Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-45/2021 01.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon Polis İdarəsinin İTŞ-nin rəisi X1 iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, 600 Hərbi Hissə ünvanında qeydiyyatda olan və Xırdalan şəhəri, QYM, Nəvai küçəsi, ev 54 qnvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayonu Polis idarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Qeyd edilən inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020- il tarixdə saat 21:10 radələrində Şəxs Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi ərazisində istehsalı və satışı qadağan olunmuş pirotexniki vasitələrin satışı ilə məşğul olduğundan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 21:10 radələrində xidmətdə olan zaman Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospesti, Narzan kafe ilə üzbəüz paltar mağazasının fəaliyyət göstərdiyini görüb onlara yaxınlaşdıqda mağazada satışı qadağan olunmuş pirotexniki vasitələrin satıldığını görmüşlər. Polis əməkdaşları özlərini təqdim edərək karantin vaxtında fəaliyyət göstərmələrini və mağazada satışı qanunla qadağan olunmuş partlayıcları satdığı üçün onları Abşeron RPİ-nə gətirmişlər. Araşdırma zamanı həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan izahatdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M-da yaşayır, Bir neçə ildir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M-da dükan işlədir. Polis əməkdaşları mağazada piştaxtaların altında olan protexniki malları aşkar etdi. Belə ki, özünü təqsirli bilir və törətdiyi əməldən peşmandır . İş materiallarında olan aktdan görünür ki, “Maksum”- 4 ədəd qırmızı qutuda, “Pop- Pot” 1 qutu, “Boxger” 2 ədəd sarı qutu, “Super Vixei” 5 ədəd, “TP1500”- 2 ədəd, 35 ədəd yumru formada partladan pirotexniki mallar götürülmüşdür. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın predmeti olan əşyalar müsadirə olunmaqla cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və “Maksum”- 4 ədəd qırmızı qutuda, “Pop-Pot” 1 qutu, “Boxger” 2 ədəd sarı qutu, “Super Vixei” 5 ədəd, “TP1500”- 2 ədəd, 35 ədəd yumru formada partladan pirotexniki mallar müsadirə olunmaqla 350 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-45/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-45/2021
01.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver