Məhkəmə qərarları › İş №3(012)-480/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-480/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-480/2024 08.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının oğlunun sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərar qəbul edən Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis X3nun iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 331ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-in Abşeron RPİ-in DYPŞ-in xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 331-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-in Abşeron RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, mülkiyyətində olan və idarə etdiyi "Toyota Corolla" markalı **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə işiylə əlaqədar Abşeron rayonu, Saray qəsəbəsi, Səttar Bəhlulzadə ünvanında hərəkətdə olarkən Abşeron Dövlət yol polisinin inspektoru polis X3 tərəfindən idarə etdiyi nəqliyyat vasitəsi saxlanılmışdır. Polis X3 ona əsassız olaraq protokol tərtib etmiş və bildirmişdir ki, hərəkətdə olan operativ nəqliyyat vasitəsinə bilərəkdən yol verməmisiniz. xx.xx.2024-cü il tarixində qeyd olunan istiqamətdə (Abşeron rayon Saray qəsəbəsi Səttar Bəhlulzadə) hərəkət etdiyi zaman operativ nəqliyyat vasitəsinin səs siqnallarından və sayrışan işıqlardan istifadə etmədən idarə etdiyi nəqliyyat vasitəsini saxlayaraq qərəzli şəkildə inizibati tənbeh vermə barədə protokol tərtib etmişdir. Abşeron rayon Saray qəsəbəsi Səttar Bəhlulzadə ünvanında hərəkət istiqaməti bir tərəfli olduğu üçün belə bir hal baş vermiş olsa da operativ nəqliyyat vasitəsinə yol verilməsi qeyri mümkündür. Operativ nəqliyyat vasitəsi qarşı hərəkət zolağına çıxaraq hərəkətini davam etdirə bilərdi. Qeyd olunan Protokol tərtib edilən zaman öz şikayətini bildirsə də polis serjantı buna məhəl qoymayaraq qeyd olunan protokolu tərtib etmişdir. Şifahi qaydada dəfələrlə qayda pozuntusu mövcuddursa əgər video qeydlərin və fotoşəkillərin verilməsini tələb etsə də məlumatların ona verilməsinə nail ola bilməmişdir. Yuxarıda qeyd olunan səbəblərə görə tərtib olunan protokolun əsassız tərtib olunduğunu məhkəmənin nəzərinə çatdırmaq istəyir. Odur ki, Abşeron Rayon Dövlət X13 Hərəkəti Təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə tərtib olunan İnzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qərar qəbul edən Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis X3 şikayətə etiraz təqdim edərək izahatında göstərmişdir ki, «TOYOTA COROLLA» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil Abşeron rayonu, Saray qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində hərəkətdə olarkən keçid üstünlüyünə malik olan nəqliyyat vasitələrinə yol verməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətmişdir. Belə ki, təqdim etdiyi kamera görüntülərindən «TOYOTA COROLLA» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıq və xüsusi səs siqnalı olan Yol Patrul Xidməti avtomobilə vaxtında yol verməməsi, onunla eyni hərəkət zolağında digər avtomobillərin dayanmasına baxmayaraq Yol Patrul Xidməti avtomobilə yol verməyərək hərəkətini davam etdirməsi operativ nəqliyyat vasitəsinin məcbur öz hərəkət zolağından kənara çıxması aydın görünür. Ona görə də qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətçiyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, şikayətçi məhkəmə iclasına gəlməmiş və onun tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən şikayətə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət ərizəsində olan və tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in Abşeron RPİ-in DYPŞ-in xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə, «Toyota Corolla» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil Abşeron rayonu, Saray qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 7ci bəndi ilə müəyyən edilmiş mexaniki nəqliyyat vasitəsinin sürücüsü üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yol verməməsini əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə edilmişdir. Video görüntüdən görünür ki, «TOYOTA COROLLA» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıq və xüsusi səs siqnalı olan Yol Patrul Xidməti avtomobilə vaxtında yol verməməsi, onunla eyni hərəkət zolağında digər avtomobillərin dayanmasına baxmayaraq Yol Patrul Xidməti avtomobilə yol verməyərək hərəkətini davam etdirməsi operativ nəqliyyat vasitəsinin məcbur öz hərəkət zolağından kənara çıxması öz əksini tapır. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin izahatında göstərdiyi xüsusatları, iş materiallarında olan sübutları, səlahiyyətli orqanın nümayəndəsinin təqdim etdiyi görüntüləri nəzərə alaraq belə qənaətə gəlir ki, X6 Azərbaycan Respublikası DİN-in Abşeron RPİ-in DYPŞ-in xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbetin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə ərizəsi təmin edilməməlidir. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 7-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, sağa dönmə işıq göstəricisini yandırmalı, həmin nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdır, üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.3-cü maddəsinə müvafiq olaraq torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 331-ci maddəsinə əsasən xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur X4 şikayətində özünü təqsirli bilməyərək onun əməlində Azərbaycan Respublikası İXM-nin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olmadığını, Abşeron rayon Saray qəsəbəsi Səttar Bəhlulzadə ünvanında hərəkət istiqaməti bir tərəfli olduğu üçün belə bir hal baş vermiş olsa da operativ nəqliyyat vasitəsinə yol verilməsi qeyri mümkün olduğunu, operativ nəqliyyat vasitəsi qarşı hərəkət zolağına çıxaraq hərəkətini davam etdirmək imkanının olmasına istinad gətirərək Azərbaycan Respublikası DİN-in Abşeron RPİ-in DYPŞ-in xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarından razı olmadığını bildirsə də təqdim edilən geniş görüntülü özündə əks etdirən video görüntüdə, xx.xx.2024-cü il tarixdə «Toyota Corolla» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Abşeron rayonu, Saray qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 7-ci bəndi ilə müəyyən edilmiş üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinə vaxtında yol verməməsi, onunla eyni hərəkət zolağında digər avtomobillərin dayanmasına baxmayaraq Yol Patrul Xidməti avtomobilə yol verməyərək hərəkətini davam etdirməsi operativ nəqliyyat vasitəsinin məcbur öz hərəkət zolağından kənara çıxması müəyyən olunur. Qeyd olunan xüsusatlara əsasən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsi ilə tənbeh edilməsi haqqında Azərbaycan Respublikası DİN-in Abşeron RPİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı olmuşdur. Yəni, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, X2 normalarının tələbinə əsasən, X6 törətdiyi inzibati xəta faktının aşkar edilməsi və bununla bağlı müvafiq prosessual sənədin qəbul edilməsində, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən prosessual qaydalara əməl olunmuşdur. Beləliklə, hazırki iş üzrə iş materiallarını tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, X6 idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinə vaxtında yol verməməsi, onunla eyni hərəkət zolağında digər avtomobillərin dayanmasına baxmayaraq Yol Patrul Xidməti avtomobilə yol verməyərək hərəkətini davam etdirməsi operativ nəqliyyat vasitəsinin məcbur öz hərəkət zolağından kənara çıxması faktı aşkar edildiyinə görə ona inzibati tənbeh tətbiq edilməsi barədə Azərbaycan Respublikası DİN-in Abşeron RPİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur, ona görə də müvafiq orqanın qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 331-ci maddəsi ilə təqsirli bilinib, 100 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in Abşeron RPİ-in DYPŞ-in xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X6 Azərbaycan Respublikası İXM-in 331-ci maddəsi ilə təqsirli bilinib 100 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in Abşeron RPİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar