Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-456/2023 14.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X18 katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X9 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X9 Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin rəis müavini, polis polkovniki Elçin Rəcəbovun MN1182194 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X14 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin rəis müavini, polis polkovniki Elçin Rəcəbov tərəfindən qəbul edilmiş MN1182194 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X14 şikayətini belə əsaslandırdı ki, qardaşı X5 Təliminə Maqsud qızı ilə 20 fevral 2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4508l2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış rəsmi nikah pozulmuşdur. Buna baxmayaraq, onlar arasında əmlak tələbinə dair məhkəmə mübahisə isə hal-hazırda davam edir. Bundan əlavə, X8 gəlin köçdüyü zaman cehiz əşyaların bir qismi müvəqqəti olaraq ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən "Kristal ünvan 1 ünvanda yerləşdirilmişdir. X6 zabit olduğu üçün xidmətini Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissədə çəkir. N noyabr 2022-ci il tarixdə təxminən saat 20:00-a radələrində ona məxsus mənzildə su gəlmədiyini görüb mənzilin yerləşdiyi pilləkən meydançasına çıxdıqda qardaşı Elşad Əsədovun keçmiş qaynanası və keçmiş arvadı X8 mənzilə gələn su xəttinin onlar tərəfindən qəsdən bağladığını görmüş, bu zaman həmin şəxslərin mənzilə zor ilə daxil olmaq istədiklərini görüb mənzilin qapısını bağlamaq məcburiyyətində qalmışdır. Qeyd olunan hadisənin şahidi olan digər qardaşı X10r. Mənzilin qapısını bağladığından sonra, həmin şəxslər mənzilin yerləşdiyi pilləkən meydançasını tərk etməmiş, əksinə həmin yerdə təhqir və söyüşlər söyməyə başlamışlar, yaranmış narahatçılığı aradan qaldırmaq məqsədi ilə qardaşı Təbriz Əsədovdan mobil telefonu vasitəsi ilə yaxınlıqda yaşayan xalası oğlu Bəylər Kərimova zəng etməyini və yaşayış kompleksinin mühafizəçisini çağırmağını xahiş etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidmətizəng mərkəzi sisteminə zəng edərək mülkiyyətində olan mənzilə basqın edilməsi barədə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə xalası oğlu Bəylər Kərimov və yaşayış kompleksinin mühafizəçisi mülkiyyətində olan ünvana gəlmişlər, yaşayış kompleksinin mühafizəçisi qarşı tərəfə binanın ərazisini tərk etməyi izah etməsinə baxmayaraq pilləkən meydançasında təhqir söyüşlər söyməyə və ona hədə qorxu gəlməyə davam etmişlər. Bir müddət sonra isə hadisə yerinə polis əməkdaşları gəlmiş həmin şəxsləri mənzilin qapısından uzaqlaşdırmış, bundan sonra həmin şəxsləri polis idarəsinə aparmış və o da qardaşıyla birlikdə polis əməkdaşlarının müşayiəti ilə polis idarəsinə hadisə barədə izahat verməyə getmişlər. Sonradan ona X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 21 dekabr 2022-ci il tarixli, MN1341867 nömrəli "İnzibati xəta haqqında" protokol tərtib edildiyi, həmin iş üzrə "Sağlamlıq əleyhinə olan inzibati xətalarla bağlı " "İnzibati tənbeh vermə haqqında" qərar qəbul edilərək 300,00 (üç yüz) manat məbləğində cərimə olunmağı barədə X3 adına qeydə alındığı məlum olmuşdur. Qarşı tərəf onun evinə basqın etmiş, zorakı hərəkətlər onlar tərəfindən ona qarşı törədildiyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzi sisteminə onun tərəfindən zəng vurulduğu halda, onun barəsində "İnzibati tənben vermə haqqında" qərar qəbul edilmiş, bundan başqa onun tərəfindən qarşı tərəflərə hər hansı zorakı hərəkətlər ilə fiziki zərbə yetirilməmiş, əksinə onlar tərəfindən o, zorakılığa və təhqirlərə məruz qalmış, bundan başqa hadisənin video görüntüləri də tərəfindən qeydə alınmışdır. Bu halı hadisənin bir neçə şahidləri olan qardaşı Təbriz, xalası oğlu Bəylər Kərimov və yaşayış kompleksinin mühafizəçisi təsdiq edə bilərlər.Belə ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması üçün inzibati xəta tərkibinin bütün digər əlamətlərinin eyni vaxta olmasını qanunvericilik mütləq şərtləndirmişdir. Həmin əlamətlərdən birinin olmaması inzibati xəta tərkibinin yaranmasını qanun istisna etmişdir. Hazırkı inzibati xəta haqqında işlər üzrə o, inzibati xəta tərkibinin subyekti olmadığı üçün inzibati xəta hadisəsi üzrə inzibati iş üzrə əməlində inzibati xəta tərkibinin olmaması səbəbindən iş üzrə qəbul edilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Sonda o, Azərbaycan Respublikası DİN Abşeron RPİnin rəis müavini, polis polkovniki Elçin Rəcəbov tərəfindən qəbul edilmiş MN1182194 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Abşeron RPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin, qərar qəbul etmiş orqan bildirişi alsalar da, məhkəmə iclaslarına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin rəis müavini, polis polkovniki Elçin Rəcəbovun MN1182194 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X14 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayəti obyektiv araşdırmaq məqsədi ilə inzibati xətanın törədilməsinə əsas olan sənədləri sorğu əsasında tələb edib sənədləri nəzərdən keçirmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-2” Y/K-də bina 4, mənzil 35 qarşısında X12 ilə X14 arasında yaranmış mübahisə zamanı X14 X1 nahiyəsindən əli ilə itələyərək yixılmasına səbəb olmuş və nəticədə sonuncuya dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Buna görə də X14 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin rəis müavini, polis polkovniki Elçin Rəcəbov tərəfindən MN1182194 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, qəbul edilmiş qərar qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. Həmçinin işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin rəis müavini, polis polkovniki Elçin Rəcəbovun MN1182194 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş X14 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmamasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X9 Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin rəis müavini, polis polkovniki Elçin Rəcəbovun MN1182194 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X9 Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin rəis müavini, polis polkovniki Elçin Rəcəbovun MN1182194 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd olunsun. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-456/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-456/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver