Məhkəmə qərarları › İş №3(012)-466/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-466/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-466/2024 12.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Tələbkar: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, X6 Massivində yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edərək, müdafiə edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev bildirmişdir ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-5351/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan uşağı xx.xx.2017ci il təvəllüdlü X4 ilə hər həftənin bazar günü 5 saat olmaqla, saat 12:00-dan saat 17:00dək görüşüb ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qərara alınmışdır. Onun iştirakı ilə keçirilən görüşlərdə uşaq atası ilə görüşmək istəmədiyini qəti şəkildə bildirmişdir. Bundan sonra görüş üçün dəfələrlə borcluya bildiriş göndərilməsinə baxmayaraq, sonuncu məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəlikləri etməkdən yayınmışdır. Bu səbəbdən məhkəməyə təqdimatla müraciət edilmiş və Şəxs barəsində məcburi gətirilmə qərarı qəbul edilmişdir. Məhkəmə iclasında protokola baxılana qədər tələbkar ərizə ünvanlayaraq, hazırda borclu ilə razılıq əldə etməsini nəzərə alaraq, Şəxs şikayətçi olmadığını bildirmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, sonuncu dəfə uşağı ilə dekabr ayında görüşmüşdür. O, həmin müddətdən sonra övladı ilə görüşmək üçün cəhdlər etməsinə baxmayaraq borclu müxtəlif bəhanələrlə uşağı onunla ünsiyyətdən yayındırmışdır. Hazırda borclu ilə barışıq edərək məhkəmə qərarının icrası ilə bağlı razılığa gəlmişdirlər. Belə ki, borclu övladı ilə görüşməsinə mane olmayacağına dair söz vermiş və görüşmələrinə şərait yaratmışdır. Qeyd olunanların nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, borclu ilə aralarında razılıq əldə edilmişdır. Belə ki, borclu övladı ilə onun görüşməsinə mane olmayacağına söz vermiş, şəxs də bu təkliflə razılaşmışdır. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir . Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, bildirmişdir ki, onun barəsində tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilmir. Belə ki, icra sənədi digər icra məmurunun icraatında olan müddətdə də o, övladının atası ilə görüşünə maneə yaratmamış, davamlı olaraq uşağının atası ilə görüşməsinə təkid etmişdir. Lakin övladı atası ilə görüşmək istəmədiyini bildirirərək, görüşlərə getməkdən imtina etmişdir. Hal-hazırda tələbkarla razılıq əldə etməsini və uşaqla görüş yaradacağına dair söz verməsini nəzərə alaraq, barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Sumqayıt şəhər məhkəməsinin 2(060)-5351/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan uşağı xx.xx.2017-ci il təvəllüdlü X4 ilə hər həftənin bazar günü 5 saat olmaqla, saat 12:00-dan saat 17:00-dək görüşüb ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli tərtib edilmiş akt üzrə tərəflər icra şöbəsinə dəvət olunmuş, xx.xx.2007-ci il təvəllüdlü X4 ilə Zərərçəkmiş şəxs görüşdürülmüş, lakin uşaq qəti şəkildə atası ilə görüşmək və danışmaq istəmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli tərtib edilmiş akt üzrə tərəflər icra şöbəsinə dəvət olunmuş, xx.xx.2007-ci il təvəllüdlü X4 ilə Zərərçəkmiş şəxs görüşdürülmüş, lakin uşaq qəti şəkildə atası ilə görüşmək və danışmaq istəmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli tərtib edilmiş akt üzrə tərəflər icra şöbəsinə dəvət olunmuş, xx.xx.2007-ci il təvəllüdlü X4 ilə Zərərçəkmiş şəxs görüşdürülmüş, lakin uşaq qəti şəkildə atası ilə görüşmək və danışmaq istəmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli tərtib edilmiş akt üzrə tərəflər icra şöbəsinə dəvət olunmuş, xx.xx.2007-ci il təvəllüdlü X4 ilə Zərərçəkmiş şəxs görüşdürülmüş, lakin uşaq qəti şəkildə atası ilə görüşmək və danışmaq istəmədiyini bildirmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-ü il tarixli, 8(012)-41/2024 saylı qərardadına əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5351/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan borclu Şəxs məcburi şəkildə Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək, borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmədə verdiyi izahatında, xx.xx.2017-ci il təvəllüdlü Uğur Qocayevlə tələbkar Zərərçəkmiş şəxs arasında ünsiyyət hüququnun həyata keçirilməsinə şərait yaradacağına dair söz vermiş, bu barədə sonuncu ilə razılığa gəlmişdir. Məhkəmə baxışı zamanı tələbkar öz izahatında borclu ilə razılığa gəldiyini bildirmiş, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini barədə ərizə təqdim etmişdir. Qeyd olunanlardan göründüyü kimi Sumqayıt şəhər məhkəməsinin 2(060)- 5351/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə işə məhkəmədə baxılıb qərar qəbul edilənədək borclu tərəfindən tələbkarla məhkəmə qətnaməsinin icrası barədə razılıq əldə edilməsi nəzərə alınmalı və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin qeydinə əsasən inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar