Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-467/2022 05.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin polis sahə rəisi X8, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, Masallı ray, Ərkivan qəsəbəsində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin sahə rəisi X12 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin sahə rəisi X12 bildirdi ki, 21.01.2022-ci il tarixdə saat 16:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi, ev H-5, mənzil 84-də yaşayan X6 ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni məhəllədə yaşayan Şəxs arasında baş vermiş mübahisə zamanı sonuncu X1 əlinə zərbə vurarq ona sağ əlin 4-cü barmağının qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə döymüşdür. Bununla yanaşı araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında baş vermiş mübahisə zamanı ictimai qayda pozulmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər baş verməmiş, mübahisə ictimai xarakter almamış, şəxsi münasibətlər zəmnındə baş vermişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Gold Hause” tikinti şirkətinin Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən torpaq sahələrinin nəzarətçisi işləyir. X3 DİN-in “102” xidməti-zəng mərkəzinə və Abşeron rayon polis idarəsinə ünvanladığı müraciəti ilə tanış oldu. Bununla bağlı bilddirir ki, 21.01.2022-ci il tarixdə saat 16:30 radələrində yaşadığı evin yaxınlığında olarkən bir nəfər şəxsin onun evinin qarşısından keçib gedərkən şirkətin işçilərinin ünvanına nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq evinin qarşısında nalayiq ifadələr işlətməməyini bildirmiş, həmçinin ona ərazini mobil telefonu vasitəsilə çəkiliş aparmağına icazə verilmədiyini bildirmişdir. Bu zaman həmin şəxslə aralarında mübahisə düşmüş, sonra isə həmin şəxs oradan uzaqlaşıb getmişdir. Bildirir ki, X3 müraciətində göstərdikləri doğru deyil. Belə ki, həmin vaxt o, onun sinə nahiyəsindən itələməmiş və əlinə zərbə ilə vurmamışdır. Həmin vaxt aralarında sözlə mübahisə olmuşdur. Sonda o, Zərərçəkmiş şəxs döymədiyini və ona heç bir xəsarət yetirmədiyini əsas gətirərək başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o. Mingəçevir şəhəri, Təbriz küçəsi 23, mənzi 14-də qeydiyyatda olmaqla Abşeron rayonu. Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi, ev H-5, mənzil 84-də ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, barəsində şikayət etdiyi şəxs Abşeron rayonu. Masazır qəsəbəsi ərazisndə yerləşən “Gold Hause" tikinti şirkətinin adını bilmədiyi işçisidir. Belə ki, 11.08.2021 -ci il il tarixdə onlar həmin “Gold Hause” tikinti şirkətinə məxsus, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0.2 ha torpaq sahəsini 10500 manat müqabilində almışlar. Həmçinin həmin tarixdə anası X5 həmin “Gold hause” şirkətinin rəhbərliyi ilə rəsmi qaydada müqavilə bağlayaraq torpaq sahəsində inşa etdirmək istədikləri evin tikinti işlərini “Gold hause” tikinti şirkətinə həvalə etmişlər. Həmin şirkətlə aralarında olan razılığa görə onlar 31500 manat müqabilində evin tikintisini tamamlayaraq onlara təhvil verməli idilər. Sözü gedən torpaq sahəsinin aldıqları gündən iki gün sonra şirkətin işçiləri verilmiş lahiyənin əsasında evin tikinti işlərinə başlamışlar. Onlar hissə-hissə olmaqla şirkətə 17300 manat ödəmişlər. Qalan pulu da evi təhvil verəndən sonra ödəyəcəklərinə razılaşmışlar Evin birinci mərtəbəsinin tikintisi başa çatdıqdan sonra o, həmin şirkətin rəhbərliyinə evin 2-ci mərtəbəsində eyvanın da tikilməsini istədiyini bildirmişdir. Onlar əvvəlcə bunun mümkün olmadığını bildirsələr də sonradan razılıq vermişlər. Bundan sonrakı vaxtlarda o məsələni araşdırdığı zaman onlara satılan həmin torpaq sahəsinin sulu ərazi olduğu ona məlum olmuşdur. Həmçinin şirkətin işçiləri tikdikləri evin 1-ci və 2-ci mərtəbələrinin arasına beton tökməmiş eləcə də evin damına ucuz qiymətli dam örtüyü vurduqları üçün o, 05.11.2021-ci il tarixdə həmin “Gold hause” tikinti şirkətinə gedərək evi geri qaytarmağını bildirib onun ümumilikdə onlara verdiyi 27800 manat pulunu geri qaytarmalarını tələb etmişdir. Şirkərtin işçiləri həmin pulu dərhal qaytara bilməyəcəklərini, yalnız ev satılandan sonra ödəyə biləcəklərini demiş, evin həmin şirkət tərəfindən baha qiymətə satmaq istəmələri və buna görə də müştəri olmaması səbəbindən o, 21.01.2022-ci il tarixdə həmin evin yanına gedərək mobil telefonu vasitəsilə evi və torpaq sahəsini video görüntüyə almışdır. Səbəbi isə bu məsələni televiziya şirkətlərinin birinin vasitəsilə işıqlandırmaq, hər kəsin həmin ərazinin yaxşı ərazi olmadığını, sulu ərazi olduğunu bilməsi olmuşdur. Həmin gün saat 16:30 radələrində “Gold Hause” tikinti şirkətinin adını bilmədiyi bir nəfər işçisi ona yaxınlaşaraq həmin yerdə mobil telefonu ilə çəkiliş aparmasına irad bildirib görüntüləri silmək üçün mobil telefonunu istədikdə istəmiş bu səbəbdən həmin şəxslə aralarında mübahisə düşmüş və mübahisə zamanı həmin şəxs əli ilə onun sağ əlindən zərbə ilə vurmuşdur. Həmçinin dırnağı ilə barmağını cıraraq ona xəsarət yetirmişdir. Ona görə də o, evə qaıdandan sonra DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmçinin Abşeron rayon polis idarəsinə də ərizə ilə müraciət edərək həmin şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Sonda o, Şəxs barəsində qanunverciliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 31.01.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Abşeron rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 22.01.2022-ci il tarixli, 121 saylı rəyindən görünür ki, 1990-cı il təvəllüdlü X3 məhkəmə-Tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin 4cü barmağının qançırı, sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 21.01.2022-ci il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları, dırnaqlar və sair) təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Şövkət Nəcəfova.
Məhkəmə qərarları › İş №3(012)-467/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-467/2022
05.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver