Məhkəmə qərarları › İş №3(012)-449/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-449/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-449/2023 06.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon İcra Şöbəsinin icra məmuru X5, zərərçəkmiş şəxs X1 və onun müdafiəçisi “Arbitrium” Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1991-ci il tarixdə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon İcra şöbəsində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin e-16(012)- 107/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X2 iddiaçı Şəxs ilə birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 12:00-dək ünsiyyət hüququ təmin edilməsi qət edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon İcra Şöbəsinin icra məmuru X10 izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin e- 16(012)-107/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırmış, icra məmurunun qanuni tələblərinə məhəl qoymamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, onların birgə nikahlarından olan uşaqlarının dörd yaşı var, dörd yaşlı uşağın gecələr ana qayğısına daha çox ehtiyacı var. Zərərçəkmiş şəxs X4 içki və mərc oyunları aludəçisidir. Buna görə də uşağın atasının yanında gecə qalmasına razı ola bilməmişdir. Lakin onlar uşağın şənbə və bazar günləri 11:00-dan 18:00-dək atası ilə görüşməyi barədə razılığa gəlmişlər. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, Abşeron Rayon Məhkəməsinin e-16(012)-107/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasən cavabdeh X2 iddiaçı Şəxs ilə birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 12:00-dək ünsiyyət hüququ təmin edilməsi qət edilmişdir. Lakin hüquqlarını müdafiə etdiyi şəxs birgə nikahdan olan uşaqlarının gecə atasının yanında qalmasına razı olmadığı üçün apelyasiya şikayəti verilmişdir. Lakin tərəflər uşağın şənbə və bazar günləri 11:00-dan 18:00-dək atası ilə görüşməyi barədə razılığa gəlmişlər. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Fərəcli X7 Rayon Məhkəməsinin e-16(012)-107/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsini icrasından qərəzli şəkildə boyun qaçırmışdır. Lakin onlar uşağın şənbə və bazar günləri 11:00-dan 18:00-dək atası ilə görüşməyi barədə razılığa gəlmişlər. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında “Arbitrium” Vəkil Bürosunun vəkili X8 bildirdi ki, tərəflər uşağın şənbə və bazar günləri 11:00-dan 18:00-dək atası ilə görüşməyi barədə razılığa gəlmişlər. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin e-16(012)-107/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X2 iddiaçı Şəxs ilə birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 12:00-dək ünsiyyət hüququ təmin edilməsi qət edilmişdir. İddiaçı Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəliyev X9 Rayon Məhkəməsinin e-16(012)-107/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından apelyasiya şikayəti vermişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi onun vəkilini və protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati qaydada tənbeh nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərərçəkmiş şəxs X4 arasında uşağın şənbə və bazar günləri 11:00-dan 18:00dək atası ilə görüşməyi barədə razılığa gəlmişlər. Buna görə inzibati iş üzrə icraata xitam vcerilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar