Məhkəmə qərarları › İş №3(012)-482/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-482/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-482/2025 05.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Azərbaycan Respublikası X5 nümayəndəsi Nümayəndə2, Azərbaycan Respublikası Qida X3 X12 Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Nümayəndə1, Şikayət vermiş şəxs X8 iştirakları ilə, X8 Azərbaycan Respublikası Qida X3-X16 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X11 Azərbaycan Respublikası Qida X3-X16 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, 09 dekabr 2024-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsini və barəsində İXM-in 544.2ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində Azərbaycan Respublikası Qida X3-X12 rəisi X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə 09 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. O, 09 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 4000 (dörd min) manat məbləğində cərimə növündə şərti inzibatı tənbeh tədbiri tətbiq edilmişdir. Bildirmək istəyir ki, onun ünvan 1nda quş kəsimxanası vardır Azərbaycan Respublikası X7 tərəfindən müəyyən edilən quş kəsimxanalarının tələblərini təmin edərək xx.xx.2021-ci il tarixdə Qida təhlükəsizliyinə dair çıxarış almışdır. Həmin tarixdən sonra hər il kəsimxanada X5 əməkdaşları tərəfindən planlı yoxlamalar keçirilmiş və aşkar edilən nöqsanlar vaxtında aradan qaldırılmışdır. Lakin, 03- 05 dekabr 2024-cü il tarixlərində ona məxsus kəsimxanada plandankənar yoxlama keçirilmişdir. Yoxlamanın nəticəsində kəsimxanada qanun pozuntularının olduğu əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinin tələblərinin pozulduğu əsas gətirilərək “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar qəbul edilmişdir. O, barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirir və bu qərarda göstərilən maddə ilə özünü təqsirli hesab etmir. Belə ki, ona məxsus kəsimxanada Qida təhlükəsizliyi sahəsində mövcud qanunvericiliyin tələblərinə tam riayət edilir. Lakin, hal-hazırda protokol heç bir əsas olmadan tərtib olunmuşdur və o, da bununla razılaşmadığını protokolda qeyd etmişdir. Bir neçə gün sonra ona Azərbaycan Respublikası Qida X3-X16nə dəvət etmişlər. Sadıq adlı şəxs ona quş kəsimxanasının Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-cı il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan və quş kəsimi məntəqələrinə dair” Baytarlıq-Sanitariya Normaları və Qaydalarının tələblərinə əsasən kəsim məntəqəsinin yaşayış məntəqələrindən ən azı 300 metr məsafədə yerləşməli olduğunu əsas gətirərək kəsimxananın fəaliyyətini dayandırmalı olduğunu bildirmişdir. O, kəsimxananın qanunvericilik normalarına uyğun olaraq fəaliyyət göstərdiyini bildirərək bununla razılaşmamış və rəsini qəbuluna getmək istədiyini bildirmişdir. Azərbaycan Respublikası Qida X3-X12 rəisi İsgəndərov İrfan onu qəbul etmiş və o, tərtib olunan protokolla və kəsimxanada aşkar edilən pozuntularla bağlı narazılığını bildirmişdir. Lakin, İsgəndərov İrfan da ona kəsimxananın yaşayış məntəqələrinə yaxın yerləşdiyini bildirərək fəaliyyətim dayandırmalı olduğumu bildirmişdir. Belə çıxır ki, qərarda qeyd olunan nöqsanlar formal xarakter daşıyır və əsas məqsəd onun qanuni fəaliyyətininin qarşısını almaqdan ibarətdir çünki qərarda kəsimxanada başqa nöqsanların olduğu qeyd edilsə də, şifahi qaydada ona fəaliyyət göstərməməyini bildirirmişlər. Bildirmək istəyir ki, həmin quş kəsimxanası 2000-ci ildən fəaliyyət göstərir və həmin dövrdə kəsimxananın yaxınlığında yaşayış evləri olmamışdır və evlər sonradan tikilmişdir. Azərbaycan Respublikası X7 yarandıqdan sonra isə o, kəsim məntəqəsinin mövcud qanunvericilik normaları çərçivəsində fəaliyyət göstərməsi üçün X7 tərəfindən tələb olunan sənədləri, o cümlədən kəsimxananın yaxınlığında tikilən yaşayış evlərinin sahiblərindən kəsimxananın fəaliyyət göstərməsinə narazı olmadıqlarına dair ərizə alaraq quruma təqdim etmiş və kəsimxananı mövcud normalara uyğun təmir etdirmişdir. Həmçinin ona məxsus kəsimxana xx.xx.2021-ci il tarixdə Qida təhlükəsizliyi qeydiyyatına alınmışdır və bununla bağlı ona çıxarış verilmişdir, lakin “Heyvan və quş kəsimi məntəqələrinə dair” Baytarlıq-Sanitariya normaları və qaydaları 03 noyabr 2020-ci il tarixdə təsdiq edilmişdir. Əgər kəsimxana ilə yaşayış məntəqələri arasında mövcud normalara uyğun olaraq məsafə gözlənilməmişdirsə, belə olan halda kəsimxananın fəaliyyət göstərməsinə ümumiyyətlə icazə verilməli deyildi. Əlavə olaraq bildirmək istəyir ki, yaşayış məntəqələrinə kifayət qədər yaxın məsafədə fəaliyyət göstərən bir neçə kəsimxana da mövcuddur ki, onların fəaliyyət göstərməsinə hər hansı qaydada maneə yaradılmır. Belə olan halda niyə məhz ona məxsus kəsimxananın fəaliyyəti ilə əlaqədar maneələr yaradılması başa düşülən deyil. Yuxarıda qeyd etdiyi məsələlərin nəzərə alınaraq, qəbul edilmiş qərarın ləğv olunmasını xahiş edir. Qeyd olunanlardan da göründüyü kimi barəsində tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Həmçinin, 2024cü ilin sentyabr ayında kəsimxanada keçirilən planlı yoxlama zamanı Qida Təhlükəsizliyinə dair çıxarışın surətini çıxarmaq adı ilə ondan almışlar, lakin hələ də çıxarışı qaytarmırlar. Belə olan halda hesab edir ki, barəsində qəbul edilmiş 09 dekabr 2024-cü il tarixli MN ******* saylı qərar ləğv edilməli və inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə çıxır ki, Azərbaycan Respublikası X5 əməkdaşları öz üstün mövqelərindən istifadə edərək istədikləri şəxsi ittiham edə və cərimə edə bilər. Məhz bu halın qarşısının alınması üçün qanunvericilik inzibati xətanın törədilməsini sübut etmək vəzifəsini bu barədə qərar qəbul etmiş şəxsin üzərinə qoymuşdur. Buna görə də indiki halda 09 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında qərar qəbul etmiş əməkdaşın qərarın qəbulu üçün əsas olmuş halları sübuta yetirməsi vacibdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Qida X3-X12 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibatı tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X11 şikayətin məzmununa uyğun çıxış edərək, məhkəmədən şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Qida X3 X12 Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Nümayəndə1 izahatında göstərmişdir ki, 2024-cü ilin avqust ayında ünvan 1 ünvanında fəaliyyət göstərən vəzifəli şəxs X10 məxsus kəsimxanada plandankənar yoxlama keçirilmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Qida obyektində öz-özünə (avtonom) və ya mexaniki havalandırma sistemi mövcud deyil. Müəssisədə temperaturun monitorinqi və qeydiyyatı aparılmamışdır. Müəssisədə əllərin yuyulması üçün əlyuma çanaqlıq, isti və soyuq su, yuyucu maddələr, həmçinin qurutma vasitələri mövcud olmamışdır. Müəssisədə işıqlandırma sistemi yetərincə deyil. Müəssisədə texnoloji prosesin ardıcıllığına riayət olunmamışdır. Müəssisənin döşəmə, divar və tavan hissələrində dezinfeksiya işlərinin aparılmamışdır. Müəssisənin tavan hissəsi tozun və çirkin toplanmasının qarşısını, alacaq şəkildə qurulmamışdır. Xaricə açılan pəncərələrdə torlar, yoxlamadan keçmiş ölçmə vasitələri mövcud olmamışdır. Müəssisədə tullantıların saxlanılması, daşınması, zərərsizləşdirilməsi qaydalarına riayət olunmamışdır. Kəsim məntəqəsinə qəbul edilmiş quşların müvafiq müşayiətedici sənədləri, işçilər üçün xüsusi geyim və fərdi mühafizə vasitələri mövcud olmamışdır. Tikililər yaxşı şəraitdə və təmir olunmuş vəziyyətdə saxlanılmamışdır. Müəssisədə tullantıların yığılması üçün ağzı kip bağlanan tullantı qabı mövcud olmamışdır. Bütün qeyd olunan pozuntularla bağlı yoxlamanın nəticəsinə dair akt tərtib edilmiş və X10 məxsus obyekt bağlanaraq qapısına plomb vurulmuşdur. Lakin, bütün bunlara baxmayaraq X11 tərəfindən pozuntular aradan qaldırılmamış, obyektin qapısına vurulmuş plomb qırılmış və həmin obyekt fəaliyyətinə olduğu kimi davam etmişdir. Azərbaycan Respublikası Qida X3-X12 xx.xx.2024-cü il tarixli qərarı ilə X10 məxsus Kəsimxanada aparılmış yoxlama zamanı inzibati xəta aşkar olunduğu üçün vəzifəli şəxs X11 barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, qeyd olunan pozuntuların xx.xx.2025-ci il tarixinədək aradan qaldırılması və bu barədə yoxlayıcı orqana məlumat verilməsi, xx.xx.2024-cü il tarixli MQ- 0482 nömrəli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə Qərar” qüvvədə qalmış hesab olunması qərara alınmışdır. Qeyd edilənlərə əsasən X11 barəsində İnzibati xəta haqqında protokol tərtib edilmiş, “İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Qərar qanuni və əsaslıdır.Qərarın dəyişdirilmədən saxlanılmasını və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X5 nümayəndəsi Nümayəndə2 Qida X3 X12 Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Nümayəndə1 ilə oxşar məzmunlu izahat vermiş və pozuntuları özündə əks etdirən fotoşəkilləri məhkəməyə təqdim edərək bildirmişdir ki, “İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar tam qanunidir, ləğv edilməsi üçün heç bir əsas yoxdur. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: “Yoxlamanın nəticələri üzrə” № YMB-0482 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən X10 məxsus Kəsimxanada aparılmış yoxlama zamanı inzibati xəta aşkar olunduğu üçün vəzifəli şəxs X11 barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılması, yuxarıda qeyd olunan pozuntuların xx.xx.2025-ci il tarixinədək aradan qaldırılması və bu barədə yoxlayıcı orqana məlumat verilməsi, xx.xx.2024-cü il tarixli MQ-0482 nömrəli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə Qərar”-ın qüvvədə qalmış hesab olunması qərara alınmışdır. Azərbaycan Respublikası Qida X3-X16 tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 4000 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunması, bu müddətdə hüquqpozma aradan qaldırılarsa inzibati cərimənin ödənilməməsi, əks təqdirdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimənin ödənilməsi qərara alınmışdır. Təqdim edilmiş fotoşəkillərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçrilərkən qərarda göstərilən pozuntuların həqiqətən mövcudluğu bir daha öz təsdiqini tapmıpşdır. Məhkəmə şikayət verən şəxs X10 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 544.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Şikayətinin dəlilləri işə baxılarkən təsdiq olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 544.2-ci maddəsinə əsasən İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Qida X3-X16 qəbul etdiyi qərarda X8 Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X11 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X2 Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X8 Azərbaycan Respublikası Qida X3-X16 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X8 Azərbaycan Respublikası Qida X3-X16 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd olunsun. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar