Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-45/2023 08.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X4 katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası DİN BDYPİ İ Tağım YPX inspektoru X2 tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ İ Tağım YPX inspektoru X2 tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 28 dekabr 2022-ci il tarixdə, saat 15:35 radələrində o, istifadəsində olan FORD TRANSİT 350L markalı, ** ON *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Quba - Bakı yolunun Bakı şəhəri istiqamətdə, Bakı şəhərinin Xırdalan şəhəri hissəsində hərəkətdə olarkən, tərəfindən hər hansı yol hərəkət qaydası pozulmadığı halda Tağım yol patrul xidməti inspektoru polis baş serjantı X2 avtomobili saxlayaraq ona xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* seriya nömrəli “inzibati tənbeh vermə haqqında” qərar təqdim etmişdir. Tərəfindən hər hansı qayda pozuntusunun olmadığı halda əleyhinə “inzibati tənbeh vermə haqqında” qərarın qəbul edilməsinə etirazını bildirmişdir. Polis əməkdaşı cavabı “mənlik deyil, qərardan şikayət verə bilərsən” olmuşdur. xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* seriya nömrəli “inzibati tənbeh vermə haqqında” həmin qərardan göründüyü kimi inzibati xətanın nədə ifadə olunduğu bəlli deyildir. Barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* seriya nömrəli “inzibati tənbeh vermə haqqında” həmin qərar ona təqdim edildikdən və onun mətninə nəzər saldıqdan sonra o Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Hazırda mübahisələndirilmiş xx.xx.2022-ci il tarixi, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi YPX inspektoru polis baş serjantı Rövşən İmanov tərəfindən konkret olaraq hansı qayda pozuntusunun baş verdiyini təsdiq edə bilməmişdir. Bundan başqa inpektor qanun pozuntusunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Sonda o, Azərbaycan Respublikası DİN BDYPİ İ Tağım YPX inspektoru X2 tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN BDYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan bildirişi alsa da, məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Məhkəmə şikayətin obyektiv araşdırılması üçün qərarın tərtib edilməsinə əsas olan sənədləri Azərbaycan Respublikası DİN BDYPİ-dən tələb edib nəzərdən keçirmişdir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası DİN İ Tağım YPX inspektoru X2 tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görəsəksən manat məbləğində cərimə edilir. Materialda olan diskdən görünür ki, FORD TRANSİT 350L markalı, ** ON *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi polis əməkdaşının saxlamaq tələbini yerinə yetirməmişdir. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN İ Tağım YPX inspektoru X2 tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayəti rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN İ Tağım YPX inspektoru X2 tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayəti rədd edilsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-45/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-45/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver