Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-469/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakim Səfiyeva Cəmilə İbrahim qızı, X1 tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 24864827 nömrəli inzibati tənbeh vermə haqqında qərarından daxil olmuş şikayətə hazırlıq mərhələsində Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X1 tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 24864827 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, həmin qərarı ləğv etməklə, həmin inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, şikayət qanunla müəyyən edilmiş 20 günlük müddət daxilində verilmədiyindən şikayət və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 131.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olubolmamasını həll edilir. X1 tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 24864827 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət qanunla nəzərdə tutulmuş 20 günlük şikayət vermə müddəti ərzində verilməmiş, müddət ötürülsə də, müddətin bərpası barədə ərizə verilməmişdir. Buna görə də qeyd edilənlərə əsasən hesab edirəm ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 24864827 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ ona izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 may 2019-cu il tarixli “Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 24864827 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti geri qaytarılsın. X1 tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-469/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-469/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver