Məhkəmə qərarları › İş №3(012)-485/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-485/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-485/2025 19.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakim Səfiyeva Cəmilə İbrahim qızı, X1 inzibati xəta haqqında qərardan verdiyi şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X1 inzibati xəta haqqında qərardan verdiyi şikayət ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, barəsində əsasız tərtib edilmiş inzibati tənbeh vermə haqqında 03 fevral 2025-ci il tarixli İXP ******* nömrəli protokolu və qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəni və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, X2 şikayət ərizəsində inzibati xəta haqqında qərar ilə yanaşı, inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmiş, lakin qanunda protokolun ləğvi nəzərdə tutulmamışdır. Protokol əsasında qəbul edilmiş qərardan şikayət verilə bilər. Şikayətçi ərizəsində hansı orqanın hansı qərarından şikayət verdiyini göstərməmişdir. Həmçinin şikayət verilən qərar da iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi şikayət qanunla nəzərdə tutulmuş forma və məzmunda tərtib olunmamışdır. Hansı ki, bu tərəflərin məhkəmə iclasına dəvət olunmasını da mümkünsüz edir. Odur ki, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 inzibati xəta haqqında protokoldan və qərardan verdiyi şikayət ərizəsi geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldükdə isə, həmin müddətin bərpasına dair vəsatət vermək hüququ şikayətçiyə izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Cəmilə Səfiyeva 3(012)-2162/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 11 oktyabr 2024-cü il Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsində Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, X2 tərəfindən daxil olmuş şikayətə məhkəmənin inzibati binasında baxılır. İclas saat 10:30-da açıldı. Sədrlik edən müşavirə otağına gedir, qayıdaraq qərarı elan edir və məhkəmə iclasını bağlı elan edir. Məhkəmə iclasının protokolu 11 oktyabr 2024-cü il tarixdə tərtib olundu. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar