Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-451/2022 05.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264 və 271-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264 və 271-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair 21 fevral 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 verdiyi izahatında bildirmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazi üzrə monitorinq keçirilən zaman Şəxs MMC-yə məxsus ərazinin ətrafında aparılan araşdırmada müəssisədə formalaşan çirkab suların sexin arxasında yerləşən kustar üsulla hazırlanmış şambaya oradan da təmizlənmədən gölə axıdılması və ərazidə müəssisəyə məxsus şüşə qırıqlarının və rezin məmulatlarının qalıqlanması müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilmiş, foto şəkillər çəkilmiş, daha sonra törədilmiş inzibati xətaya görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264,271-ci maddələri ilə protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs MMC-in inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəxs MMC-nin təsisçisi Xudayat Mehrəliyev tərəfindən məhkəməyə göndərilmiş vəsatətdən görünür ki, Şəxs MMC xx.xx.2014-cü il tarixdən fəaliyyət göstərmir. Bank hesabı yoxdur. Ona görə də məhkəmədən protokolun ləğv edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları qanunsuz protokol tərtib etdikləri üçün xüsusi qərar çıxarılmasını xahiş etmişdir. İlkin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-in nümayəndəsi Xudayət Mehrəliyev verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 264, 271-ci maddələrinə uyğun tərtib edilmiş inzibati xəta haqqında protokola görə güya Şəxs MMC-yə məxsus ərazinin ətrafında aparılan araşdırmada müəssisədə formalaşan çirkab suların sexin arxasında yerləşən kustar üsulla hazırlanmış şambaya oradan da təmizlənmədən gölə axıdılması və ərazidə müəssisəyə məxsus şüşə qırıqlarının və rezin məmulatlarının qalaqlanması faktı aşkar edilmişdir. İnzibati xətanı aşkar edən orqan ümumiyyətlə qeyd edilən ünvan üzrə heç bir araşdırma aparmamışdır. Tərtib edilmiş protokolla razı deyildir. Belə ki, inzibati xəta haqqında protokolun saxta olması onda özünü ifadə edir ki, həmin protokolu yazan şəxslər ümumiyyətlə protokolda qeyd olunan xətanın kimin tərəfindən törədilməsini araşdırmamış, heç bir aidiyyəti olmayan hüquqi şəxsi Şəxs MMC-ni törədilmiş inzibati xətada təqsirli bilinmişdir. Halbuki, müəssisədə işlənən çirkab suların gölə axıdılması və məişət tullantılarının qalaqlanması yalandır və həqiqəti əks etdirmir. Qeyd olunanları nəzərə alaraq Şəxs MMC barəsində olan inzibait xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, 66558 saylı aktdan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Ətraf Mühitin Mühafizəsi haqqında, İstehsalat və məişət tullantıları haqqında qanunun müddəaları, eləcə də Ekoloji Təhlükəsizlik haqqında qanunun tələbləri pozulmuş, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazi üzrə monitorinq keçirilən zaman Şəxs MMC-yə məxsus ərazinin ətrafında aparılan araşdırmada müəssisədə formalaşan çirkab suların sexin arxasında yerləşən kustar üsulla hazırlanmış şambaya oradan da təmizlənmədən gölə axıdılması və ərazidə müəssisəyə məxsus şüşə qırıqlarının və rezin məmulatlarının qalıqlanması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı yerində müayinə aparılmış və iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqat Şəxs MMC-yə məxsus ərazidən yerləşən şüşə sexi üzrə aparılır. Tədqiqatın aparılması üçün şüşə sexinin yerləşdiyi əraziyə, o cümlədən ərazidə yerləşən su anbarına və sexlərdə quraşdırılmış avadanlıqlardan çıxan su borularına tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı sexin yerləşdiyi ərazidə su anbarının inşa edildiyi, həmin anbardan su mühərriki vasitəsi ilə sexdə yerləşən avadanlıqlara suyun ötürüldüyü və yerdə quraşdırılmış suyun axıdılması üçün nəzərdə tutulan nov (trap) vasitəsi ilə su devrə edərək su anbarına axdığı müəyyən edilmişdir. Tədqiq olunan, Şəxs MMC-yə məxsus əraziyə baxış keçirilən zamanı əlavə olaraq boru vasitələrinin quraşdırıldığı və suyun Daşagül gölünə axıdılması faktı müəyyən edilməmişdir. Qərardadın birinci sualı ilə bağlı qeyd olunur ki, Şəxs MMC-yə məxsus ərazidən müəsisədə formalaşan çirkab suları su çənindən mator vasitəsi ilə döviyə edərək su çəninə geri axdığı müəyyən edilmişdir. Qeyd olunur ki, müəsisəyə aid sanitar qovşağının kenalizasiya xətti əsas kanalizasiya xəttinə qoşulduğu müəyyən edilmişdir. Qərardadın ikinci və üçüncüi suaları ilə bağlı qeyd olunur ki, Şəxs MMC-yə məxsus ərazidən müəsisədə istehsal zamanı formalaşan çirkab suları şanboya (yeraltı çənə) oradan da təmizlənmədən boru vasitəsi ilə Daşagül gölünə axıdılmadığı müəyyən edilir. Beləliklə aparılmış tədqiqatla, yuxarıda göstərilənləri nəzərə alaraq, Şəxs MMC-yə məxsus ərazidən müəsisədə formalaşan çirkab sularım su anbarından mühərrik vasitəsi ilə dövr edərək su anbarına geri axdığı müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, baxış zamanı müəsisəyə aid sanitar qovşağının kenalizasiya xətti əsas kanalizasiya xəttinə qoşulduğu müəyyən edilmişdir. Şəxs MMC-yə məxsus ərazidən, müəsisədə istehsal zamanı formalaşan çirkab sularının yeraltı su anbarına axıdıldığı və həmin su anbarından Daşagül gölünə çirkab sularının axıdılmadığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Şəxs MMC-yə məxsus ərazidən müəssisədə formalaşan çirkab suların su anbarından mühərrik vasitəsilə dövriyə edərək su anbarına geri axdığı müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, baxış zamanı müəssisəyə aid sanitar qovşağının kanalizasiya xətti əsas kanalizasiya xəttinə qoşulduğu müəyyən edilmişdir. Şəxs MMC-yə məxsus ərazidən müəssisədə istehsal zamanı formalaşan çirkab suların yeraltı su anbarına axıdıldığı və həmin su anbarından daşagül gölünə çirkab suların axıdılmadığı müəyyən edilir. Məhkəmə 21 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən qeyri-qanuni tullantı boşaldılması, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, eləcə də müəssisəyə mıəxsus şüşə sexinin fəaliyyəti zamanı formalaşan çirkab suların təmizlənmədən Daşagül gölünə axıdılması və MMC-də fromalaşan istehsalat tullantılarının ətraf ərazidə qalaqlanması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264, 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı, həm də yerli baxış keçirilərkən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən sexin həyətində məişət tullantılarının qalaqlanması, eləcə də müəssisəyə mıəxsus şüşə sexinin fəaliyyəti zamanı formalaşan çirkab suların təmizlənmədən Daşagül gölünə axıdılması müəyyən olunmadı. Bu hal iş materiallarında olan fotoşəkillər və ekspert rəyi ilə sübut olunur. Protokol tərtib etmiş orqan qeyri-qanuni tullantı boşaldılması, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasını, eləcə də müəssisəyə məxsus şüşə sexinin fəaliyyəti zamanı formalaşan çirkab suların təmizlənmədən Daşagül gölünə axıdılmasının müəssisənin ətrafında keçirilən monitorinq zamanı müəyyən edilməsi ilə kifayətlənmiş, inzibati araşdırma aparmadan Şəxs MMC inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 264, 271-ci maddələrinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə məsuliyyəti nəzərdə tutur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264,271-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, Şəxs MMC barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qanunvericiliyin tələbinə əsasən, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264 və 271-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-451/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-451/2022
05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver