Məhkəmə qərarları › İş №3(012)-449/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-449/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-449/2025 14.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərardan şikayət verən şəxs: X4 iştirakı ilə, X6 tərəfindən Bakı şəhəri X8 İdarəsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati qərardan verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X8 İdarəsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. X6 tərəfindən verilmiş şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİnin Polis kapitanı X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 11 oktyabr 2024-cü il tarixli TP ******* saylı qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat (4 bal) məbləğində cərimə edilmişdir. Zabrat-Kürdəxanı yolunda kanalizasiya xətlərinin yenilənməsi ilə əlaqədar təmir-bərpa işləri aparıldığı üçün dəmir hasarlar qoyulub və hərəkət həmin hissədə məhdudlaşdırılmışdır. Təmirlə əlaqədar yaranmış bu vəziyyətə görə o da xx.xx.2024 tarixində əks yola çıxmağa məcbur olmuşdur. Etdiyi inzibati xəta həmin ərazidə olan müşahidə kamerası vasitəsi ilə aşakar edilmişdir. Bakı şəhər DYPİ qanunu pozaraq elə göstərmişdir ki, guya inzibati xəta onların iştirakı ilə aşkar olunmuş, bu barədə onun xəbəri və iştirakı olmadan birbaşa qərarlı İXP6814081 prtokol tərtib etmişlər. Əslində isə etdiyi inzibati xəta xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş və ona görə də bu barədə barəsində elektron qərar qəbul edilmişdir. Barəsində qəbul edilmiş 11 oktyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-2272/2024 saylı qərarına əsasən şikayət təmin edilməmiş, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri X8 İdarəsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş Bakı şəhəri X8 İdarəsi tərəfindən verilmiş şikayət əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(105)- 32/2025 saylı qərarına əsasən Abşeron rayon Məhkəməsinin 3(012)-2272/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, yenidən məhkəmə baxışı mərhələsinə qaytarılması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Eşqi Orucov şikayət ərizəsini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsi nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri X8 İdarəsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 28 sentyabr 2024-cü il tarixdə, saat 11:30 radələrində X2-Kürdəxanı yolunda idarə etdiyi “KHAZAR LX minik” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir; Məhkəmə, qərardan şikayət vermiş şəxsin izahatını dinləyib. şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X6 tərəfindən verilmiş şikayət qismən təmin olunmalı, Bakı şəhəri X8 İdarəsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.4-cü maddəsinə əsasən Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən “KHAZAR LX minik” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək, nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə təqsirli bilinərək, 150 manat məbləğində cərimə edilsə də, lakin iş materiallarında həmin halı təsdiq edən hər hansı sübuta rast gəlinmir. Belə ki, məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Bakı şəhəri X8 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməklə, videogörüntünün təqdim olunması üçün məhkəmə iclasını təxirə salsa da, Bakı şəhəri X8 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Eyni zamanda iş materiallarından görünür ki, inzibati xəta Sabunçu-Kürdəxanı yolunda xx.xx.2024-cü il tarixdə saat 11:30-da qeydə alınmış, lakin inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Qərarın hadisənin törədilməsi vaxtından xeyli müdət keçdikdən sonra qəbul edilməsi məhkəmədə haqlı suallar yaratmışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində 11 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin sonuncu tərəfindən həmin qərar qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X4 şikayətində göstərilən halların mövcud olubolmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, sonuncunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə qəbul edilmiş 11 oktyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsinə inzibati tənbeh tətbiq edilmiş şəxsin iştirakı ilə yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X8 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəm QƏRARA ALDİ: X6 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri X8 İdarəsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət digər hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar