Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-451/2025 13.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 Tələbkar: X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: X6 iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Cəbrayıl rayonunun B.Mərcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Abşeron rayonu, Masazır kəndi, X19 küçəsi, ev 12A ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X16 tərəfindən tərtib edilmiş 13 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(012)-2444/2023 nömrəli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 450 manat sabit pul məbləğindı aliment cavabdeh Şəxs tutularaq iddiaçı X3 ödənilməsi, qətnamənin aliment hissəsinin dərhal icraya yönəldilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 15 noyabr 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. İcra sənədi üzrə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 18 mart 2024-cü il tarixdə barəsində axtarış elan edilmişdir. 16 iyul 2024-cü il tarixli qərara əsasən borclu ilə tələbkar arasında barışıq sazişi imzalanmış və onlar arasındakı qarşılıqlı razılığa əsasən o, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X5 cavabdehdən alınıb, iddiaçının himayəsinə verilməsi, uşaqların saxlanılması üçün cavabdeh X1 hər ay hər uşağa görə 235 manat olmaqla ümumilikdə 705 manat məbləğində alimentin tutulub iddiaçıya verilməsi hissəsində qismən imtina edərək, cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 iddiaçının himayəsinə verilməsi hissəsini qəbul edir və Abşeron rayon Məhkəməsinin e-2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X8 üçün ona ödənilməli olan 150 manat alimentdən xx.xx.2024-cü il tarixdən imtina etmişdir. Bundan sonra borclu çoxsaylı xəbərdarlıqlarına baxmayaraq icraya gəlməkdən boyun qaçırdığından 05 avqust 2024-cü il tarixli qərarla məcburi qaydada Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi müəyyən edilmiş, Abşeron rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 8(012)- 407/2024 saylı qərara əsasən təqdimat təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-2444/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün borclu Şəxs ölkədən getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədi üzrə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 06 noyabr 2024-cü il tarixdə barəsində axtarış elan edilmişdir. Borclu icra sənədi üzrə öhdəliyi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyinin icrasından qərəzli şəkildə yayınmış, barəsində həyata keçirilmiş məcburi icra tədbirləri nəticə verməmişdir. Hazırda ödənilməmiş 5000 manat aliment borcu mövcuddur. Bu səbəbdən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahat verərək, bildirdi ki, Abşeron rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(012)-2444/2023 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan çox müddət keçmişdir. Şəxs tərəfindən borcun tam ödənilməsini, əks halda barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilir. Belə ki, onun hazırki vaxtadək ödəniş etməməsinin səbəbi maddi imkansızlığı və işsizliyi ilə əlaqədar olmuşdur. Hazırda isə ödənişlər etməməsi qərəzli xarakter daşımır, sadəcə olaraq uşaqllardan Menesa 11 aydır ki, onun himayəsindədir. Onun zənnicə ödəməli olduğu aliment məbləği artıq yazılmışdır. Hazırda borcundan ödəniş edə bilmir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. X14 məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:
1. Abşeron rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(012)-2444/2023 nömrəli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 450 manat sabit pul məbləğindı aliment cavabdeh Şəxs tutularaq iddiaçı X3 ödənilməsi, qətnamənin aliment hissəsinin dərhal icraya yönəldilməsi qət edilmişdir.;
2. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 15 noyabr 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir
3. İcra sənədi üzrə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 18 mart 2024-cü il tarixdə barəsində axtarış elan edilmişdir.
4. Borclu ilə tələbkar arasında imzalanmış 16 iyul 2024-cü il tarixli barışıq sazişinə əsasən onlar qarşılıqlı razılıqla xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X5 cavabdehdən alınıb, iddiaçının himayəsinə verilməsi, uşaqların saxlanılması üçün cavabdeh X1 hər ay hər uşağa görə 235 manat olmaqla ümumilikdə 705 manat məbləğində alimentin tutulub iddiaçıya verilməsi hissəsində qismən imtina edərək, cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 iddiaçının himayəsinə verilməsi hissəsini qəbul edir və Abşeron rayon Məhkəməsinin e-2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X8 üçün ona ödənilməli olan 150 manat alimentdən xx.xx.2024-cü il tarixdən imtina etmişdir;
5. 05 avqust 2024-cü il tarixli qərarla Şəxs məcburi qaydada Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi müəyyən edilmişdir;
6. Abşeron rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 8(012)-407/2024 saylı qərara əsasən təqdimat təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-2444/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün borclu Şəxs ölkədən getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmışdır.
7. İcra sənədi üzrə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 06 noyabr 2024-cü il tarixdə barəsində axtarış elan edilmişdir.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Borclu icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini tam icra etməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş əlavə müddətdə icra sənədinin icrasının təmin edilməsinə təşəbbüs göstərməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra məmurunun çağırışlarına gəlməkdən yayınmışdır. Bununla əlaqədar barəsidə axtarış verilmiş, axtarış nəticəsində gətirilməsi təmin olnmuşdur. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirərək hazırki vaxtadək ümumiyyətlə ödəniş etməməsini, tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğluna 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X9 müvafiq hesablaşma hesabı üzərindən 18 (on səkkiz) manat mnat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X9 müvafiq hesablaşma hesabı üzərindən 18 (on səkkiz) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Vaqif Həsənov