Məhkəmə qərarları › İş №3(012)-455/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-455/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-455/2024 19.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə xx.xx.1984-cü ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyən, Bakı şəhəri, Xətai rayonu, Zığ Şossesi, ev 31/2A qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının inzibatı Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi də teqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tərtib edilmiş 22 fevral 2024-cü ii tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Abşeron Rayon icra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial X10 rayonu ərazisində 280 yerlik uşaq baxçasını istismarına icazə verilmiş, lakin sənədlər qanunla müəyyən edilmiş müddətdə reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə bildiriş göndərilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə tərəflər məhkəməyə gəlməmişdir, onlara göndərilən bildirişli zərf geri qaytarılmışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırma nəticəsində belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Abşeron Rayon icra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 008 saylı Tikinti Obyektinin istismarına icazəyə əsasən Abşeron rayonu ərazisində 4050 (birinci növbədə 1890 ailə) məcburi köçkün ailəsi üçün zəruri sosial texniki infrastrukturu olan yeni yaşayış məhəllədə 280 yerlik 2 mərtəbəli zirzəmili uşaq bağçasının istismarına icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini X5, 1 saylı ərazi sektorunun böyük məsləhətçisi X6 və 4 saylı ərazi sektorunun baş məsləhətçisi X7, Abşeron Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - Baş memar Şəxs bu aktı ondan ötrü tərtib edirik ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin xx.xx.2021-ci il tarixli 3-35/3-1-62/2024 nömrəli əmrinə əsasən xx.xx.2024-cü il tarixindən 15 (on beş) gün müddətində Abşeron rayonunun inzibati ərazisində rayon icra hakimiyyəti tərəfindən şəhərsalma fəaliyyəti sahəsində aparılan işlər səyyar qaydada araşdırılmışdır. Araşdırma zamanı müəyyən olmuşdur ki, Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) xx.xx.2022-ci il tarixli 007 nömrəli istismara icazə sənədi ilə "xxxx" MTK-ya Abşeron rayonu, Saray qəsəbəsində 10 ədəd, 1 girişli, zirzəmili, 14 mərtəbəli yaşayış binalarının istismarına, xx.xx.2022-ci il tarixli 007 nömrəli tikintiyə icazə sənədi ilə X8 Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesində qeyri-yaşayış obyektinin bir hissəsinin yenidənqurulmasına, xx.xx.2022-ci il tarixli 008 nömrəli istismara icazə sənədi ilə AR Məcburi Köçkünlərin Sosial X10 rayonu ərazisində 280 yerlik uşaq bağçasının istismarına, xx.xx.2022-ci il tarixli 009 nömrəli istismara icazə sənədi ilə X2 Abşeron rayonu, Fatmayı kəndində 1 mərtəbəli sahibkarlıq obyektinin istismarına, xx.xx.2022-ci il tarixli 003 nömrəli istismara icazə sənədi ilə AR X4 rayonu, Məmmədli kəndində 4 ədəd inzibati binanın istismarına, xx.xx.2022-ci il tarixli 010 nömrəli tikintiyə icazə sənədi ilə X3 Abşeron rayonu, Saray qəsəbəsində qeyri-yaşayış obyektinin tikintisinə, xx.xx.2022-ci il tarixli 010 nömrəli istismara icazə sənədi ilə X9 Abşeron rayonu, Saray qəsəbəsində qeyri-yaşayış obyektinin istismarına, xx.xx.2023-cü il tarixli 9 nömrəli istismara icazə sənədi ilə "xxxx" MMC-yə Abşeron rayonu, Pirekeşkül kəndində qeyri-yaşayış obyektinin istismarına icazələr verilmişdir. Lakin, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalar”nın tələblərinə əsasən istismarına icazə verilən bu obyektlər barədə sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qanunla müəyyən edilmiş müddətdə təqdim edilməli olduğu halda, bu günədək təqdim edilməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Bu tikinti obyektlərinin tikintisinə icazə verilməsindən uzun müddət keçməsinə baxmayaraq, inzibati xətalar İXM-nin 38.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixində aşkar edilmişdir. Abşeron RİH-in xx.xx.2024-cü il tarixli 5-29/2-46/2024 nömrəli məktubuna əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq Tikintilərin Dövlət reyestrinə sənəd və məlumatların qanunla müəyyən edilmiş müddətdə təqdim edilməsi 2022-ci ilin may ayından etibarən hazırkı dövrədək Abşeron Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Şəxs həvalə edilmişdir. Şəxs izahatında bildirdi ki, həqiqətən də bu işlər ona həvalə edilmiş, lakin iş qrafikinin gərgin olduğuna görə sənəd və məlumatları vaxtında təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutumuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibatı məsuliyyəiə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xətanı törədən şəxsin təqsirini və düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xeta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanar, öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 394-1.1-ci maddəsinə əsasən tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərılməməsınə və təqdim edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərmıə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetırilməməsı və ya lazımınca yerinə yetirılməməsi ilə bağlı inzibati xətalara görə inzibatı məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə va müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifəli xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib nissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Abşeron Rayon icra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 008 saylı Tikinti Obyektinin istismarına icazəyə əsasən Abşeron rayonu ərazisində 4050 (birinci növbədə 1890 ailə) məcburi köçkün ailəsi üçün zəruri sosial texniki infrastrukturu olan yeni yaşayış məhəllədə 280 yerlik 2 mərtəbəli zirzəmili uşaq bağçasının istismarına icazə ilə bağlı məlumatlar vəzifəli şəxs olan Şəxs tərəfindən qanunla müəyyən olunmuş müddətdə reyestrə təqdim edilməmiş və bununla da o, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibatı xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətam törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-cı maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibatı tənbeh tədbiri tətbiq edərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq hesab.edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi İlə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibatı tənbeh tədbiri tətbiq edilməlidir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 394-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının inzibati Xətalar Məcəiləsinın 394-1.1-ci maddəsi ilə təqsirli bilinsin, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar