Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-447/2024 02.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Həsənli Salatın Etibar qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 X4 Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP *** **** saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 məhkəməyə müraciət edərək, X4 Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP *** **** saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək, X4 Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP *** **** saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə qərardan şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olubolmamasını həll edilir. Məhkəmə X4 Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP *** **** saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsini, ona əlavə edilmiş sənədləri və hazırda sənədlərin geri qaytarılması barədə müraciət ərizəsini araşdıraraq hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 X4 Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP *** **** saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin müraciətinə əsasən geri qaytarılsın. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-447/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-447/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver