Məhkəmə qərarları › İş №3(012)-458/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-458/2022

02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-458/2022 02.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, X1nun iştirakı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin qanunsuz inzibati cərimə qərarlarının ləğvi və qurumun vəzifəli şəxslərin İXM-nin 594-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsi barədə X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X4 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin EQ 3134545, EQ 2985119, EQ 2634666, EQ ******* və EQ ******* saylıinzibati cərimə növündə inzibati tənbeh vermə haqqında elektron qərarlarını ləğv edilməsini və Azərbaycan Respublikası BDYPİ-nin vəzifəli şəxslərinin İXM-in 594-cü maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, 2014-cü ilin avqust ayından 2016-cı ilin mart ayına qədər həbsdə olduğu (X6 Məhkəməsi həbsini siyasi motivli hesab edib, AM-in qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Hökumətindən barəsində çıxarılmış qanunsuz məhkəmə qərarlarının ləğvini və ona bəraət verilməsini tələb edir; işi Ali Məhkəmənin Plenumunda yeni açılmış hallar üzrə yenidən baxılmaq ərəfəsindədir) müddətdə istifadəmdə olan ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilimə X2 adına etibarnamə vermişdir. 2016-cı ilin mart ayında ölkənin Baş Prokurorunun əlavə kassasiya protesti əsasında Ali Məhkəmənin Plenumunun qərarı əsasında azadlığa çıxdıqdan sonra avtomobili özü idarə etməyə başlamışdır. 17 noyabr 2018-ci ildə N. Qəhrəmanovun ünvanına 23 sentyabr 2018-ci il və 27 oktyabr 2018-ci il tarixli iki elektron protokol daxil olub. Müxtəlif tarixlərdə tərtib olunmasına baxmayaraq BDYPİ hər iki protokolu poçtla N.Qəhrəmanovun ünvanına eyni gündə - 15 noyabr 2018-ci ildə göndərib: birinci protokol tərtib edildikdən 52 gün, ikinci protokol isə 19 gün sonra poçta təqdim edilib. Başqa sözlə, BDYPİ qanun pozuntusu barədə ilk protokolu qanunla nəzərdə tutulmuş müddətdə hüquq pozucusu ehtimal olunan şəxsə göndərmədiyi halda, 20 gün sonra onun adına eyni pozuntuya görə yeni bir cərimə protokolu yazaraq, hər iki protokolu eyni gündə və eyni poçt zərfi ilə ona göndərib. Adına inzibati cərimə yazılmış N.Qəhrəmanov 23 sentyabr 2018-ci il tarixli və 27 oktyabr 2018-ci il tarixli protokollar barədə onu məlumatlandırdığı gün-20 noyabr 2018-ci ildə avtomobili texniki baxışdan keçirmək üçün BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat- İmtahan və X8 müraciət etmişdir. Amma orada ona bildiriblər ki: avtomobilin texniki baxışdan keçməməsi ilə bağlı sistemdə daha bir neçə inzibati tənbeh protokolun olduğu görünür, bütün cərimələr köçürülmədən maşın texniki baxışdan keçə bilməz. Şöbənin əməkdaşlarına həmin protokollardan yalnız ikisinin (23 sentyabr 2018-ci il tarixli və 27 oktyabr 2018-ci il tarixli) N.Qəhrəmanova göndərildiyini, üçüncü protokolun nə ona, nə N.Qəhrəmanova göndərilmədiyini desə də, onlar Yol hərəkəti haqqında Qanuna istinad edərək inzibati cərimələrin ödənilmədiyi halda maşını texniki baxışdan keçirməkdən imtina ediblər. Avtomobilimin texniki baxışdan keçirilməsindən imtina olunduqdan dərhal sonra - 20 noyabr 2018-ci ildə poçtla BDYPİ-nin rəisi R. Zeynalova Qanunsuz inzibati protokolların ləğvi barədə şikayət göndərmişdir. Həmçinin 20 noyabr 2018-ci, 28 noyabr 2018-ci, 11 dekabr 2018-ci ildə BDYPİ-nin elektron poçtuna online müraciət etmiş. Həmin şikayətlərdə onu da bildirmişdir ki, avtomobilin texniki baxışdan keçirilməməsinə görə N.Qəhrəmanov cəlb edilsə də, 2016-cı ilin aprel ayından avtomobil onun yox, İ. Əliyevin sərəncamımdadır və avtomobili ona idarə etdiyi üçün məsuliyyəti də İ. Əliyev daşıyır və xahiş etmişdir ki, cərimələr onun adına dəyişdirilsin. Lakin bu müraciətlərin heç birinə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə cavab ala bilməmişdir. Bu arada N. Qəhrəmanovun adına tərtib olumuş üçüncü - 17 noyabr 2018-ci il tarixli inzibati protokol 19 gün sonra 06 dekabr 2018-ci ildə onun ünvanına göndərilib. BDYPİ-nin rəis müavini, Qeydiyyat-imtahan İdarəsinin rəisi Mübariz Şahbazovun imzaladığı 21 dekabr 2018-ci il tarixli məktubda ona bildirilib ki, istifadəsində olan avtomobilin texniki baxışdan keçirilməməsi ilə bağlı tərtib olunmuş elektron protokollar qanunidir. BDYPİ-dən ünvanına 01 fevral 2019-cu ildə daxil olan başqa bir sənəddə bildirilib ki, N.Qəhrəmanovun bu quruma ünvanladığı (13 dekabr 2018-ci il tarixli) şikayət araşdırılıb, onun barəsində çıxarılmış 27 oktyabr 2018-ci il tarixli və 17 noyabr 2018-ci il tarixli inzibati xəta haqqında elektron qərarlar ləğv edilib və cərimələr toplum halında onun adına keçirilib. N.Qəhrəmanovun şikayəti əsasında BDYPİ 12 yanvar 2019-cu il tarixli qərarı ilə onunla bağlı iki inzibati cərimə barədə qərarları ləğv etməsinə baxmayaraq, sonradan onun adına daha 4 cərimə protokolu daxil olub. 2019-cu ilin aprel ayından başlayaraq isə inzibati xəta protokolları onun adına gəlməyə başlayıb. Onu da vurğulayım ki, adına yazılan ilk - 05 aprel 2019-cu il tarixli inzibati cərimə protokolu tərtib olunduqdan 67 gün ona təqdim edib. BDYPİ-nin sonrakı - 12 may 2019-cu il tarixli protokolu isə 21 may 2019-cu ildə ona təqdim edilib; başqa sözlə, aprel ayında yazılmış (05 aprel 2019-cu il tarixli) protokol sonrakı ayda - may ayında yazılmış (12 may 2019-cu il irixli) protokoldan 22 gün sonra ona göndərilib. Qeyd edir ki, adına yazılan ilk cərimə protokolunu alan kimi, avtomobili texniki baxışdan gecikdirdiyimə görə cəriməni ödəyib yenidən 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X8 müraciət etmişdir. Bu dəfə də ona bildirilib ki, avtomobilin texniki baxışdan keçirilməməsi ilə bağlı adına yazılan cərimələr sistemdən silinmədiyi üçün bunu etmək mümkün deyil. Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərarı ilə qanunsuz protokollar qüvvəsindən salındığı, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyi halda, eyni əsaslarla yeni protokollar yazılmamalı və avtomobil texniki baxışdan keçirilməli idi. Məhkəmə öz qərarında xüsusi olaraq vurğulayıb ki, İXM-in 53.0.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda inzibati xəta haqqında icraata xitam verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərarı ilə qanunsuz protokollar qüvvəsindən salındığı, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyi halda, eyni əsaslarla yeni protokollar yazılmamalı və avtomobil texniki baxışdan keçirilməli idi. Məhkəmə öz qərarında xüsusi olaraq vurğulayıb ki, İXM-in 53.0.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası BDYPİ təkcə adları Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2019-cu il tarixli və Abşeron Rayon Məhkəməsi də 26 aprel 2021-ci il tarixli qərarında çəkilən inzibati cərimə növündə inzibati tənbeh vennə haqqında elektron qərarlan yox, həmçinin EO 3134545, EQ 2985119, EQ 2634666, EQ ******* və EQ ******* saylı qərarları da elektron qərarları mərkəzi informasiya sistemindən silməli idi. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin EQ 3134545, EQ 2985119,EQ 2634666,EQ ******* və EQ ******* saylı inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında elektron qərarlarını ləğv edilməsini və Azərbaycan Respublikası BDYPİ-nin vəzifəli şəxslərinin İXM-in 594-cü maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin texniki baxışdan keçirilməməsi ilə bağlı BDYPİ-nin 05 sentyabr 2019- cu il tarixli, N 016-17373Q saylı və 13 sentyabr 2019-cu il tarixli, N 016-77406Ə saylı qərarlarını, o cümlədən BDYPİ-nin 05 aprel 2019-cu il tarixli, EQ 965906 saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 12 may 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı): BDYPİ-nin 15 iyun 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı): BDYPİ-nin 07 iyul 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu (qərarı): BDYPİ-nin 17 avqust 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 08 sentyabr 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin EQ ******* saylı inzibati cərimə qərarlar ləğv edilmiş və başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin qərarlarından X4 tərəfindən verilmiş şikayətin təmin edilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(012)-335/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. 38.6-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir;[103] 125.2.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. 125.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt SMS formasında dərhal, kağız formasında isə 2 gün ərzində inzibati xəta törədən şəxsin ünvanına göndərilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Qanunverici yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilə bilməsinə hüquqi imkan verir. Hazırkı işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılmasına hər hansı zərurət olmamışdır. Məhkəmədə X3 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokollar əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən EQ 3134545, EQ 2985119, EQ 2634666, EQ ******* və EQ ******* saylı inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında elektron qərarlar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən EQ 3134545, EQ 2985119, EQ 2634666, EQ ******* və EQ ******* saylı inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında elektron qərarlar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar