Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-461/2021 17.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X2 katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil, tələbkar X8 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-3207/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi borclu Şəxs hər ay 240 manat alınaraq tələbkar X3 ödənilməlidir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirdi ki, Abşeron rayon Məhkəməsinin 2(012)-3207/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin xx.xx.2019-cu il tarixdə icraatına başlanılmış, borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Borclu Şəxs aliment borcunu ödəməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Abşeron rayon Məhkəməsinin 2(012)-3207/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)- 586/2013 saylı, xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2005-ci il təvəllüdlü Fdan Süleymanova və xx.xx.2009-cu il təvəllüdlü Şahin Süleymanovun yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Belə ki, hal-hazırda maddi vəziyyəti ağır olduğundan alimenti ödəyə bilmir. Məhkəmə iclasında müdafiəçi Abşeron Vəkil Bürosunun vəkili Vəkil çıxışında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati işə xitam verilməsini xahiş etdi. Məhəkəmə iclasında tələbkar X5 bildirdi ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 3207/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-586/2013 saylı, xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2005-ci il təvəllüdlü Fdan Süleymanova və xx.xx.2009-cu il təvəllüdlü Şahin Süleymanovun yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. İş üzrə borclu Şəxs borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edir. Borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Abşeron rayon Məhkəməsinin 2(012)-3207/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-586/2013 saylı, xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2005-ci il təvəllüdlü Fidan Süleymanova və xx.xx.2009-cu il təvəllüdlü Şahin Süleymanovun yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 qızına verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Goranboy rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs mülkiyyətində heç bir əmlak yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, borclu Şəxs ümumilikdə 600 (altı yüz) manat məbləğində tələbkar X8 qızına aliment borcundan ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs aliment borcundan 600 (altı yüz) manat ödəmiş və həmçinin tələbkar X8 qızına qalan borcunu da hissə-hissə ödəyəcəyini vəd edir. Məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, materialda belə bir xüsusata rast gəlinmir. Belə olan halda, Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-461/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-461/2021
17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver