Məhkəmə qərarları › İş №3(012)-460/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-460/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-460/2023 15.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı,, X3 Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı X2 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından və İXM-nin 327.2-ci maddəsi təqsirləndirilməsi barədə xx.xx.2021-ci il tarixli, TP4684795 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİM: Abşeron Rayon Məhkəməsinin icraatına X3 Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı X2 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından və İXM-nin 327.2-ci maddəsi təqsirləndirilməsi barədə xx.xx.2021-ci il tarixli, TP4684795 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı X2 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından və İXM-nin 327.2-ci maddəsi təqsirləndirilməsi barədə xx.xx.2021-ci il tarixli, TP4684795 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Belə ki, X1 RPİ-nin TŞ-nin təhqiqatçısı X2 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından və İXM-nin 327.2-ci maddəsi təqsirləndirilməsi barədə xx.xx.2021-ci il tarixli, TP4684795 nömrəli inzibati tənbeh vermə haqqında qərarından bir şikayət vermişdir. Hər bir qərardan ayrı-ayrılıqda şikayət verilməlidir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: X3 Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı X2 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından və İXM-nin 327.2-ci maddəsi təqsirləndirilməsi barədə xx.xx.2021-ci il tarixli, TP4684795 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılsın. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar