Məhkəmə qərarları › İş №3(012)-463/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-463/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-463/2025 11.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MTK-nın nümayəndələri X1 və X3 iştirakı ilə, "xxxx" MTK-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, "xxxx" MTK Abşeron rayonu, Masazır kəndində icarədə olan 5.2653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatını dəyişmədən (çoxmərtəbəli bina) başqa məqsədlər üçün istifadə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 bildirdi ki, 24 iyul 2023-cü ildə torpaq sahəsi təyinatdan kənar istifadə olduğundan "xxxx" MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib olunarkən "xxxx" MTK tərəfindən sənədlər təqdim olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MTK-nın nümayəndəsi X6 bildirdi ki, çıxarışlara əsasən torpaq sahələri birləşdirilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının qərarı ilə həmin torpaq sahəsində "xxxx" MTKya Masazır kəndində yerləşən 1,25 ha torpaq sahəsində iki girişli, beş mərtəbəli yaşayış binalarından ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib olunan zaman ofisə yaxınlaşmadıqlarından həmin sənədlər təqdim olunmamışdır. Odur ki, "xxxx" MTK-nın əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam veriməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MTK-nın nümayəndəsi X4 "xxxx" MTK-nın nümayəndəsi X3 izahatını təsdiq edərək, "xxxx" MTK-nın barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MTK-nın barəsində inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 1127 saylı Sərəncamından görünür ki, "xxxx" MTK-nə Masazır kəndində yerləşən 1,25 ha torpaq sahəsində iki girişli, beş mərtəbəli yaşayış binalarından ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 1127 saylı Sərəncamından görünür ki, "xxxx" MTK-nə Masazır kəndində yerləşən 1,0 ha torpaq sahəsində iki girişli, beş mərtəbəli yaşayış binalarından ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 397 saylı Sərəncamından görünür ki, "xxxx" MTK-ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* saylı çıxarışla məxsus olan, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 3,7653 ha torpaq sahəsində on iki ədəd, beş mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 5.2653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2010-cu il tarixli, 955 saylı icarə müqaviləsi və xx.xx.2022-ci il tarixli, 3M-431 reyestr nömrəli İcarə hüququnun alqı-satqı müqaviləsi, xx.xx.2010-cu il tarixli, 243 saylı İcarə müqaviləsi və xx.xx.2022-ci il tarixli, 3M-432 reyestrli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən, xx.xx.2010-cu ildən başlayaraq 99 il müddətinə "xxxx" MTK-nin adına ********** qeydiyyat nömrəsi, **********25 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1187 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə monitorinq aparılan zaman Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşa edilməsi faktı aşkar edilmişdir. Araşdırma zamanı tikinti işlərinin "xxxx" MTK-nin icarəsində olan kənd təsərrüfatı təyinatlı 5.2653 ha torpaq sahəsinin kateqoriyasının dəyişdirilmədən aparıldığı müəyyən edilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, hüquqi şəxs olan "xxxx" icarə müqaviləsi əsasında mülkiyyətində olan torpaq sahələrində çoxmərtəbəli yaşayış binalarının tikintisinə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamlarına əsasən icazə verilmişdir.Protokol isə müvafiq sənədlər olmadan tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 247.2-ci maddəsinə əsasən, bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 1127 saylı və xx.xx.2014-cü il tarixli, 397 saylı Sərəncamlarından göründüyü kimi "xxxx" MTK icarə müqaviləsi əsasında mülkiyyətində olan torpaq sahələrində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmiş və binaların tikintisi ilə əlaqədar çoxmərtəbəli yaşayış binalarının yerləşdiyi ərazinin döngə nöqtələrinin koordinatlarını əks etdirən plan-sxem də tərtib edilmişdir. Ötən bir neçə il müddət ərzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tikintinin dayandırılması və ya tikintinin yerləşdiyi torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı MTK-ya rəsmi qaydada hər hansı xəbərdarlıq edilməmiş, həmçinin həmin dövr ərzində MTK barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Göründüyü kimi "xxxx" MTK-nin hərəkətlərində (hərəkətsizliyində) İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MTK barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar