Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-46/2024 13.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Hüquq və Qanunvericilik şöbəsinin böyük məsləhətçisi Nümayəndə iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından şikayət verərək, onun psixi durumu yəni xəstəliyi nəzərə alınaraq həmçinin həmin illərdə onun ümumiyyətlə, iş fəaliyyəti olmadığı nəzərə alınaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-28/2-8834/2023-nömrəli ona ünvanlanmış məktubunda qeyd olunan Abşeron rayon prokurorluğunun inzibatı xəta haqqında icraatın başlanması barədə xx.xx.2023-cü il tarixli qərarı əsasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN 0480963-nömrəli qərarının ləğv olunması və ona yazılmış 2000 (iki min) manat dəyərində cərimədən azad olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, X3 ondan təxmini xx.xx.2023-cü il tarixdə Abşeron rayon Prokurorluğuna şikayət ərizəsi vermişdir. Şikayət isə ondan ibarət idi ki, onun dişlərinin düzəldilməsi üçün həkim- stomatoloqa müraciət etmiş və bir il sonra isə həmin düzələn dişlər qırılmışdır. Lakin burda onunla bağlı heç bir məsələ olmasa da onu orda diş texniki kimi qələmə verməsi olmuşdur. Bu məsələyə vətəndaş X3 ilə aydınlıq gətirdikdən sonra məlum olub ki, həkim-stomatoloqla birlikdə qərəzli şəkildə etmişlər. Ona bu işlə əlaqəsi olmadığını ümumiyyətlə 2012-ci ildən səhhətilə bağlı fəaliyyət göstərmədiyini bildirmişdir. Sonra isə X3 bildirmişdir ki, ona dair olan şikayət ərizəsini xx.xx.2023-cü ildə rəsmi olaraq geri çəkmişdir. Buna baxmayaraq, həmin iş üzrə şikayət geri çəkilsə də həmin gündən Abşeron Rayon Prokurorluğu dəfələrlə ona zəng edərək onu Prokurorluğa gəlməsi tələb etmişlər. O, isə səhhətilə bağlı problemi olduğu üçün gələ bilməyəcəyini bildirsə də yenidən onu prokrorluğa çağırmışlar. O, Abşeron Rayon Prokurorluğuna yaxınlaşmış və izahat vermişdir. Hal-hazıradək səhhətində problem olduğu üçün izahatda nələr dediyini xatırlamadığını bildirmişdir. Daha sonra isə ona olub ki, Abşeron rayon Prokurorluğu onu xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 210.1-ci və 114-115-ci maddələrinə əsasən cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu guya ki, gizli işləmə ilə ittiham edərək 2000 (iki min) manat dəyərində cərimələmişlər. Bütün bunlardan xəbəri olmadığını və xx.xx.2023-cü ildə yaşadığı ünvana poçt vasitəsilə daxil olan məktubda aydın olub ki, Abşeron rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə qərarına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli qərarı çıxararaq cəriməni təsdiqləmiş və ödəməyini tələb etmişdir. 2022-ci ildə 2 nömrəli X1 xəstə olaraq müalicələr alır. O ildən bu günə kimidə müalicələrini dayandırmır. Bu halda olan şəxs isə fəaliyyət göstərə bilməz. Epikrizində bildirildiyi kimi, ünsiyyətə çətin daxil olur, ünsiyyət zamanı sıxılmalar və əsəb stress keçirmələri olur, düşüncə və bələdliyi saxlanılmış vəziyyətdədir söhbət zamanı tez yorularaq emosional durğunluğu var və öz hissiyyatına bağlıdır. Məhkəmə iclasında şikayət verən Tərlan Muradov şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Hüquq və Qanunvericilik şöbəsinin böyük məsləhətçisi Nümayəndə qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Tərlan Muradov qeyri- qanuni diş texniki kimi fəaliyyət göstərmiş, haqqında Prokurorluğa şikayət olunmuş, Abşeron rayon Prokurorluğunda araşdırma zamanı da verdiyi ifadəsində əməlini etiraf etmişdir. Buna görə də Səhiyyə Nazirliyi tərəfindən barəsində müvafiq qərar qəbul edilmiş, İXM-nin 210.1-ci maddəsi üzrə cərimələnmişdir. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X2 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından müəyyən edilir ki, icazəsi olmadan onun, özəl tibbi fəaliyyətli stomatoloji xidmət göstərməsi aşkar edilmişdir. İşin materiallarında olan Abşeron rayon Prokurorunun 14 noyabr 2023-cü il tarixli Qərarından görünür ki, X2 barəsində İXM-nin 210.1 maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından şikayəti əsassız olduğundan təmin edilməmlidir. Qərarın ləğvi üçün şikayətçinin dəlilləri iş materialları ilə təkzib olunur. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından şikayət verərək, həmin qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd olunsun. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-46/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-46/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver