Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-45/2022 14.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, X1nun iştirakı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 07.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 07.12.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsin xahiş etmişdir. Məhkəmə iclasında şikayət X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 ünvan 1 ünvanının yanında obyekt altına düşən kökü üstündə üç ədəd yaş halda meyvə ağacı məhv edilməsi aşkar edilərək, heç bir əsas olmadan və hər hansı bir sübut göstərmədən X6 barəsində inzibati protokol tərtib etmişdir. Belə ki, uzun illərdir Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, bina-6, mənzil-11 ünvanında, birinci mərtəbədə ailəsi birilikdə yaşayır. Mənzilin pəncərəsinin qarşısında hələ o zamanlardan istifadə olan sahədə həmişə abadlıq, təmizlik və səliqə-sahman işlərini özü etmiş və indi də edir. Həmin istifadəsində olan kiçik sahədə özü əkdiyi bir ədəd balaca ağac yayın qızmar keçməsi nəticəsində quruduğundan yerinə yenisini əkmək məqsədilə həmin quru balaca ağacı kəsmişdir. X6 barəsində tərtib edilən protokolda göstərilən qayda pozuntusuna yol verməmişdir. Heç bir sübut olmadığı halda onun barəsində inzibati protokol tərtib edilməsin və həmin protokol əsasında inzibati cərimə edilməsin əsassız hesab edir. Həmçinin protokol tərtib edilərkən ərazidə telefonla fotoşəkillər çəkilmişdir, həmin fotoşəkillərdə isə ağacların kəsilməsi görünmür. İnzibati xətanın törədilməsi yalnız sübut kimi həmin aktla təsdiq edilmişdir. Buna görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokol əsasında barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsin xahiş etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasın mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 22.10.2021-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanının yanında obyekt altına düşən ərazidə kökü üstündə üç ədəd yaş halda meyvə ağacı məhv edilməsi müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən ərazidə tikinti məqsədilə aparılan işlər zamanı kökü üstündə yaş halda 4 sm-dən 1 (bir) ədəd armud ağacı, 2 (iki) ədəd nar kolu və kökü üstündə quru halda meyvə ağacını kəsildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tərtib olunmuş 253.3.1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli 22 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol görünür ki, o, Xırdalan şəhəri 27-ci məhəllə bina 6, mənzil 11 ünvanının yanında obyekt altına düşən kökü üstündə yaş halda 3 (üç ədəd) meyvə ağacını qanunsuz olaraq məhv etmişdir. (Protokol 22.10.2021-ci il tarixli 73446 saylı akt əsasında tərtib olunmuşdur) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN № ******* saylı, 07.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 6 saylı binanın yaxınlığında tikilən obyekt altına düşən kökü üstündə yaş halda 3 (üç) ədəd meyvə ağacı qanunsuz məhv edilmişdir. Buna görə də X4 Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün fiziki şəxs kimi 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. 22.10.2021-ci il tarixli 73446 saylı akt əsasında tərtib olunmuş cədvəldən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 6 saylı binanın yaxınlığında tikinti məqsədi ilə 1 ədəd ağacın və 2 ədəd kolun məhv edilməsi nəticəsində təbiətə 480 (dörd yüz səksən) manat ziyan dəymişdir. Akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, aktda ünvan 1 ünvanının yanında obyekt altına düşən ərazidə kökü üstündə üç ədəd yaş halda meyvə ağacı məhv edilmişdir. Abşeron Rayon Məhkəməsinin 10.01.2021-ci il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 07.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-111/2022 nömrəli, 18.02.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraat materialları hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayəti və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, X6 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 6 saylı binanın yaxınlığında tikilən obyekt altına düşən kökü üstündə yaş halda 3 (üç) ədəd meyvə ağacın məhv edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Protokolda həmin faktın 22.10.2021-ci il tarixli 73446 saylı aktla təsdiq edilməsi göstərilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı X6 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 6 saylı binanın yaxınlığında tikilən obyekt altına düşən kökü üstündə yaş halda 3 (üç) ədəd meyvə ağacın məhv edilməsi müəyyən olunsa da, bu inzibati xətanın məhz X6 tərəfindən törədilməsini təsdiq edən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Protokol tərtib etmiş orqan X4 tərəfindən kökü üstündə yaş halda 3 (üç) ədəd meyvə ağacın məhv edilməsi müəyyən edilməsi ilə kifayətlənmiş, inzibati araşdırma aparmadan X6-in inzibati məsuliyyətə cəlb etmişdir. Məhkəmə ilk öncə məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi tarix göstərilməmiş, həmçinin, 07.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda da inzibati xətanın hansı tarxidə törədildiyi göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4cü maddəsində inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxtın göstərilməsi imperativ qaydada nəzərdə tutulmuşdur. Məhkəmə, xətanın törədildiyi vaxtın müəyyən edilməsinin vacib olduğunu ona görə vurğulayır ki, bu hal müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmənin tətbiqinə maneə olmaqla şəxsin hüquqlarının pozulması ilə nəticələnməkdədir. Bundan başqa yuxarıda sadalanan sübutlardan görünür ki, hazırkı inzibati xəta haqqında protokolun X4 barəsində başlanılmasının səbəbi kökü üstündə yaş halda 3 (üç) ədəd meyvə ağacın məhv edildiyi yerin X3 məxsus mənzilin pəncərəsinin qarşısında olması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə məsuliyyət nəzərdə tutur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir;. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, inzibati protokol tərtib edildiyi zaman X4 tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi əraziyə baxış keçirərkən inzibati xəta törətmiş şəxsi yəni, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 6 saylı binanın yaxınlığında tikilən obyekt altına düşən kökü üstündə yaş halda 3 (üç) ədəd meyvə ağacın məhv edən şəxsi müəyyən etməmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi yalnız öz subyektiv mülahizələrinə əsasən X2 barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilmir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməyi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər araşdırılmamış ziddiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Bundan əlavə məhkəmə tərəfindən həmin əraziyə yerli baxış keçirilmişdi və müəyyən olunmuşdur ki, həmin ərazidə kəsilməmiş nar ağacları yerləşir və iş materiallarına əlavə olunmuş fotoşəkillər həmin əraziyə aid deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin olunmalı, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07.12.2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı ərazi Ekologjiya və Təbii Sərvətlər İdarəsinin 07.12.2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və başlanmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-45/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-45/2022
14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver