Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-474/2022 01.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, X13 Fehruz oğlunun iştirakı ilə İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X20 qızının Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin rəisi X3 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli. 04.01.2022-ci il tarixli qərarı ləğ\ edilsin və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X9 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin rəisi X3 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli. 04.01.2022-ci il tarixli qərarı ləğv edilməsin və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırdı ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin rəisi X3 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 04 yanvar 2022-ei il tarixli qərarına əsasən, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Qərara əsasən, guya o, 04.12.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində X8 döymüşdür. Həmin qərar qanunsuz və əssasızdır. Belə ki, X11 onun oğlu X14 arvadıdır. Aralarında mülki məhkəmə mübahisəsi vardır. 04 dekabr 2021- ci il tarixdə, təxminən saat 16 radələrində yaşadıqları evin həyətində Tünzalə ilə aralarında mülklə bağlı sözlü mübahisə baş vermiş, bu zaman Tünzalə onun və qızı Natavanın üzərinə hücum edərək onun əlini dişləmiş, başına və dodağına xəsarətlər yetirmiş, qızı Natavanın isə üzünə xəsarət yetirmişdir. Sonra qızı Natavan onu evə aparmış, Tünzalə və oğlu Racim də evinə daxil oldular. Fvin içində Tünzalə yenidən onun üzərinə hücum edərək saçını yolmuş və başına yumruq zərbəsi ilə vurmuşdur. Həmin vaxtı oğlu Racim də onun böyrək nahiyyəsinə təpik və yumruq vurmaqla ona xəsarət yetirmişdir. Bu zaman o, özünü müdafiə etmək üçün Tünzaləni itələyərək özündən uzaqlaşdırmış və evin qapısını bağlamış. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermiş, bununla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılmış və Abşeron Rayon Polis İdarəsinin təhqiqatçısı X12 14 dekabr 2021 -ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmiş və X6. X2 və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Oğlu Racinin ona xəsarət yetirməsi faktı ilə bağlı isə ümimiyyətlə heç bir araşdırma aparılmamışdır. Bundan sonra. Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin polis sahə rəisi X19 04.01.2022-ci il tarixdə onu və qızı X18 dəvət etmiş, onlardan yazılı izahat almadan, yalnız şifahi şəkildə dinləmiş, bundan sonra polis sahə rəisi onlara boş protokola imza atdırmış və ayrı-ayrılıqda 300 manat məbləğində cərimə olunduqlarını bildirmişdir. Sonradan qızı Natavan barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolları Abşeron Rayon İcra və Probasiya Şöbəsindən əldə etdikdə ona məlum olmuşdur ki, o, verdiyi izahatında guya Tünzalə Ağayevanı döydüyünü bildirmişdir. Əslində isə o, belə bir izahat verməmişdir. Polis sahə rəisi ona və qızına boş protokollara imza atdırmış və sonradan onun adından boş vərəqdə belə bir izahat yazmışdır. O, Tünzalə Ağayevaya heç bir xəsarət yetirməmiş, əksinə Tünzalə onun üzərinə gələrək ona xəsarətlər yetirmişdir. Mübahisələndirilən qərarı rəsmi qaydada 03 mart 2022-ci il tarixdə almış, bu səbəbdən də qərardan şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Sonda o, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin rəisi X3 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli. 04.01.2022-ci il tarixli qərarı ləğv edilsin və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin Saray PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin Saray PB-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin rəisi X3 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli. 04.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, o, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün onun barəsində 300 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayəti obyektiv araşdırmaq məqsədi ilə inzibati xətanın törədilməsinə əsas olan sənədlərin məhkəməyə təqdim edilməsini sorğu əsasında tələb edib nəzərdən keçirmişdir. 14.12.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, 04.12.2021-ci il tarixdə Abşeron ray, Saray qəs, R.Əmirov küçəsi, ev 29-da yerləşən evlərində olan zaman X15 ilə gəlini X11 arasında mülki səbəbindən mübahisə yaranmış və bu mübahisə qarşılıqlı dava-dalaşla nəticələnmişdir. Baş vermiş dava-dalaş zamanı tərəflər əl ilə zərbələr vuraraq bir-birilərinə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişlər. Eyni zamanda həmin vaxt mübahisəyə müdaxilə edən X7 araya girərkən T.Ağayeva ona dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Bu xüsusatlar ərizə və izahatlar, ekspert rəyləri və materiala əlavə edilmiş digər sənədlərlə tam olaraq təsdiqini tapmışdır. Konkret halda T.Ağayevanın, N.Adıgözəlovanın və G.Ağayevin əməllərində cinayət tərkibi müəyyən olunmasa da, onların əməli, Azərbaycan Respublikası İSM-nin 157-ci maddəsində nəzərdə tutulan “döymə və fiziki ağır yetrimə kimi qiymətləndirildiyi üçün cinayət işinin başlanması rədd edilmiş, T.Ağayevanın, N.Adıgözəlovanın və G.Ağayevin barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surətinin aidiyyatı üzrə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman X20 oğlu tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədilib-törədilməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamış, ekspert rəyində göstərilən xəsarətlərin hansı şəraitdə alınması araşdırmamışdır. Məhkəmə belə hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin rəisi X3 inzibati tənbeh vermə haqqında MN ******* saylı, 04.01.2022-ci il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin Saray PB-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X9 barəsində Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin rəisi X3 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli. 04.01.2022-ci il tarixli qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin Saray PB-nə göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-474/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-474/2022
01.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver