Məhkəmə qərarları › İş №3(012)-471/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-471/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-471/2024 13.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, İbrahim Bəhram İqrar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs: X5 Patrul Xidmətinin inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tələbə, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan. Şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2, 342.2.3 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2, 342.2.3 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 mart 2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5 Patrul Xidmətinin inspektoru, polis serjantı Həsən Novruzlu bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09:20 radələlərində ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə ekipaj yoldaşı Elvin Məmmədovla xidmətdə olan zaman Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində hərəkət edən ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıq cihazından istifadə qaydalarını pozduğuna görə ona tərəflərindən saxla əmri verilmişdir. O, və digər əməkdaş sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş, bu zaman sürücü nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq yolun səthi üzrərində avtomobilin təkərlərinin sürtünməsi səslərini çıxarmaqla ictimaiyyətə açıqca hörmətsizlik etmiş, avtoxuliqanlıq hərəkətləri edərək, ərazi tərk etmək istəmişdir. Sürücü onları mobil telefonla çəkərək, təhdid edəcəyini bildirmiş və ünvanlarına nəlayiq ifadələr işlətmişdir. Qeyd olunanlar xidməti çəkilişlə qeydə alınmışdır. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında ifadəsində bildirmişdir ki, özünü qismən təqsirli bilir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 08:30 radələrində özünəməxsus olan “Chevrolet Cobalt” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən yol patrul əməkdaşı ona saxla əmri vermiş, lakin həmin vaxt nəqliyyat sıxlığını və sol zolaqla hərəkət etməsini nəzərə alaraq saxlamaq üçün sağa çıxmaq istəmiş, polis əməkdaşının yeni əmrindən sonra bir neçə metr irəlidə elə sol zolaqda nəqliyyat vasitəsini saxlamışdır. O, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olduğunu bildirsə də, avtoxuliqanlıq etməmişdir. Polis əməkdaşları ona avtomobildən düşməyi tələb etmiş, lakin o, isə avtomobildən düşməli olmadığını bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və polis əməkdaşları avtomobili duracağa aparmışlar. Barəsində ədaləti qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 Patrul Xidmətinin inspektoru, polis serjantı X2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09:20 radələlərində ** YP *** dövlət qeydiyyat nişanlı patrul maşınında ekipaj yoldaşı Həsən Novruzlu ilə birlikdə xidmətdə olan zaman Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olan ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilə işıq cihazından istifadə qaydalarını pozduğuna görə tərəflərindən saxla əmri verilmişdir. Sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş, bu zaman sürücü nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərini yolun səthi üzərində sürtünməsi səslərini çıxarmaqla ictimaiyyətə açıqca hörmətsizlik edərək, avtomobili onların üzərinə sürməklə avtoxuliqanlıq hərəkətləri etmiş, ərazi tərk etmək istəmişdir. Onlar süni tıxac yaradaraq, atomobili saxlamışdır. Sürücü onları mobil telefonla çəkərək onları təhdid edəcəyini bildirmiş, ünvanlarına nəlayiq ifadələr işlətmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 yanvar 2024-cü il tarixdə idarə etdiyi “Chevrolet Cobalt” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hadisənin görüntülərini əks etdirən diskdən görünür ki, “Chevrolet Cobalt” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına mane olması müşahidə edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş inzibati xətanın törədildiyini təsdiq edəcək sübut qismində videogörüntülərin olduğu CD disk-ə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, həmin video görüntülərdə Şəxs tərəfindən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hərəkətlərinə yol verilməsi halları aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edəcək sübutlar mövcud deyildir. Bundan başqa, məhkəmə qeyd edir ki, Şəxs törətməsi ehtimal edilən İXM-in 342.2 və 342.2.3-cü maddələri ilə olan xətaya münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Abşeron rayon Polis İdarəsinin Dövlət yol Polis Şöbəsinə həvalə olunması məqsədə müvafiq hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında işə xitam verilir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, Şəxs Mahir oğlunun tərəfindən hər hansı avtoxuliqanlıq hərəkətlərinin edilməsi sübuta yetirilmədiyindən o, Azərbaycan Respublikası İXMnin 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməli, Azərbaycan Respublikası İXM-nin 342.2 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işə protokol tərtib etmiş şəxs tərəfindən hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.2 və 342.2.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol qərar qəbul edilməsi məqsədi ilə Abşeron RPİ-nin X6 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vaitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar