Məhkəmə qərarları › İş №3(012)-481/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-481/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-481/2025 18.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X1 Zərərçəkmiş Şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 2004-cü il tarixdə Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Qəbələ rayonu, Mıxlıqovaq Ərazi Dairəsi, Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 17 fevral 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru Ramil Əliyev protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:20 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qəbirstanlıqda məzar üzərindən 25 manat dəyərində gül buketi talamışdır. 17 fevral 2025-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X2 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, xx.xx.2025-ci il tarixdə saat 11:20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan kənd qəbristalnığından keçən zaman tanımadığı məzarlığın üzərində 3 ədəd Qəbələ rozası olan güllər onun diqqətini çəkdiyindən o, həmin gülləri götürərək satıb qazanc əldə etmək istəmişdir. O, məzara yaxınlaşıb gülləri götürərək, həmin ərazidən bir neçə metir ayrımışdır ki, tanmadığı şəxslər onu saxlayaraq polisə məlumat vermişdir. Bir müddət keçməmiş əraziyə gələn polis əməkdaşları onu Abşeron rayon polis İdarəsinə gətirmişlər. O, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə məxsus gülləri qaytarsa da, lakin sonuncu ilə arasında barışıq əldə edə bilmədiyini bildirməklə, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkkəmə iclasında iştirak edərək, verdiyi izahatında bildirmişdir ki, o, xx.xx.2025-ci ilə tarixdə Abşeron rayonu, Xırdalan kənd məzarlığında yerləşən dayısı oğlu Vüqar Məmmədova məxsus məzarı ziyarətə gedərkən aldığı gül buketini onun məzarı üstünə qoymuşdur. Təxminən 15-20 dəqiqə keçdikdən sonra məlum olmuşdur ki, onun almış olduğu gül buketini naməlum şəxs oğurlamış və nəticədə ona ümumilikdə 25 manat məbləğində maddi ziyan vurmuşdur. Hazırda Şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilsə də etdiyi əməlin ictimai qınaq olmasını bildirməklə barəsində qanunauyğun cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, təhqiqata məlum olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir;

2. “İnzibati qaydada tutma haqqında” 16 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 15:05-dən məhdudlaşdırılmışdır.

3. “İnzibati xəta haqqında protokol” tərtib edilmiş 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:20 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qəbirstanlıqda məzar üzərindən 25 manat dəyərində gül buketi talamışdır.

Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən talama faktı ilə bağlı inzibati xəta haqqında protokol tərtib olunsa da, lakin həmin sübutlar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında aparılmış araşdırma zamanı müəyyən edilir ki, Şəxs sözügedən gül buketini qəbirstanlıqdakı məzarlıqdan oğurlamağa cəhd etmiş, lakin həmin əməl başa çatmadan sonuncu saxlanılmış və həmin əmlak zərərçəkmiş şəxsə geri qaytarılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi baş vermədiyindən Şəxs əməli talama olaraq qiymətləndirilə bilməz. Qeyd edilən xüsusatla bağlı məhkəmə bildirir ki, inzibati xətalara dair qanunvericilik inzibati xətaya cəhdə görə yox, yalnız başa çatmış xətaya görə inzibati məsuliyyətə səbəb ola bilər. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsinin törədilməsi məsələsi araşdırılsa da, əldə edilmiş sübutlara düzgün qiymət verilməmiş, Şəxs təqsirli olması və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol formal mülahizələrə əsaslanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən sonuncu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar