Məhkəmə qərarları › İş №3(012)-464/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-464/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-464/2024 09.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı 17349871 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ seriyalı 17349871 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. X1 məhkəməyə ərizə göndərərək, şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin qərarı qəbul edən orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət ünvanlamamışdır. Məhkəmə inzibati xəta haqqında materiala qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qəbul edilmiş qərar üzrə verilmiş şikayət ərizəsini, ona əlavə edilmiş sənədləri və hazırda sənədlərin geri qaytarılması barədə ərizəni araşdıraraq hesab edir ki, X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı 17349871 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı 17349871 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş sənədlər şəxsin müraciətinə əsasən geri qaytarılsın. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar