Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-464/2022 18.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: 17.01.2022-ci il tarixdə, saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı km-də, Şəki rayonunda qeydiyyatla olan xx.xx.1989-cu il təvəllüdlü Şəxs Bakı şəhəri istiqamətində idarə etdiyi Ford Transit markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan Zərdab rayon qeydiyyatlı, 29.11.1971-ci il təvəllüdlü X1 idarə etdiyi Toyota Rav 4 markalı, ** UU *** d.q.n-lı avtomobilini vurmuşdur. Toqquşmanın təsirindən Toyota Rav 4 markalı avtomobil sürüşərək yolu keçən piyada xx.xx.1968-ci il təvəllüdlü, Ağdam rayonu, Üçoğlan kənd qeydiyyatlı Zərərçəkmiş şəxs və 30.11.1997-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan X3 dəymişdir. Nəticədə piyada G.Ə. Quliyeva və A.E. Hüseynov xəsarət almışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlu təyin edilmiş məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 28.01.2022-ci il tarixli 140 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa “az ağır” zərər vurmaya aiddilər. İşə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 28.01.2022-ci il tarixli 161 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərərvurmaya aiddilər. İşə əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28 yanvar 2022ci il tarixli, 8/181 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Ford Transit markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Toyota Rav 4 markalı, **-UU-*** d.q.nlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İşə əlavə edilmiş 2/2171 və 2/2172 nömrəli sərxoşluq müayinə aktlarında müvafiq olaraq Şəxs və X1 "ayıq” olduqları qeyd olunmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması 21 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şəki rayon icra və probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-464/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-464/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver