Məhkəmə qərarları › İş №3(012)-475/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-475/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-475/2025 22.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs Erhan Ufakın, onun nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X5 Xidmətinin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs Erhan Ufakın nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs Erhan Ufakın nümayəndəsi və vəkili Vəkil Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından şikayət ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Türkiyə Respublikasından olan məşhur aktyor Erhan Ufak xeyli müddətdir ki, Azərbaycan Respublikasında mədəniyyət (kino çəkilişi) sahəsində fəaliyyət göstərir. Burada həm film çəkilişi ilə məşğuldur, həmdə təsis etdiyi X2 azərbaycanlı aktyorlara dərs deyir. Eyni zamanda bir çox dövlət tədbirlərinin, bayram şənliklərinin keçirilməsində iştirak edir. Bir sözlə dövlət tərəfindən ona xüsusi qayğı və diqqət göstərilir, özünün bildirdiyinə görə Azərbaycanı çox sevir, burada fəaliyyət göstərməkdən məmnun olmuşdur. Lakin bəzi hallarda ona qarşı edilən haqsızlıqlar ölkə, insanlar haqqında onda mənfi təəsüratlar yaradır. Onlardan biri də Erhan Ufak barəsində tətbiq edilən inzibati tənbeh vermə haqqında əsassız qərardır. Belə ki, tanışlarından biri vasitəsilə xx.xx.2022-ci il tarixdə X13 Budaqov adlı bir şəxslə tanış olmuşdur. Həmin şəxs əlində film layihəsinin aktyorlarının, texniki heyətin və sponsorların hazır olduğunu bildirmişdir. Öz aktyorları ilə müqaviləsinin olduğunu sadəcə efirə girməsi üçün bir film şirkəti olmasının vacib olduğunu söyləmişdir. Şirkət kimi Erhan Ufak onlara kömək edə biləcəklərini deyib. Lakin çəkilişlər başladıqdan sonra Elşən Budaqovun aktyorları və texniki heyəti Erhan Ufakdan pul tələb ediblər. Erhan Ufak ödənişlərin onun tərəfindən deyil, Elşən Budaqov tərəfindən ediləcəyini onlara bildirilmişdir. Lakin işi yarımçıq saxlamamaq üçün əlavə sponsor axtarmağa başlayıblar - Elşən Budaqovun heyəti ilə birlikdə. Şikayətçi Şahid1 baş rola çəkilmək üçün dostu olan Elşən Budaqova pul verdiyini bildirib. Bundan sonra isə Erhan Ufaqı sıxdırmağa, pul tələb etməyə başlayıb. Erhan Ufak isə ona sponsor tapılarsa, hər hansı ödənişlər olacağını bildirib. Lakin sponsorla münasibətlərin qurulması üçün müəyyən sənədlərin hazırlanmasını deyib. Bunun üçün Erhan Ufak tərəfindən forum adlı sənəd hazırlanıb imzalanıb, lakin sponsorlarla danışıqlar baş tutmayıb. X14 xaricə gedib. Həmin vaxt X9 Ufakın ofisindən həmin sənədi götürüb Şahid1 verib. Həmin sənədi əldə etdikdən sonra Şahid1 özünü Erhan Ufakın işçisi kimi təqdim edərək onu və ailəsini təhdid etməyə başlamışdır. Və bu “əsasla” da əmək müfəttişliyinə şikayət etmişdir. Bu faktiki halları araşdırmadan, şikayət edənin niyyətini bilmədən haqsız yerə Erhan Ufak inzibati qaydada cərimə edilmişdir. Məhkəmənin həmin faktiki halları araşdırması və məsələyə hüquqi qiymət verməsi lazımdır. Daha sonra Şahid1 X5 Xidmətinə telefonla şikayət etmişdir. Şikayətində bildirmişdir ki, onun iştirakı ilə filmin çəkilinə başlanılmış 6 bölüm çəkilmiş sonra çəkiliş dayanmışdır. Bu müraciət əsasında həmin xanım X5 Xidmətinin Bakı şəhər idarəsinə çağırılmışdır. Ondan izahat yazması bildirilmişdir. Şahid1 bir cümlə “izahat” yazmışdır və Erhan Ufakın və onun həyat yoldaşının telefon nömrələrini qeyd etmişdir. Bundan X14 həmin idarəyə dəvət edilmişdir. Onunla həmin idarədə görüş keçirilmişdir. Lakin hər hansı izahat alınmamışdır. Daha sonra o İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Barəsində inzibati təhbeh vermə haqqında qərar qəbul edilmişdir. Vacib hallardan biri də onda ibarətdir ki, Şahid1 şikayətlə Erhan Ufakı qanunsuz cərimələtdirdilkdən sonra iddia etdiyi kimi ona çatası 4500 manat pulun alınması üçün məhkəmə müraciət etməmiş, əmək haqqı hesab etdiyi vəsaitin alınmasının arxasınca düşməmişdir. Bu fakt bir daha Şahid1 Erhan Ufakın tanınmış adam olması səbəbindən ona qərəzli yanaşması və ondan pul tələb etməsi niyyəti ilə şikayət etməsini təsdiq edir. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə ilə inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-1553/2024 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası X5 Xidməti tərəfindən Erhan Ufakın barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması qərara alınmışdır. Həmin qərardan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(105)-38/2025 saylı qərarı ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-1553/2024 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında material baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş Erhan Ufakın nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş Erhan Ufak şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X5 Xidmətinin nümayəndəsi Qanuni nümayəndə şikayəti qəbul etməmiş və şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxs Erhan Ufakın nümayəndəsi və vəkili Vəkil vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, ali təhsilli olaqla aktrisalıqla məşğul olur. Erhan Ufakı film çəkilişləri ilə əlaqədar tanıyır. Belə ki, Erhan Ufak tərəfindən çəkilmiş film çəkilişində iştirak etmiş, həmin vaxt orada Şahid1 da aktrisa kimi filmə çəkilmişdir. Filmin direktoru Elşən Budaqov idi, onlar Elşənin vasitəsi ilə həmin filmə çəkilmişlər. Filmdə çəkilən aktrisaların qanararı Elşən tərəfindən ödənilirdi. Bildiyinə görə orada heç kimə ödəniş edilməyib. X11 arasında heç bir müqavilə bağlanmamışdır. Elşən Budaqova hər zaman köməklik edib, onun vermiş olduğu pul Elşən Budaqov tərəfindən geri qaytarılmamışdır. Rejissor həm ssenarist, həm layihə rəhbəri, həm aktyor, həm operatordur. Onu oraya Elşən Budaqov dəvət etmiş, əgər pul tələb etməli olsaydı, Elşən Budaqov verməli idi. Həmin filmdə baş rolda Şahid1 olmuşdur. Şahid1 nə səbəbə şikayətçi olmasını bilmir. Onun o haqda məlumatı yoxdur. Məhkəmə iclasında şikayət vermiş şəxs Erhan Ufakın nümayəndəsi və vəkili Vəkil vəsatəti əsasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, O, X3 tələbə olmuş və onun müəllimi Erhan Ufak olmuşdur. Bu səbəbdən bə müəyyən layihələrdə o da iştirak etmişdir. Sözügedən serialda o da iştirak etmişdir. Filmdə çəkilən bir çox şəxslər Whatsapp qrupu yaratmaqla orada yazşmalara başlamış, həmin qrupda o və Şahid1 da olmuşdur. O həmin qrupda onların məhkəməyə də təqdim etdikləri barədə və sözü bir yerə qoyub daşışacaqları barədə yazışmalarını görmüşdür. O, Akademiyanın tələbəsi olaraq həmin filmdə özü rol almaq istəmiş və bununla bağlı ödəniş tələb etməmişdir. O filmdə iki hissə üzrə rol almışdır. Aralarındakı razılaşmaya əsasən, o həmin rol üçün ödəniş istəməmişdir. X4muş, Elşən Budaqov onlardan film çəkmək üçün dəstək istəmiş, Şahid1 özünün tanışı olduğunu və ona 1600 manat ödəniş etdiyini bildirmişdir. Şahid1 həmin filmdə baş rolda oynamışdır. Whatsapp qrupunda olan yazışmalarda da, filmdə iştirak edən şəxslər Elşən Budaqovu tanıdıqlarını, Erhan Ufakı tanımadılaqlarını qeyd etmişlər. Həmin qrupda o da olduğundan orada olan bütün yazışmaları görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Havadar adlı serialda baş rolda çəkilmişdir. Aralarında bağlanmış müqaviləyə əsasən, onun ödənişi ödənilməmişdir. Dəfələrlə bu barədə müraciət etmiş olsa da, onun pulu ödənilməmişdir. Ondan başqa filmdə iştirak edən şəxslər müqavilə bağlamamışlar. O, müqaviləni oxuduqdan sonra imzalamışdır. Onun müqaviləsi olduğundan pulunun ödənilməsi ilə əlaqədar 4 saylı Bakı Dost Mərkəzinə elektron qaydada şikayətlə müraciət etmişdir. Onun şikayəti əsasənda Əmək Müfəttişi tərəfindən araşdırılma aparılmış və qanunamüvafiq qaydada tədbir görülmüşdür. Həmin müqaviləni ona Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tərtib edilmiş müqavilə adı ilə vermişlər. Müqaviləyə əsasən aylıq ödənişin 1500 manat olması şərtləşdirilmişdir. Başda o, baş rol ifaçısı olmaqla 10-15 nəfər oyunçunun pulunu verməmişlər. Pul ödəmədiklərinə görə çəkiliş davam etməmişdir. Filmdə iştirak edən şəxslərdən 10-15 nəfər də pulunu tələb etmələri barədə Əmək Müfəttişliyinə müraciət etsələr də, onların müqavilələri olmadığından həmin şəxslərdən izahat almamışlar. Elşən Budaqov filmin rejissoru və ssenaristi olmuşdur. 6 seriadan sonra pul ödənilmədiyindən çəkiliş dayandırılmışdır. Dəfələrlə pulunu tələb etsə də, mümkün olmamışdır. Bu barədə bütün yazışmalar da Whatsapp qrupunda vardır. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Erhan Ufakın barəsində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X5 Xidmətinin xx.xx.2023-cü il tarixli MN1612244 saylı inzibati xəta haqqında qərarından müəyyən edilir ki, Erhan Ufak Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid1 müəyyən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. O, qanun pozuntusuna yol verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Şahid1 ilə X8 X15 Şirkəti arasında bağlanmış müqavilədən görünür ki, Şahid1 “Havadar” adlı bədii televiziya serialında aktyor qismində iştirak etmək üçün müqavilə bağlamışdır. Şahid1 4 saylı Bakı Dost Mərkəzinə ünvanladığı xx.xx.2023-cü il tarixli elektron müraciətdən görünür ki, o, X8 X15 Şirkəti ilə bağlanmış müqaviləyə əsasən, ona ödənilməli olan ödənişlərin verilməməsinə görə şikayətçi olduğunu bildirmiş və bu barədə araşdırılma aparılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən X8 X15 Şirkətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şahid1 4 saylı DOST Mərkəzinə ünvanladığı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsində baxılmış, daxil olmuş məlumat sənədlərə baxılmaqla, inzibati xətanın əlamətlərinin olması müəyyən edilərək, inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etmək məqsədi ilə X8 X15 Şirkətinin nümayəndəsinin xx.xx.2023-cü il tarixdə saat 11:00-da X5 Xidməti Bakı şəhər İdarəsində olması barədə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcəyi bildirilmişdir. Şahid1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə X8 X15 Şirkətində kino çəkilişlərinə başladığını, çəkilişin xx.xx.2023-cü il tarixədək davam etdiyini, ödənişləri nağd formada almalı olduğu halda, ona ödənilməli olan məbləği ödəmədiklərini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X12 və Əhalinin Sosial Müdafiə Nazirliyi X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından şikayəti əsassız olduğundan təmin edilməməlidir. Qərarın ləğvi üçün şikayətçinin dəlilləri iş materialları ilə təkzib olunur. Erhan Ufak Şahid1 ilə “Havadar” adlı bədii televiziya serialında aktyor qismində iştirak etmək üçün müqavilə bağlamış olsa da, həmin müqavilənin hansı tarixdə və müddətdə bağlanması barədə müqavilədə qeydiyyat aparılmamışdır. Belə olan halda, müqavilənin formal olaraq bağlandığı, Erhan Ufakın əməlində inzibati xəta tərkibinin olmasını müəyyən edilmişdir. Şikayətverən barəsində X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 20 noyabr 2023-cü il tarixli inzibati xəta protokolu tərtib edilənədək protokolun tərtibində iştirak etməsi üçün xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X12 və Əhalinin Sosial Müdafiə Nazirliyi X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X12 və Əhalinin Sosial Müdafiə Nazirliyi X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar