Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-454/2023 03.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X5 iştirakları ilə İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 Abşeron Rayon Polis İdarəsinin Saray PB-nin rəisi, polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş MN1176399 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X11 şikayət ərizəsi ilə Abşeron Rayon Polis İdarəsinin Saray PB-nin rəisi, polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş MN1176399 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X11 ərizəsini belə əsaslandırdı ki, o, Abşeron RPİ-nin Saray PB-nin “İnzibati tənbeh vermə haqqında" 14 dekabr 2022-ci il tarixli, MN №1176399 saylı qərarı ilə 300 manat cərimə cəzasına məhkum edilmişdir. Guya o, xx.xx.2022-ci il tarixdə Saray qəsəbəsində aralarında baş vermiş mübahisə zamanı X9 və nəvəsi X12 döymüşdür. Qərarda bu barədə göstərilənlər tam yalan və uydurmadır. Belə ki, həmin tarixdə o, evdə olmuş və ümumiyyətlə X15 ilə mübahisə etməmişdir. Bu sahə müvəkkili Bədrəddin Fərzəliyevin hansısa maraqdansa uydurmasıdır. Belə ki, 15 11.2022-ci il tarixdə qaynanası X13 oğlu X2 yola salarkən X3 avtomobili yolun ortasında saxlayaraq Zamiqə avtomobilini sürüb getmək üçün yol vermədiyi üçün Zamiq Zülfıyyədən avtomobilini kənara çəkməyi xahiş etmişdir. Lakin Zülfiyyə avtomobili çox azca kənara verməklə, Zamiqin avtomobili rahat sürüb getməsinə imkan yaratmamışdır. Zamiq bir təhər sürüb çıxıb getmişdir. O, gedən kimi Zülfiyyə avtomobilin pəncərəsini açaraq Zamiqin dalınca qarğış etmişdir. Bunu görə qaynanası Şəhrəbanı ona haqsız hərəkət etməsi bir yana bir də qarğış etməsini irad tutarkən, Zülfiyyə onu da söyüb təhqir etmişdir. Lakin onlar arasında hər hansı bir dava olmamışdır. O cümlədən də Şəhrəbanı ilə Zülfiyyənin anası Göyçəklə ümumiyyətlə mübahisə olmamışdır. Bu faktı qonşularda təsdiq edə bilərlər. Lakin sahə müvəkkili hadisədən 24 gün sonra guya onun, qaynanası və digər gəlini Samirə tərəfindən xx.xx.2022-ci il tarixdə Zülfiyyənin anası Göyçəyin və Zülfiyyənin oğlunun döyülməsi barədə uydurma protokol tərtib etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə belə bir hadisə olmamış, həmin tarixdə qaynanası Şəhrəbanı Masallı rayonunda olmuş və xx.xx.2022-ci il tarixdə oradan Bakıya qayıtmışdır. X4 bu xuliqanlıq hərəkətləri barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Lakin X26ndə araşdırma birtərəfli aparılmış, onlar tərəfindən aparılan kənd sakinləri şahid qismində dindirilməmişdir. Hadisənin baş verməsinə bais olan Zülfiyə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə X7 nalayiq söyüşlərlə söyərək təhqir etmiş, şərəf ləyaqətlərini ləkələyən ifadələr işlətmişdir. Şəhrəbanı ona qadınlığına, eləcə də ətrafda hərəkət edən şəxslərə hörmət etməyi təklif etsə də, lakin o, isterik vəziyyət almaqla, ətrafdakı şəxslərin də ünvanına nalayiq ifadələr işlətmiş, hamını polisdə olan tanışlarının vasitəsilə həbsə atdıracağı ilə hədələmişdir. Onun bu hərəkəti təxminən 15 dəqiqə davam etmiş və bu vəziyyət asayişin, eləcədə vətəndaşların narahatçılığına səbəb olmuşdur. Ətrafdakı vətəndaşlar onu sakitləşdirməyə, dəvət etsələr də, lakin o, daha da hiddətlənmiş, onların məsləhətinə ehtiyacının olmadığını bildirmiş, hətta onları da söyüb təhqir etmişdir. Bu barədə kənd sakinlərindən və qaynanamdan eşitmişdir. Bütün bu qanunsuz hərəkətlərə yol verdiyi halda Zülfiyyə barəsində heç bir tədbir görülməmiş, əksinə Abşeron RPİ-nin X23 ağlasığmaz və sifarişli qərarı ilə mən, Turabova Samirə və qaynanası X14 İXM-nin 157-ci maddəsi ilə 300 manat cərimə edilmişlər. Qərarda yalan olaraq qeyd olunmuşdur ki, guya onlar X15 ilə yanaşı onun övladı X12 da döymüşlər. Lakin qərarda bu faktı təsdiq edən hər hansı bir tutarlı sübut yoxdur. Ümumiyyətlə qərar eləcə də onun qəbul edilməsinə səbəb olan protokolda hər hansı bir şahid ifadəsinə əsaslanılmamış, bu azmış kimi yalandan qeyd edilmişdir ki, guya onlar izahatlarında yazmışlar ki, əməllərindən peşmandırlar. Bununla da X26, X15 ilə X10 döyülməsinə dair heç bir sübut olmadığın görüb, çarəni guya onların peşman olmaqları barədə izahatları ilə əsaslandırmağa çalışmışlar. Hesab edirik ki, belə bir saxtakarlığa əl atdığı üçün qərarı qəbul etmiş X23 rəisi Toğrul Hüseynov barəsində və həmin qərarın verilməsinə səbəb olan xx.xx.2022-ci il tarixli protokolu tərtib etmiş X23 sahə rəisi Bədrəddin Fərzəliyev barəsində xüsusi qərardad çıxarılaraq müvafiq prokurorluq orqanına göndərilməlidir. Onun hüquqi savadı yoxdur. Ona görə də sahə müvəkkilinin imza etdirdiyi protokolun məzmununu oxumadan imza etmişdir. Həmin vaxt sahə müvəkkili onlara Zülfiyyə ilə bağı etdikləri şikayətləri üzrə topladığı materialı məhkəməyə göndəcəklərini, ona görə də protokola imza etməli olduqlarını bildirmişlər. Onlar da buna inanaraq oxumadan protokola imza etmişlər. Sahə müvəkkili isə onları aldadaraq həmin protokola imza etdikdən sonra ona onlardan xəbərsiz guya əməllərindən peşman olmaqları barədə qeyd yazmışdır. Halbuki, onlar belə bir izahat yazmamışlar. Protokola baxdıqda həmin qeydin sahə müvəkkilinin özü yazdığını və xəttini də güclə oxunduğunu görmək olar. Bundan başqa həmin protokol əsasında qəbul edilmiş qərardan hadisənin xx.xx.2022-ci il tarixdə baş verdiyini, amma ona dair protokolun isə bir ay sonra yəni xx.xx.2022-ci il tarixdə tərtib edildiyi görünür. Necə ola bilər ki, protokol hadisədən 1 ay sonra tərtib edilsin. Buradan barələrində tərtib edilmiş bu protokolun sifariş əsasında yazıldığı görünür. Belə ki, Zülfiyyə özünün də dediyi kimi tanış polis əməkdaşlarının vasitəsilə onları cəzalandırmaq üçün saxta sübutlardan istifadə edilməsinə nail olmuş, anası Göyçəyə və uşağına guya xəsarət alması barədə saxta ekspert rəyi almışdır. Hesab edirəm ki, barəsində tərtib edilmiş inzibati xəta protokolu əsassızdır və ona görə də ləğv edilməlidir. Abşeron RPİ-nin Sarav PB-nin rəisi Toğrul Hüseynovun "İnzibati tənbeh vermə haqqında" xx.xx.2022-ci il tarixli. MN №1107550 savlı Qərarı ona xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Sonda o, Abşeron Rayon Polis İdarəsinin Saray PB-nin rəisi, polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş MN1176399 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Abşeron RPİ Saray PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Abşeron Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə işin obyektiv araşdırılması üçün inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 Abşeron Rayon Polis İdarəsinin Saray PB-nin rəisi, polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş MN1176399 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə baxılması ilə əlaqədar materialın təqdim olunmasını inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Abşeron RPİ-dən xahiş etmiş və məhkəmə təqdim olunmuş materialı nəzərdən keçirmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, X5 şikayəti əsasında tədqiqatçı Göyçək Əsədovanın və onun azyaşlı ovladı Fateh Hüseynovun şəxsiyyətini müəyyən etməmiş və onların izahatını almadan onlar barəsində inzibati tədbir görülməsi üçün material Abşeron Rayon Polis İdarəsinin Saray PB-nə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Polis İdarəsinin Saray PB-nin rəisi, polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş MN1176399 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati material araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki, X1 PB-nə ərizə ilə müraciət edərək yaşadığı evin qarşısında tanımadığı qonşusu anası Göyçək Əsədovanı və azyaşlı ovladı Fateh Hüseynova döyməsi barədə məlumat vermişdir. Şəxsiyyəti təhqiqata məlum olmayan şəxsin əməlində cinayət tərkibi müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Abşeron Rayon Polis İdarəsinin Saray PB-nin rəisi, polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş MN1176399 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 300 (üç yüz) manat məbləğində inzibati tənbeh tədbiri növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İstinad edilən qanunun normasından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulan xətanı törətməsi heç bir sübuta əsaslanmadığından, iştirakı olmadan və izahatı alınmadan qəbul olunduğundan qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Məhkəmə belə hesab edir ki, şikayət təmin edilməli, X11 barəsində Abşeron Rayon Polis İdarəsinin Saray PB-nin rəisi, polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş MN1176399 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsi Saray PB-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.4 və- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X11 barəsində Abşeron Rayon Polis İdarəsinin Saray PB-nin rəisi, polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş MN1176399 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsinə göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-454/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-454/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver