Məhkəmə qərarları › İş №3(012)-477/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-477/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-477/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin X8 sahə rəisi, polis leytenantı X4, Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə İmişli rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan,əvvələlər inzibati məsuliyyətə cəlb edilməmiş, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olan, Abşeron rayonu, Qobu qəsəbəsində yeni məhəllədə yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ X8 sahə rəisi, polis leytenantı X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, özünü təqsirli bilmir, o, həyat yoldaşını döyməmiş, sadəcə mübahisə eləmiş və xəsarət yetirməmişdir. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 bildirdi ki, hazırki iş üzrə inzibati xəta törədənin təqsirli olmasını sübut edən ekspert rəyində qeyd edilir ki, heç bir xəsarət və ya xəsarətin izi yoxdur. Halbuki qeyd edilən maddənin tərkibinin yaranması üçün dərəcəsi təyin edilməyən xəsarət olmalıdır, ona görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, iş üzrə icraat aparılan şəxs Şəxs onu döymüş və xəsarət yetirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində həyat yoldaşı Zərərçəkmiş şəxs qəsdən döyməsi sübuta yetmədiyindən hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibtai icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə, döymə və başqa zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Abşeron rayonu Qobu qəsəbəsi, Z.Bünyadov küçəsində yaşayan Zərərçəkmiş şəxs, xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət edərək, həyat yoldaşı Şəxs onu onu yumruq zərbəsi ilə kürək nahiyyəsindən vurması barədə məlumat vermişdir. Araşdırma zamanı Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə, döymə və başqa zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Lakin cinayət işinin rədd olunması barədə qərardan da göründüyü kimi, Zərərçəkmiş şəxs bədənində xəsarət aşkar edilməmişdir. Bu da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib elementi olan döyməni istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadıından iş üzrə icraata xitam verilməsi üçün əsasdır. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadıından iş üzrə icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar