Məhkəmə qərarları › İş №3(012)-472/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-472/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-472/2023 04.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Rzayeva Arzu Əlibaba qızının katibliyi, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı Regional şöbəsinin nümayəndəsi X6, X1nun iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 555.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı regional şöbəsinin 21 fevral 2023-cü il tarixli MN № ******* saylı qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı regional şöbəsinin 09 fevral 2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2023-cü il tarixdə saat 11:00 -a təyin olunmuşdur. Bu barədə bildiriş mənə xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. Belə ki, İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli ******* MN № -li Qərara əsasən tərtib edilmiş 2013-cü il 09 fevral tarixli ******* nömrəli protokola, prokurorun qərarına və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir: "xxxx" MMC- nin direktoru X9 tərəfindən işçi X4 ilə xx.xx.2020-ci il tarixdə istehsalatda baş vermiş faktini gizlətdiyimə görə Azərbaycan Respublikasının İnzibati Xətalaar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə 2 000 (iki min) manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. Mənə həmin borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə məktub göndərilmiş və həmin məktubda AR İXM-nin 150.1-ci maddəsinə uyğun olaraq qərarda qeyd olunan məbləğin 1 ay müddətinə X7 Xidmətinə ödənilməsi göstərilmişdir. Həmin məktubu mən xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə almışam. xx.xx.2020-ci il tarixdə istehsalatda baş vermiş hadisəyə görə mənə 2023-cü ilin fevral ayında bildiriş gəlmişdir və xəbərdarlıq edilmişdir. Mənə isə artıq 3 il müddət keçməsinə baxmayaraq, 2023-cü ilin fevral ayında məlumat verilir. Mən "xxxx" MMC-nin direktoru kimi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı regional şöbəsinin rəisi Aqşin Əhədova ərizə ilə müraciət edərək, ətraflə məlumat vermişəm və həmin ərizənin surətini hazırki ərizəmə əlavə edirəm. Mən qəti şəkildə qeyd edilən qərar ilə razı deyiləm. Çünki "xxxx" MMC-dən şikayət verən şəxs özü şər-böhtan xarakterli bir şəxsdir. Onun barəsində mən Aqşin Əhədova yazdığım ərizədə ətraflı məlumat vermişəm. Ona görə də həmin ərizənin surətini hazırki ərizəmə əlavə edirəm ki, məlumatınız olsun. Mən qərarda qeyd edilənlər ilə razı olmadığım üçün ləğv edilməsindən ötrü məhkəməyə müraciət edirəm. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı regional şöbəsinin 21 fevral 2023-cü il tarixli MN № ******* nömrəli qərarı ilə razı deyil, qəbul edilmiş qərar ləğv edilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş X9 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron- Xızı Regional şöbəsinin nümayəndəsi X11 izahatında bildirdi ki, "xxxx" MMC-nin direktoru X9 tərəfindən işçi X3 xx.xx.2020-ci il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş vermişdir.Həmin hadisənin gizlədilməsinə görə 21 fevral 2023-cü il tarixli MN № ******* N°-li qərarı ilə "xxxx" MMC-nin direktoru X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə olunmuşdur. Sonda o, şikayətin təmin olunmamasını xahiş etdi. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 09 fevral 2013-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, "xxxx" MMCnin direktoru X9 tərəfindən işçi X3 xx.xx.2020-ci il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin baş vermə faktı izlədilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217.4-cü maddəsinin tələbləri pozulmuşdur. 21 fevral 2023-cü il tarixli MN № ******* N°-li qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X9 tərəfindən işçi X3 xx.xx.2020-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə görə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, şikayətçi barəsində başlanmış inzibati xəta haqqnda icraata xitam verilməidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.7-ci bəndinə müvafiq olaraq İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X7 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X7 Xidmətinin aparatına),Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə olan inzibati xətanı törətməsindəki təqsirliliyi tam təsdiq olunur. X2 inzibati məsuliyyətə cəlb etməyə imkan verən müddət keçmişdir. Məhkəmə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi xüsusatı ilə bağlı aşağıdakıları qeyd edir: Əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə əsasən bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cüM1əsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyni adlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilən İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi, yəni istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində göstərilmədiyindən bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi gündən ən geci dörd ay keçənədək tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsuM1arın ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənziM1ənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cüM1əsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar Fəslinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 9 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənziM1ənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Məhkəmə iclasında müyyən edilmişdir ki, "xxxx" MMC-də istehsalatda bədbəxt hadisə xx.xx.2020-ci il tarixdə baş versə də, X9 tərəfindən bədbəxt hadisənin baş vermə faktı qeyd edilən tarixdə gizlədilmiş və elə bu vaxtdan da inzibati xəta törədilmişdir. Lakin bu xüsusata səlahiyyətli orqan tərəfindən lazımi diqqət yetirilməyərək xx.xx.2023-cü il tarixində, inzibati xətanın törədildiyi gündən 02 ildən artıq müddət keçdikdən sonra inzibati qaydada tənbeh vermə qərarı qəbul edilmişdir. X5 əməlində Azərbaycan Respublikası İXM-nin 555.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olsa da, həmin inzibati xətanın törətməsindən qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti bitmişdir. Hazırkı vəziyyətdə X5 inzibati xətanın törədilməsidə onun təsirliliyini müəyyən edən sübutlar qanunvericilyin tələblərinə əməl etməklə əldə edilmış sübutlar hesab edilməli və qeyd olunan sübutlarla X5 qeyd olunan inzibati xətanın törətməsindəki təqsirliliyi tam təsdiq olunur. Lakin inzibati məsuliyyətə cəlb etməyə imkan verən müddət keçmişdir. Göstərilənlərlə yanaşı qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X9 tərəfindən törədilmiş İXM-in 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməli və qanunvericiliklə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.. Qeyd olunanlara əsasən və İXM-in 38, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X9 tərəfindən törədilmiş İXM-in 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar