Məhkəmə qərarları › İş №3(012)-461/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-461/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-461/2024 13.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, X2 tərəfindən verilmiş şikayətə baxılmasına hazırlıq zamanı Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərardan şikayət ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialından göründüyü kimi, X2 barəsində qəbul edilmiş qərardan şikayət Azərbaycan Respublikasının İXM-nin müddəalarına uyğun şəkildə tərtib edilməmişdir. Belə ki, şikayət onun tərəfindən imza edilsə də, şikayətin giriş hissəsində X3 qeyd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərardan X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Konstitusiya Məhkəməsinin 03 may 2019-cu il tarixli “ Azərbaycan Respublikası İXMnin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərardan verilmiş şikayət geri qaytarılsın. X1 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar