Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-475/2023 17.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Abşeron rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərarı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə 300 manat məbləğində inzibati tənbeh tətbiq edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 3(195)/2023 saylı Qərardadı ilə Abşeron rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərarı ləğv edilmiş, inzibati material birinci instansiya məhkəməsinə qaytarılmışdır. İşin materiallarını nəzərdən keçirərkən müəyyən edilir ki, Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində barəsində Azərbaycan Respublikası İXM-nin 347ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 14 yanvar 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarır. Odur ki, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol səlahiyyətli şəxs tərəfindən ciddi prosessual pozuntulara yol verilərək imzalanmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nzərdə tutulmuş inzibati xəta törətməsinə dair 14 yanvar 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Məhkəmənin hakimi:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-475/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-475/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver