Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-451/2020 11.04.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Abşeron Rayon Vəkil Bürosunun vəkili X5 və inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X16 oğlunun iştirakları ilə, xx.xx.1989-cu ildə Xırdalan şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tətbiq olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X16 oğlu tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, xx xxxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, MD 23 qəsəbəsi, Q.Nəbi küçəsində yaşayan X8 məxsus evin hasarına bərkidilmiş su sayğacını oğurlamaqla ona 15 manat ziyan vurmuşdur. xx xxxx 2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixə keçən gecə Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə qəsəbəsi, Benzoil YDM-nin arxasında fərdi yaşayış evində kirayədə yaşayan Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı evin həyətində olan soyuducuya qoyduğu dönər üçün toyuq ətini oğurlamaqla ona 100 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə saat 06.30 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi, fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısında ona məxsus mağazaya müştəri qismində daxil olaraq 200 manat dəyərində qəpik pulları və 30-35 manat dəyərində ayaqqabını oğurlamaqla ona 235 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X18 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx xxxxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində Abşeron rayonu, Dəmiryolunun sol hissəsində fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısında olan 70 manat dəyərində olan qaz sobası və 20 manat dəyərində 10 kq qozu oğurlamaqla ona 90 manat ziyan vurmuşdur.xx xxxx 2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, MD 23 qəsəbəsi, Q.Nəbi küçəsində yaşayan Zərərçəkmiş şəxs4 məxsus su sayğacını və su matorunu üzərində olan hidrafonu oğurlamaqla ona 100 manat dəyərində ziyan vurmuşdur. xx xxxx 2020-ci tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yaşayan Zərərçəkmiş şəxs5 evinə mətbəxtin pəncərəsindən daxil olma yolu ilə dolabın üstündə ola gül qabından 20 manat məbləğində xırda pulunu oğurlamaqla ona 20 manat dəyərində ziyan vurmuşdur. xx xxxxxx 2020-ci tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Saray qəsəbəsi yerləşən yaşayış olmayan evinə gəlmiş və orada olan qaz sayğacını oğurlamışdır.xx xxxx 2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin baş təhqiqatçısı, polis mayoru, X4 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yaşayan Zərərçəkmiş şəxs7 məxsus evin çöl hissəsində olan 1202AQ**********2 kodlu qaz sayğacını oğurlamaqla ona 100 manat ziyan vurmuşdur. xx xxxx 2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı, X11 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİ-nin İTŞnin sahə rəisi, polis leytenantı X17 oğlu Şəxs barəsində inzibati tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Vəkil əməlindən səmimi peşman olmasını və inzibati xəta törətməsini nəzərə alaraq məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsininəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İş materiallarında olan tutma qərarından görünür ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 20 gün müddətinə inzibati həbs tənbeh növü tədbiri tətbiq edilsin. İnizbati həbsetmnin əvvəli xx.xx.2020-ci il tarixdən saat 18.00 dəqiqədən hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şövəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-451/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-451/2020
11.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver