Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-45/2024 19.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1, 332.1, 342.2.3-cü maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1, 332.1, 342.2.3-cü maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırmışdır ki, Abşeron DYP Yol Patrul Xidməti İnspektoru Polis X2 xx.xx.2023-cü il tarixində, saat 12:50 radələrində Chevrolet Cruze minik markalı ** MY *** dövlət nömrəli nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması hallan istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə, nəqliyyat nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi nəticəsində ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 327.1-ci, 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi nəticəsində ona 150 manat məbləğində cərimə etmişdir. Abşeron DYP Yol Patrul Xidməti İnspektoru Polis X2 tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı qəti şəkildə qəbul etmir. Ona görə ki, həmin qərar X4 istədiyi “qırmızı kağızı” vermədiyi üçün qərəzli şəkildə yazılmışdır. Belə ki, onu əsassız şəkildə saxlamış və ona istədiyi “hörməti” etmədiyi üçün İXM-nin müvafiq maddələri ilə cəzalandırmışdır. Beləliklə guya Chevrolet Cruze minik markalı ** MY *** dövlət nömrəli nəqliyyat vasitəsini cərimə meydançasına aparmışdır, aparmasının səbəbi isə etibarnamə olmadan avtomobili idarə etməyi olmuşdur. Çünki maşını doğma qardaşı Əlizadə Hüseyn idarə etmişdir. O bu hissəni qəbul edir, etirazı yoxdur. Abşeron DYP Yol Patrul Xidməti İnspektoru Polis X2 tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı qəti şəkildə qəbul etmirəm. Ona görə ki, həmin qərar X4 istədiyi “qırmızı kağızı” vermədiyim üçün qərəzli şəkildə yazılmışdır. Belə ki, məni əsassız şəkildə saxlamış və ona istədiyi “hörməti” etmədiyim üçün İXM-nin müvafiq maddələri ilə cəzalandırmışdır. Beləliklə guya Chevrolet Cruze minik markalı ** MY *** dövlət nömrəli nəqliyyat vasitəsini cərimə meydançasına aparmışdır, aparmasının səbəbi isə etibarnamə olmadan avtomobili idarə etməyi olmuşdur. Çünki maşını doğma qardaşı Əlizadə Hüseyn idarə edirdi. Mən bu hissəni qəbbul edirəm, etirazım yoxdur. Bundan sonra baş verənlər isə nəqliyyat vasitəsini cərimə meydançasına apardıqdan sonra protokola İXM-nin 342.2.3-cü maddəsi qeyd edilmişdir. Həmin maddəni qəbul etmir. Ona görə ki, nəqliyyat vasitəsində heç bir dəyişiklik olmamışdır. Maşını cərimə meydançasına apardığı günün səhərisi saat 10:00 radələrində onu da dəvət etmişlər ki, ekpsert təyin edəcəyik, adını xatırlamadığı polis kapitanı uzun müddət onu orada gözlətmiş və ekspertin gəlib-gəlməməsi ilə maraqlandıqda isə ona işçisinin olmadığını və özünündə boş vaxtının olmadığını bildirmiş və uzun müddət onu gözlətmişdir. Chevrolet Cruze minik markalı ** MY *** dövlət nömrəli nəqliyyat vasitəsində Qərarda göstərildiyi kimi heç bir dəyişiklik olmamışdır. Özü avtomobilin ekspertə getməsinə etiraz etməmiş, əksinə razılıq vermişdir ki, dəyişikliyin olmaması öz təsdiqini tapsın. Ona görə də Abşeron RPİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X8 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana - Abşeron rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində olan və tədqiq edilmiş: Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə saat 12:50-də hərəkətdə olan Chevrolet Cruze minik markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobildə normativ tələbləri pozaraq avtomobilin avadanlığını dəyişdirdiyinə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması hallan istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 342.2.3-cü maddələri ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universtetinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 3(012)-45/2024 nömrəli inzibati iş üzrə tərəfinizdən 25 yanvar 2024-cü il tarixdə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır. Məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının həll etdiyi məsələlərə aid olmadığından hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Abşeron RPİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin: İ bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. İİ bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlıvaxtında texniki xidmət göstərməlidirlər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə inzibati məsuliyyət yaradır. Məhkəmə şikayətçinin gətirdiyi dəlillərə münasibətdə bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 şikayətdə mübahisələndirdiyi məsələlərə aydınlıq gətirilməsi məqsədilə mütəxəssis rəyinin alınması üçün məhkəmə tərəfindən qərardad qəbul edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının həll etdiyi məsələlərə aid olmadığından hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Məhkəmə, şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1, 332.1, 342.2.3-cü maddələri ilə təqsirli bilinib, 150 manat inzibati cərimə tətbiq edilməsinə dair Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. X5 Azərbaycan Respublikası İXM-in 327.1, 332.1, 342.2.3-cü maddələri ilə təqsirli bilinib 150 manat inzibati cərimə tətbiq edilməsinə dair Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-45/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-45/2024
19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver