Məhkəmə qərarları › İş №3(012)-457/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-457/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-457/2025 14.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi hüquqi şəxsin nümayəndəsi: Nümayəndə iştirakı ilə, Şəxs MMC zərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP № ******* nömrəli, 27 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, Şəxs MMC-nin (VÖEN: **********) tərəfindən idxal olunmuş malların daşındığı ** JH ***/ ** YD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə Xaçmaz Gömrük İdarəsinin "xxxx" Gömrük Postundan keçməklə MMC-nin ünvan 1 ünvanında yerləşən anbarına baxış keçirilmişdir. Baxış zamanı ** JH ***/ ** YD *** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin anbar ərazisində olmadığı, həmin avtomobildə daşınaraq **********5417 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklərin də gömrük qanunvericiliyinin tələbləri pozularaq, gömrük-rəsmiləşdirmə müddəti bitmədən boşaldıldığı və avtomobilin Xocasən ərazisində olması aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında çıxış edərək bildirdi ki, MMC barəsində tərtib edilən inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Bu səbəbdən MMC barəsində tərtib olunmuş materialın baxılmadan geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 491.1 və 491.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair EP № ******* nömrəli, 27 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokolu düzgün tərtib edilməmişdir. Belə ki, protokolda Şəxs MMC-nin nümayəndəsi tərəfindən ** JH ***/ ** YD *** dövlət nömrə nişanlı yük nəqliyyat vasitələri ilə daşınaraq gömrük bəyannaməsi ilə bəyan olunan yüklərin gömrük qanunvericiliyinin tələbləri pozularaq, gömrük-rəsmiləşdirmə müddəti bitmədən boşaldıldığı və avtomobilin Xocasən ərazisində olması aşkar edildiyiı üçün barəsində hazırki protokol tərtib edilmiş, lakin həmin protokolda ziyanın məbləği qjeyd olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar; 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 101,102.5 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair EP № ******* nömrəli, 27 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar