Məhkəmə qərarları › İş №3(012)-450/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-450/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-450/2023 17.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Şikayətçi "xxxx" MMC-nin nümayəndəsi X3 və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş əmək müfəttişi X9 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.4cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(012)-1871/2022 nömrəli qərarı ilə şikayətin təmin edilməsi, X6 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın İXM-nin 134.1.3- cü və 53.1.2-ci maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(105)-88/2023 nömrəli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 3(012)-1871/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı və xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və material yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə, hazırlıq mərhələsinə qaytarılmışdır. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində vətəndaş X5 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə MN 149617 saylı, 02 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin rəis müavini X15 tərəfindən MN ******* saylı, 12 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və barəsində 1000 (min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru tərəfindən X7 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Lakin, qeyd olunanlarla qəti şəkildə razı deyildir. Çünki, X10 birinci dəfə xx.xx.2019-cu il tarixində müəssisələrində ocaqçı vəzifəsində işə başlamışdır və işçi ilə 6 günlük iş qrafiki (gündəlik 6 saatdan və həftəlik 36 saatdan çox olmayaraq) üzrə əmək müqaviləsi bağlanmışdır. Şirkətin istehsalat sahəsində fəaliyyət göstərən bölmələrinin növbəli iş qrafikinə keçməsi səbəbilə isə, qeyd olunan işçi ilə xx.xx.2021-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında 1№-li əlavə Razılaşma imzalanaraq, işçi növbəli iş qrafikinə keçirilmişdir. Növbəli iş qrafiki zamanı da əmək qanunverciliyinin tələbləri tam şəkildə qorunmuşdur və işçi həmin tarixdən 3 növbəli iş qrafiki üzrə işə davam etmişdir. İstehsalatın fasiləsizliyinin təmin edilməsi məqsədilə, növbəli iş qrafiki 3 növbə olaraq təyin edilmişdir və işçinin iş qrafiki 2 gün İ növbə, 2 gün- İİ növbə, 2 gün İİİ növbə və 2 gün isə istirahət günləri olaraq təyin edilmişdir. İşçinin növbəli iş qrafikinə başlaması yalnız onunla əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsinə dair razılıq sənədi imzalandıqdan sonra başlamışdır. Əmək qanunvericiliyinin tələbinə uyğun olaraq, İİİ növbə gecə və İİ növbə (gecə növbəsindən əvvəlki növbə) axşam növbəsi hesab edildiyindən, işçinin ay üzrə işə çıxdığı bütün gecə növbələri 40%-lə və işçinin ay üzrə işə çıxdığı bütün axşam növbələri 20%-lə hesablanaraq ödənilmişdir. DƏMX Sumqayıt-Xızı Regional şöbəsinin rəis müavini T.S.Gözəlovun cərimə növündə inzibati tənbeh tədbirini tətbiq edərkən əsaslandırdığı digər bir məsələ işə işçi ilə bağlanmış əmək müqaviləsinin 4.20-ci yarımbəndində (işçiyə iş vaxtından artıq işlərin yerinə yetirilməsinə görə qanunvercilikdə nəzərdə tutulan məbləğdən 2 qat artıq məbləğdə haqq ödənilir) qeyd olunan maddənin qanunvericilikdə nəzərdə tutulan məbləğdən hissəsi olmuşdur. Bununla bağlı da bildirmək istəyirəm ki, bu maddədə məbləğdə sözünün arxasında olan n hərfi sadəcə texniki yalnışlıqla yazılmışdır. Çünki qanunvericilikdə işçinin iş saatından artıq işlədilməsinə görə müəyyən edilən hesablama qaydası 2 qatdır, məlumdur ki, 2 qatın 2 qatı qədər (yəni 4 qat mənasında anlaşılan) əmək haqqının ödənilməsi qeydi texniki yalnışlıqla ola bilərdi. Lakin, buna rəğmən yenə də işçinin heç bir iş saatından əlavə işlədilməsi halının özü belə olmamışdır ki, burada əlavə əmək haqqının ödənilməsi məsələsi üzrə şikayət edilmiş olsun. Əgər bu hal olmuş olsaydı da belə, texniki yalnışlığı edən tərəf müəssisə olsa da yenə də əlavə əmək haqqının ödənilməsi öhdəliyini yerinə yetirmiş olardı. Lakin, heç bir halda işçinin əlavə iş saatı işlədilməsi halı olmamışdır. İşçi işdən çıxdığı 17 fevral 2022-ci il tarixdə işçiyə son haqqhesabı tam şəkildə ödənilmişdir və bu barədə müvafiq çıxarış qoşmaya əlavə edilmişdir. Belə olan halda vətəndaş X5 əmək hüquqlarının pozulması halı mövcud olmamış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında tamamilə qanunsuz şəkildə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, vətəndaş X7 ödənilməli olan bütün ödənişlər tam şəkildə ödənilmiş və sonuncu "xxxx" MMC-də işlədiyi müddət ərzində qanunla qorunan hüquq və azadlıqları təmin edilmişdir. Qeyd olunan şəraitdə iş materiallları və təqdim olunmuş sübutlar əsasında müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi kimi barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi qüvvədə olan qanunvericiliyə zidd və qanunvericiliklə yolverilməz olmuşdur. Odur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi kimi barəsində qəbul edilmiş MN ******* saylı, 12 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində olan inzibati tənbeh vermə haqqında qərarın surətini Abşeron Rayon İcra və Probasiya Şöbəsindən 15 noyabr 2022-ci il tarixdə rəsmi qaydada almışlar. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla yanaşı, X2 İcra və Probasiya Şöbəsinin məktubunu məhkəməyə təqdim edərək, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi üçün prosessual müddətin buraxılmadığını qeyd edərək, Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X1 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş əmək müfəttişi X12 şikayətçinin dəlilləri ilə razılaşmayaraq izahatında göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru tərəfindən X7 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində vətəndaş X5 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə MN 149617 saylı, 02 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin rəis müavini X15 tərəfindən MN ******* saylı, 12 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və barəsində 1000 (min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sonda o, Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi iş üzrə icraata xitam verilməsi barədə şikayətin təmin edilməməsini xahiş etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş əmək müfəttişi X12 poçt qəbzini məhkəməyə təqdim edərək, qərarın sürəti sifarişli məktubla "xxxx"MMC- nin ünvanına göndərildiyini və cəmiyyətin rəhbərliyi tərəfindən qəbul edildiyini bildirmişdir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 1000 (min) manat məbləğində cərimə olunmuşdur. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, X10 xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-də ocaqçı vəzifəsindən Əritmə sexinə “polad əridən” vəzifəsinə keçirilmişdir. "xxxx" MMC-nin direktoru X6 ilə X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşma imzalanmışdır. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X10 xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə "xxxx" MMC-nin direktoru X4 müraciət etmişdir. Son Haqq-Hesab cədvəlindən görünür ki, X7 cəmi 355 (üç yüz əlli beş) manat pul ödənilmişdir. xx.xx.2022-ci il tarixli müraciət vərəqəsindən görünür ki, vətəndaş X10 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “soba operatoru” vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb olunmuşdur. xx.xx.2022-ci il tarixində əmək müqaviləsinə xitam verilsə də, cari tarixədək son haqq-hesab ödənişi ödənilməmişdir. Vətəndaş bu haldan şikayətçidir, müraciətinə baxılmasını və köməklik göstərilməsini xahiş edir. Əmək müqaviləsindən görünür ki, "xxxx" MMC ilə X10 arasında xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə ilk növbədə X6 tərəfindən qərardan verdiyi şikayətin qanunvericiliyin tələblərinə uyğunluğu, o cümlədən prosessual müddət daxilində verilməsi məsələsini müzakirə edib, işin faktiki hallarını nəzərə almaqla, hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi üçün prosessual müddət buraxılmamışdır. Belə ki, şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş Abşeron İcra və Probasiya Şöbəsinin xx.xx.2022-cü il tarixli məktubundan görünür ki, şikayətçi tərəfindən həmin məktubda xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın sürətini alması barədə qeydlər yazılmış və öz imzası ilə təsdiqləmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş əmək müfəttişi qərarın sürətinin "xxxx" MMC-yə göndərilməsi barədə sifarişli poçt qəbzini məhkəməyə təqdim etsə də təklif edilməsinə baxmayaraq, müfəttiş qərarın sürətini "xxxx" MMC tərəfindən rəsmən qəbul edilməsini sübut edəcək sənədin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Bundan başqa məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərar ləğv edilməli və sonuncu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, sözügedən inzibati xəta əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət nəzərdə tutan bir xəta növüdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İş materiallarından görünür ki, X10 birinci dəfə xx.xx.2019-cu il tarixində MMC-də ocaqçı vəzifəsində işə başlamış və işçi ilə 6 günlük iş qrafiki (gündəlik 6 saatdan və həftəlik 36 saatdan çox olmayaraq) üzrə əmək müqaviləsi bağlanmışdır. Şirkətin istehsalat sahəsində fəaliyyət göstərən bölmələrinin növbəli iş qrafikinə keçməsi səbəbilə isə qeyd olunan işçi ilə xx.xx.2021-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında 1№-li əlavə Razılaşma imzalanaraq, işçi növbəli iş qrafikinə keçirilmişdir. Növbəli iş qrafiki zamanı da əmək qanunverciliyinin tələbləri tam şəkildə qorunmuşdur və işçi həmin tarixdən 3 növbəli iş qrafiki üzrə işə davam etmişdir. İstehsalatın fasiləsizliyinin təmin edilməsi məqsədilə, növbəli iş qrafiki 3 növbə olaraq təyin edilmişdir və işçinin iş qrafiki 2 gün İ növbə, 2 gün- İİ növbə, 2 gün İİİ növbə və 2 gün isə istirahət günləri olaraq təyin edilmişdir. İşçinin növbəli iş qrafikinə başlaması yalnız onunla əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsinə dair razılıq sənədi imzalandıqdan sonra başlamışdır. Əmək qanunvericiliyinin tələbinə uyğun olaraq, İİİ növbə gecə və İİ növbə (gecə növbəsindən əvvəlki növbə) axşam növbəsi hesab edildiyindən, işçinin ay üzrə işə çıxdığı bütün gecə növbələri 40%-lə və işçinin ay üzrə işə çıxdığı bütün axşam növbələri 20%-lə hesablanaraq ödənilmişdir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər araşdırılarkən, X3 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair normativ tələbləri pozaraq, nəqliyyat vasitəsinə avadanlıq quraşdırması və ya avadanlığı dəyişdirməsi ilə bağlı faktiki olaraq müəyyən edilməmişdir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Qeyd olunan hüquq normalarının məzmunundan da görünür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs qanunvericiliyin tələblərinə əsasən öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin yol hərəkəti qaydalarının pozulması ilə bağlı hər hansı inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin üzərinə düşür. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni zamanda, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübut edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə qeyd olunan hüquq normasının tələblərini rəhbər tutaraq və tədqiq olunmuş mümkün və mötəbər sübutlara tam, hərtərəfli və məcmu halında qiymət verərək qərara gəlir ki, şikayət təmin olunmalı, X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ləğv edilməli və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ləğv edilsin və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar