Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-465/2022 02.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nurueva Nüşabə Ələddin qızının katibliyi, Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1977-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Cəbrayıl rayonu, Çullu kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Mex-kalon 23 qəsəbəsi, Ə.Vahid küçəsi 48 saylı evdə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycab Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, kapitan X4 faizlə (hər ay üçün 7 faiz) qaytarmaq şərtilə 2018-ci ildə - aprel-may aylarında 2000 manat, 2019-cu ildə - yanvar ayında 1000 manat, aprel ayında 2000 manat, iyul ayında 1000 manat - cəmi 6000 manat; müddətdən artıq hərbi qulluqçu X3 (Vətən müharibəsinin şəhidi) 2019-cu ildə - iyul ayında 4000 manat - cəmi 10.000 manat pul vermiş, 2018-ci ilin may ayından N1 -ci ilin iyul ayına qədər ödənişlər qəbul etmiş, yəni 2018-ci ilin aprel ayından 2019-cu ilin yanvar ayınadək həy ay 140 manat olmaqla - cəmi 1260 manat, 2019-cu ilin iyul ayından N0-ci ilin sentyabr ayınadək hər ay 700 manat olmaqla - 10500 manat, daha sonra Vətən müharibəsindən sonra xx.xx.N1-ci il tarixdə - 500 manat, xx.xx.N1-ci il tarixdə 500 manat, xx.xx.N1-ci il tarixdə - 700 manat, cəmi 13460 manat gəlir əldə etməklə, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və törədilmiş inzibati xəta nəticəsində 3460 manat miqdarında ziyan dəymişdir. Buna görə də Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsi tərəfindən xx.xx.N2-ci il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında haqqında icraat başlanılmış, baxılması üçün Abşeron Rayon Məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2 izahatında göstərmişdir ki, Bakı Hərbi Prokurorluğunun xx.xx.N2-ci il tarixli qərarı ilə Şəxs barəsində inzibati icraat açılması məsələsinə baxılması üçün cinayət işindən material ayrılaraq aidiyyəti üzrə Cinayət təqibindən kənar icraatlar İdarəsinə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Materialdan göründüyü kimi Şəxs qanunsuz sahibkarlıq fəaliyyəti 2018-ci ilin aprel ayında başlanmış, o X4 və X3 faizlə pul vermiş, N0-ci ilin sentyabr-noyabr aylarında Vətən Müharibəsi dövründə ödənişlər aparılmamış, X6 şəhid olandan sonra onun borcu üzrə xx.xx.N1-ci il tarixədək ödənişləri qəbul edərək, 13460 manat gəlir əldə etmişdir. Şəxs izahatında pul verdiyi şəxslərə məxsus əmək haqqı kartlarının onda olmasını, həmin kartlardan pulların özü tərəfindən çıxarılmasını bildirməsi bir daha qeyd edilən əməlin törədilməsini təsdiq edən hallardır. Törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında materialda qeyd olunanlarla razı deyildir. Belə ki, 2018-ci il tarixdə Türkiyə Cümhuriyyətindən paltar gətirib satmaqla məşğul olmuşdur. Həmin ərəfədə X5 tanımamışdır. 2019-cu ilin noyabr ayında Türkiyədən qış geyimləri gətirib satdığı vaxt həyat yoldaşı üçün palto alarkən Vasiflə tanış olmuşdur. Eyni zamanda Gürcüstan Respublikasından avtomobil gətirib satmaqla məşğul olmuşdur. Daha sonra Vasiflə birlikdə Gürcüstanda avtomobil almış, sərhəddə avtomobilin sənədləşməsinə pul lazım olanda bankdan pul götürüb alver etmişlər. V.Həsənovun pula ehtiyacının olmasını bildirərək, ondan borc verməsini xahiş etmişdir. Bu məqsədlə, N0-ci ilin təxminən fevral ayının sonlarında V.Həsənovla yaşadığı ünvanın qarşısında görüşərək ona təklikdə 2400 manat məbləğində pulu borc olaraq vermişdir. Həmin vaxt, V.Həsənov girov olaraq özünə məxsus əmək haqqı kartını ona vermişdir. V.Həsənov 2400 manat pulu borc olaraq aldıqdan sonra həmin pulu qısa zamanda qaytaracağına dair vəd vermişdir. Bundan sonra, N0-ci ilin iyun ayında V.Həsənov ondan yenidən 2600 manat məbləğində borc olaraq pul istəmiş, N0-ci ilin iyun ayında 2600 manat məbləğində pulu Bakı şəhəri Binəqədi rayonu ərazisində “Şamaxinka” adlanan ərazidə V.Həsənovla görüşüb təklikdə ona borc olaraq vermişdir. V.Həsənovun əmək haqqı kartının onda olmasına arxayın olub sonuncuya yenidən borc vermişdir. Bundan təxminən bir həftə sonra V.Həsənov ona zəng edərək onunla birlikdə xidmət edən Asif Əkbərov adlı hərbi qulluqçuya 5000 manat borc olaraq pul lazım olmasını bildirib, ondan borc verə bilib- bilməyəcəyi haqqında soruşduqda, o, V.Həsənov vasitəsilə A.Əkbərova borc verməyə razı olmuşdur. N0-ci ilin təxminən iyul ayında o, V.Həsənovla “20 Yanvar” Metrostansiyasının içərisində görüşüb sonuncuya A.Əkbərova verməsi üçün 5000 manat pulu təklikdə vermişdir. Həmin vaxt V.Həsənov A.Əkbərova məxsus əmək haqqı kartını girov olaraq ona vermiş və A.Əkbərovun bir ay müddətində borcunu qaytaracağını söyləmişdir. O, A.Əkbərovla ümumiyyətlə bu barədə görüşməmiş və aralarında hər hansı bir danışıq olmamışdır. Bu görüşlərindən təxminən 10-15 gün sonra V.Həsənov ona zəng edərək əmək haqqı kartını özü ilə götürüb onunla birlikdə banka getmələrini və bankdan kredit götürüb borcunu bağlayacağını söyləmiş, bu məqsədlə, N0-ci ilin təxminən iyul ayının sonlarında Bakı şəhəri 28 May Metrostansiyasının yaxınlığında yerləşən xatırlamadığı bankın qarşısında görüşmüşlər, lakin, V.Həsənovun bankdan kredit götürməsi alınmamışdır. Təxminən N0-ci ilin iyun ayında V.Həsənovla söhbət zamanı sonuncuya qızı Aydan Məmmədova üçün iş axtardığını bildirmiş, bu zaman V.Həsənov ona qızı A.Məmmədovanı Müdafiə Nazirliyinə hərbi qulluqçu kimi işə qəbul etdirə biləcəyini söyləmiş, o, V.Həsənovandan bu barədə bu maraqlandıqda V.Həsənov ona qızı A.Məmmədovanı 6000 manat pul müqabilində Müdafiə Nazirliyinə kargüzar hərbi qulluqçu kimi işə qəbul etdirə biləcəyini demiş, V.Həsənov ona bu işlə bağlı Müdafiə Nazirliyində hansısa vəzifəli şəxslə danışdığını söyləmiş, ona görə də, təxminən N0-ci ilin avqust ayında V.Həsənov ona zəng edərək, A.Əkbərovun ona olan borcunu yəni 5000 manat pulu qaytardığını bildirən zaman o, V.Həsənova həmin pulu özündə saxlamasını söyləmiş, əlavə olaraq həmin vaxt o, V.Həsənova A.Əkbərovdan aldığı ona çatacaq 5000 manat pulun üzərinə də ona olan borcundan 1000 manat da əlavə etməsini və qızını işə düzəltməsini xahiş etmişdir. Vasiflə danışarkən səsini yazmış, tanıdığı adamlara göndərərək, Vasifin etdiyi təkliflərin doğru olmasını bilmək istəmişdir. Vasifin iş yoldaşlarından biri ona Vasifin onu aldatdığını demişdir. Vasif ona Müdafiə Nazirliyində kadrların rəisi kimi özünü tədqim etmişdir. Lakin, V.Həsənov verdiyi vədə əməl etməmiş, qızını işə düzəltməmiş, nə də borc pulları qaytarmamışdır. Səs yazılarını istintaqa təqdim etməmişdir. Üçüki, Vasifin tutulmasını və ya işdən azad olmasını istəmir. Prokurorluqda izahatının dəyişməsinə səbəb rüşvət verib qızını işə düzəltmək adı ilə DİN-də qeydiyyata alınacağını ona bildirilmişdir. Ona görə də izahatının dəyişdirilməsinə razılıq vermişdir. Pullarını geri istəməyə başladıqda, Vasif döyüş zonasında olmaqla bəhanələr edərək onu aldatmışdır. Dəfələrlə hərbi hissəyə getmiş, vatçap nömrəsinə zəng etdikdə, Vasifin həyat yoldaşı cavab vermiş, onu hədələyərək, Vasifi rahat burxmasını bildirmişdir. Daha sonra Vasif anasının nömrəsini verib bildirmişdir ki, anası ona pul göndərəcəkdir. Dəfələrlə anası ilə danışmış, axırda ərinin xəstə olmasını bildirərək, Vasifin anası ona veriləcək pulu olmadığını bildirmişdir. Oğlundan şikayət edəcəyini bildirdikdə anası “get hara şikayət edirsən et” demişdir. Vasif bir dəfə 700 manat, iki dəfə 500 manat miqdarında pul ona göndərmişdir. Daha sonra borcunu almaq üçün bankda işləyən tanışının nömrəsini Vasifə vermişdir ki, Vasif kredit götürüb ona olan borcunu qaytarsın. Əlaqə saxlayanda məlum olmuşdur ki, Vasif banka müraciət etməmişdir. Bakı Hərbi prokurorluğunun xx.xx.N2-ci il tarixli qərarında 2018-ci il tarixdə Vasifə pul verməyi yazılmış, lakin o Vasifi 2019-cu il tarixdə tanımışdır. Bundan başqa hazırda məhkəmənin icraatında Vasifə qarşı pul tələbinə dair iddia qaldırmışdır. Keçirilən məhkəmə prosesində də Vasif sorğu sual zamanı ona borcu olduğunu etiraf edərək, tezliklə həmin borcu qaytaracağını bildirmişdir. İzahatlarda qeyd edilən tarixlər düzgün deyildir. X4 və X3 borc müqaviləsi əsasında pul vermişdir. Bakı Hərbi prokurorluğunun xx.xx.N2-ci il tarixli qərarında qeyd edilən şəxsləri ümumiyyətlə tanımır. Ona görə də onun əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında müdafiəçi Vəkil izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlinə düzgün qiymət verilmədiyini, tərəflər arasında bağlanmış borc müqaviləsinin mövcudluğu ilə təsdiq olunur ki, Şəxs əməllərində dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sələm olaraq pul verməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Göstərdiklərini nəzərə alaraq, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsi tərəfindən xx.xx.N2-ci il tarixli qərarla Şəxs barəsində başlanılmış Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında icraat xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs tərəfindən Bakı Hərbi Prokurorluğuna verilmiş ərizədən görünür ki, Şəxs tərəfindən N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kapitan X4 ümumilikdə 10000 manat pulu borc olaraq verdiyini, V.Həsənovun ona borcunu qaytarmaqdan başqa hər hansı bir vəd vermədiyini, V.Həsənovun qızı Aydan Məmmədovanı pul müqabilində "hərbi xidmətə qəbul etdirməsinə dair ona hər hansı bir vəd vermədiyini, bununla bağlı aralarında hər hansı bir sövdələşmə olmadığını bildirərək müraciətinin araşdırma müddətində nəzərə alınmasını xahiş edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N0-ci il tarixli 177 nömrəli əmrindən çıxarışdan görünür ki, kapitan X8 hərbi hissənin 1-ci radiokəşfiyyat və radiomaneə taborunun qərargah rəisinin baş köməkçisi vəzifəsinə təyin edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin məktubundan görünür ki, 1990-cı il təvəllüdlü X6 xx.xx.N0-ci il tarixdə hərbi xidmətə getmiş və xx.xx.N0-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuşdur. 13.01,N2-ci il tarixli arayışdan görünür ki, Şəxs övladı Aydan Məmmədovanın araşdırma üzrə izahat verməyəcəyini söyləyərək, müraciəti üzrə sonuncunun baş verənlərdən məlumatının olmadığını bildirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.N2-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Bakı Hərbi prokurorluğunun xx.xx.N2-ci il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında yaşayan vətəndaş Şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, kapitan X8 tərəfindən aldadılaraq pul vəsaitinin ələ keçirilməsinə dair müraciəti üzrə ibtidai istintaqı aparılaraq, aldadılaraq pul vəsaitinin ələ keçirilməsi cinayəti müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməllərində dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sələm olaraq pul verməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə inzibati məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs barəsində inzibati icraat aparılması məsələsinə baxılması üçün cinayət haqqında məlumat ayrılaraq barəsində materialların Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.N2-ci il tarixli, 3(012)-465/N2 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın 3460 manat gəlirin iki misli miqdarında – 6.920 (altı min doqquz yüz iyirmi) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-316/N2 nömrəli, xx.xx.N2-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.N2-ci il tarixli, 3(012)-465/N2 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraat materialları hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi– dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə məsuliyyəti nəzərdə tutur. Məhkəmə, ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin (maliyyə bazarları sahəsində istisna olmaqla) həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən lisenziya müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir; 3.1-ci maddəsinə əsasən bu Qanun (maliyyə bazarları sahəsində istisna olmaqla) Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinin meyarlarını, onların siyahısını, lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsiplərini, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydalarını, lisenziya və icazə verən orqanların, onların vəzifəli şəxslərinin və lisenziya (icazə) sahiblərinin məsuliyyətini tənzimləyir. Göründüyü kimi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün rəsmi sənəd hesab olunan lisenziyanın alınması tələb olunan fəaliyyət növlərinin siyahısı yalnız “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmalıdır. Sözügedən Qanunda isə Şəxs göstərdiyi fəaliyyətinin həyata keçirilməsinə dair lisenziya nəzərdə tutulmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hər hansı fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir etdiyi, məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutduğu, ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bildiyi, qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğurduğu halda bu fəaliyyət növü lisenziyalaşdırılır (“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsi). Bu meyarlar olmadığı halda, həmin fəaliyyət növünün lisenziyalaşdırılmış fəaliyyət növlərinə aid edilməsinə yol verilmir. Məhkəmə, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin maddənin məzmunundan göründüyü kimi maliyyə bazarları sahəsində lisenziya və icazə sistemi Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Lotereyalar haqqında”, “Valyuta tənzimi haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir. Bu isə sadalanan qanunvericilik aktlarında “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununda lisenziya və icazə sistemi ilə bağlı fərqli müddəaların nəzərdə tutulması mənasını ifadə etmir. Belə ki, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks olunması, lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilməməsi tələbi Qanunun imperativ normasıdır (“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsi). Məhkəmə qeyd edir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsi). Qanunun tələbindən göründüyü kimi, hər hansı fiziki və ya hüquqi şəxs müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olduqda əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bununla bağlı qeyd olunmalıdır ki, qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə əsasən hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Göründüyü kimi, qanunla peşəkarlıq qaydasında kredit verilməsi ilə məşğul olan fiziki şəxslərin mütləq qaydada bank, bank olmayan kredit təşkilatı olması və ya lisenziya alaraq bu fəaliyyətlə məşğul olması nəzərdə tutulmamışdır. Məhkəmə, Şəxs bağladığı müqavilələrə münasibətdə mülki qanunvericiliyin müqavilə azadlığı prinsipini də rəhbər tutaraq qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə, Şəxs əməlinə münasibətdə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni də rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.N2-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs tərəfindən İXM-nin 398-ci maddəsilə nəzərdə tutulmuş xəta xx.xx.N1-ci il tarixdə törədilmiş, həmin xəta hadisəsi üzrə isə xx.xx.N2-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına və inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyinə görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində başlanmış Azərbaycan Respublikasının İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından, eyni zamanda inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-465/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-465/2022
02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver