Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-453/2020 11.04.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Abşeron Rayon Vəkil Bürosunun vəkili X38 və inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisi, polis leytenantı X22 oğlunun iştirakları ilə, xx.xx.1981-ci ildə Ucar rayonunda anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tətbiq olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisləri, polis leytenantı X27 oğlu, sahə rəisi, polis mayoru X39 oğlu, polis kapitanı X28 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Ə.Nəvai küçəsi, ev 55-də yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında küçədə saxladığı Hyundai Elantra markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomaşının sağ ön şüşəsinin sındırılması yolu ilə avtomaşından 130 manat pulunu talamışdır. xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X19 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə X25 işə düzəltmək adı ilə aldadaraq dövlət rüsumu adı ilə onun 35 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru, X8 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə saat 21.00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “xxxxx” MTK-nın binası, bina 12, mənzil 5 də Zərərçəkmiş şəxs3 Səmədağa oğlunun yaşadığı evin qarşısında ona məxsus avtomobilin sağ yan qabaq və sağ yan küləklik şüşəsinin sındırılması yolu ilə 30 manat pulunu oğurlamaqla ona 30 manat ziyan vurmuşdur.xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X35 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx xxxx 2020-ci il tarixə keçən gecə Abşeron rayonu, Xırdalan şəhəri, “xxxxx” MTK-nın binasının qarşısında X15 yaşadığı evin qarşısında küçədə saxladığı “Mercedes markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomaşının sağ yan şüşəsinin sındırılması yolu ilə avtomaşından 6 manat pulunu oğurlamaqla, ona 6 manat ziyan vurmuşdur.xx xxxx 2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X19 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə saat 07 radələrində X12 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Zərdabi küçəsi ev 9-da yerləşən əl damından 1 ədəd dəyəri 100 manat olan tikiş maşınını oğurlamışdır. xx xxxx 2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin baş təhqiqatçısı, polis mayoru, X8 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə saat 07 radələrində X11 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Xəqani küçəsində fərdi yaşayış evinin qarşısında küçədə quraşdırılmış 50 manat dəyərində olan su sayğacını oğurlamışdır. xx xxxx 2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin baş təhqiqatçısı, polis mayoru, X29 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə saat 07 radələrində X20 məxsus mağazaya daxil olmaqla hər bir 50 qəpik olan 200 ədəd qərənfilin oğurlandığını görmüşdür. xx xxxx 2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı, X13 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Mehdiyev Şövqi Abuzər oğlunun Abşeron rayonu, Masazır kəndi, Kəlbəcər məktəbinin yaxınlığında yerləşən evinə pəncərəni açma yolu ilə daxil olmaqla evdən 90 manat dəyərində elektrik naqillərini oğurlamaqla ona 90 manat ziyan vurmuşdur.xx xxxxx 2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Masazır kəndində inşa edilmiş yaşayış evinin pəncərəsindən daxil olmaqla 100 manat dəyərində 4 top elektrik naqilini oğurlamaqla ona 100 manat ziyan vurmuşdur.xx xxxxx 2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray kəndində yaşayan X4 Xırdalan şəhəri, Tərlan şadlıq sarayının yaxınlığında plasmas qabların qəbulu məntəqəsində ona məxsus üzərində 5 manat dəyərində 2 ədəd nömrəsi olan Samsunq markalı mobil telefonu oğurlamaqla ona 90 manat ziyan vurmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X16 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray kəndində yaşayan X5 evində plastik pəncərəni açma yolu ilə bir ədəd işlənmiş samovarı oğurlamaqla ona 50 manat ziyan vurmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray kəndində yaşayan X2 evində yerləşən su sayğacını oğurlamaqla ona 100 manat ziyan vurmuşdur. xx xxxxx 2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray kəndində yaşayan X2 evində yerləşən su sayğacını oğurlamaqla ona 100 manat ziyan vurmuşdur. xx xxxxx 2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Saray kəndində yaşayan X9 yaşadığı evin həyətindən 20 manat dəyərində avtomobil açarlarını oğurlamaqla ona 20 manat ziyan vurmuşdur. xx xxxx 2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X26 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİ-nin İTŞnin sahə rəisi, polis leytenantı X27 oğlu Şəxs barəsində inzibati tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Vəkil əməlindən səmimi peşman olmasını və inzibati xəta törətməsini nəzərə alaraq məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsininəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. MəhkəməAzərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İş materiallarında olan tutma qərarından görünür ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 20 gün müddətinə inzibati həbs tənbeh növü tədbiri tətbiq edilsin. İnizbati həbsetmnin əvvəli xx.xx.2020-ci il tarixdən saat 18.00 dəqiqədən hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şövəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-453/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-453/2020
11.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver