Məhkəmə qərarları › İş №3(012)-469/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-469/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-469/2023 17.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X2, zərərçəkmiş şəxslər X9, X4, X6, Zərərçəkmiş şəxs3 Xanbaba oğlunun, Zərərçəkmiş şəxs4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Abşeron rayonu, Qobu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Qobu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİnin İTŞ-nin sahə rəisi, polis kapitanı X7 bildirdi ki, Şəxs 2022-ci ilin iyul ayında Abşeron rayonu, Qobu qəsəbəsdində yaşayan X8 qaz sayğacı quraşdırmaq adı ilə 310 manat pulunu almışdır. 06 noyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X18 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o 17 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsdində yaşayan X1 evinə qaz sayğacı quraşdırmaq adı ilə 300 manat pulunu almışdır. xx.xx.2022ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o 2022-ci ilin fevral ayında Abşeron rayonu, Qobu qəsəbəsdində yaşayan Zərərçəkmiş şəxs3 Xanbaba oğlunun evinə qaz sayğacı quraşdırmaq adı ilə 330 manat pulunu almışdır. 10 may 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o 2022-ci ilin aprel ayında Abşeron rayonu, Qobu qəsəbəsdində yaşayan X6 evinə qaz sayğacı quraşdırmaq adı ilə 350 manat pulunu almışdır. 05 avqust 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X11 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 2022-ci ilin aprel ayında Abşeron rayonu, Qobu qəsəbəsdində yaşayan Zərərçəkmiş şəxs4 evinə qaz sayğacı quraşdırmaq adı ilə 430 manat pulunu almışdır. 05 avqust 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsdində yaşayan Zərərçəkmiş şəxs1 evinə qaz sayğacı quraşdırmaq adı ilə 2200 manat pulunu almışdır. 09 iyul 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 2022-ci ilin aprel ayında Abşeron rayonu, Qobu qəsəbəsdində yaşayan X4 evinə qaz sayğacı quraşdırmaq adı ilə 300 manat pulunu almışdır. 20 noyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Dəymiş ziyan ödənilmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış etmış müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil təqsirləndirilən şəxsin ziyanı ödəməsini nəzərə almaqla iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış etmiş zərərçəkmiş şəxs X9, dəymiş ziyanın ödənilməsini, Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığın bildirdi. Məhkəmə iclasında çıxış etmiş zərərçəkmiş şəxs X13, dəymiş ziyanın ödənilməsini, Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığın bildirdi. Məhkəmə iclasında çıxış etmiş zərərçəkmiş şəxs X15, dəymiş ziyanın ödənilməsini, Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığın bildirdi. Məhkəmə iclasında çıxış etmiş Zərərçəkmiş şəxs3 Xanbaba oğlu, dəymiş ziyanın ödənilməsini, Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığın bildirdi. Məhkəmə iclasında çıxış etmiş Zərərçəkmiş şəxs1, dəymiş ziyanın ödənilməsini, Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığın bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə dəymiş ziyan ödənildiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilən maddi-prosessual normalarının tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin müvafiq maddələrə əsasən xitam olunmalıdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati icraata dəymiş ziyan tam ödənildiyindən xitam verilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 10 saat olmaqla, cəmi 60 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xətanı törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 10 saat olmaqla, cəmi 60 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar