi imkanının zəif olmasını nəzərə alıb onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-532/2021 saylı, 08.07.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs ilə X3 arasında 11.01.2014-cü ii tarixdə Bakı şəhəri, Nərimanov rayon Qeydiyyat Şöbəsində bağlanmış 23 №li akt qeydli nikah pozulması, birgə nikahdan anadan olmuş 18.01,2014-cü il təvəllüdlü X11, 01.01.2016-cı il təvəllüdlü X14 və 01.08.2017-ci il təvəllüdlü X15 anası X1 yanında qalması, 18.01,2014-cü il təvəllüdlü X6. 01.01.2016-cı il təvəllüdlü X8 və 01.08.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 25.02.2020-ci ıl tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 170 manat, cəmi 510 manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-532/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə qət edilməsi, apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron rayon məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilməsi, cavabdeh Şəxs 18.01,2014-cü il təvəllüdlü X11, 01.01.2016-cı il təvəllüdlü X14 və 01.08.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04.09.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək araşdırma zamanı belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri icra məmuruna verdiyi izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməl üzrə özünü təqsirli bilməməsi özünümüdafiə xarakter daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X10 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. O, məhkəmə zalında həbs edilsin. İnzibati həbs etmənin əvvəli 01.03.2022-ci il, saat 18:15-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X10 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar