Məhkəmə qərarları › İş №3(012)-46/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-46/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-46/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin nümayəndəsi X1, Qərardan şikayət vermiş şəxs X2, Maraqlı şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakları ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin nümayəndəsi X5 protokola uyğun izahat verməklə X2 şikayətinin əsassız olduğunu, “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydası” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2.1.4-cü bəndinə əsasən pərdə perimetr boyu plastik və ya metal elementə bərkidilmiş parça materiallı aksesuar olduğunu, pərdə yuxarıdan, yuxarıdan və aşağıdan və ya yan tərəflərdən bərkidilməklə açılıb-bağlanan da ola bildiyini, inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şikayətçi X4 şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, DİN Baş X13 İdarəsinin xx.xx.2024-cü il tarixli TP6409837 saylı qərarı ilə mənə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə 150 manat miqdarında inzibati cərimə tədbiri tətbiq edilmişdir. Daha sonra o DİN Baş X13 İdarəsinin xx.xx.2024-cü il tarixli TP6409837 saylı qərarından Abşeron rayon məhkəməsinə şikayət ərizəsi göndərmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli iclası zamanı İŞ № 3 (012)- 1332/2024 saylı qərarı ilə şikayətim qismən təmin olunub və ona yazılan TP6409837 saylı inzibatı tənbeh vermə haqqında qərarın ləğv edilməsiylə bağlı məhkəmə qərar qəbul edib,həmçinin inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə,Azərbaycan Respublikası Baş X14 İdarəsinə) göndərilməsiylə bağlı qərar da qəbul edilib.Daha sonra DİN Baş X13 İdarəsi onun heç bir iştirakı olmadan və məsələ yenidən araşdırılmadan heç bir əsaslı dəlil və sübutlar təqdim edilmədən,hadisəylə bağlı heç bir akt və rəy yazılmadan qərəzli və əsassız şəkildə xx.xx.2024-cü il tarixində yenidən həmin TP6409837 saylı qərar qüvvəyə mindirilib və mənə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə təkrar olaraq yenidən 150 manat miqdarında inzibati cəriməni tədbiri tətbiq edilmişdir.Həmçinin onu da qeyd etmək istərdim ki, Baş X14 İdarəsinə dəfələrlə yeni qərarın verilməsi barədə müraciət etsəm də mənə ancaq xx.xx.2024-cü il tarixli TP6409837 saylı qərarım nüsxəsini təqdim etdilər. Bununla da müəyyən edilir ki,yenidən yazılan həmin inzibati xəta hadisəsində heç bir əsas yoxdur. Belə olan halda həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli,şikayəti tam təmin olunmalı və tənbeh vermə haqqında DİN Baş X13 İdarəsinin xx.xx.2024-cü il tarixində yenidən qərara vurulan xx.xx.2024-cü il tarixli TP6409837 saylı qərarı tamamilə ləğv edilməlidir. DİN Baş X13 İdarəsinin xx.xx.2024-cü il tarixində yenidən qərara vurulan xx.xx.2024-cü il tarixli TP6409837 saylı qərarı ilə mənə Azərbaycan Respublik ası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə təkrarən 150 manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair qərarın tamami ilə ləğv edilməsi, şikayətin tam təmin olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 şikayət verən X2 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İ X15 Xidməti inspektoru, polis baş serjantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 150 manat məbləğində cərimə edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-1332/2024 saylı qərarından görünür ki, şikayət qismən təmin edilmiş, X4 barəsində AR DİN Baş X14 İdarəsinin tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş diskə baxış keçirlərkən müəyyən edilmişdir ki, X4 idarə etdiyi “Daf” yük markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, şikayət vermiş şəxsi dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü naddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Belə ki, X4 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə iclasında təqdim edilmiş materiallara əsasən müəyyən edilmişdir ki, X2 nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmə dən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərinə münasibətdə hesab edir ki, X2 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təqdim olunmuş sübutlarla təkzib olunduğundan və işin faktiki hallarını əks etdirmədiyindən, sonuncunun verdiyi şikayət təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Abşeron DYP-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar